10.4. Etibarlı tərəfdaşın axtarılması strategiyası
və firmanın etibarlılığına əsas verən amillər
Tərəfdaşın tapılması strategiyası mürəkkəb və dəqiq-
lik tələb edən bir problemdir. Bu tərəfdaşın tapılmasından
qabaq firmanın hansı ölkələrlə ticarət aparmaq niyyətində
olmasının müəyyənləşdirilməsi prosesinin başa çatdırılma-
sıdır. Bəzi vəziyyətlərə görə ölkələr arasında fərqlər böyük
olduqca, ticarət imkanları da artır. Belə ki, ölkələr arasın-
da əsasən iqtisadi baxımdan inkişaf və ya iqlim fərqləri bu
məsələdə əsas amillər hesab olunur. Üçüncü əsas amil isə
innovasiya imkanlarıdır.
182
Tərəfdaşın seçilməsində ikinci əsas nəzəriyyə oxşar
ölkələr nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə hər hansı bir
məhsulun istehsalı ölkə daxilində aparılır. Daxili bazar tə-
min olunduqdan sonra digər oxşar ölkənin bazarına çıxarı-
lır və bu bazarda əmtəə satışı davam etdirilir. Oxşar ölkə-
lərin əsas əlamətləri aşağıdakılardır:
1. Təbii iqlim şəraitinin uyğunluğu.
2. Qonşu ölkənin adət-ənənəsinə uyğunluq.
3. Bəzi hallarda dil birliyi və dil yaxınlığı.
4. Mədəniyyət və tarixi yaxınlıq və ya kök birliyi.
5. İqtisadi baxımdan inkişaf səviyyəsinin yaxınlığı.
6. Dini eyniliklər.
7. Siyasi baxımdan yaxınlıq və s.bu əlamətlərdəndir.
İşgüzar görüşün forması qarşıya qoyulan məqsəddən,
iştirakçıların sayından, görüşün əhəmiyyətindən və sizin
büdcənizdən asılıdır. Birgə nahar, şam və hətta səhər ye-
məyi də işgüzar görüşün formalarındandır. Deyirlər ki,
Corc Soros ən ciddi danışıqları nahar masası arxasında
aparır və müqavilələri də oradaca imzalamağa çalışır. Gö-
rünür, onun fikrincə, tox adam daha üzüyola olur.
Bir sıra qeyri-kommersiya təşkilatları – ictimai bir-
liklər, biznes təşkilatları, siyasi partiyalar dar dairədə keçi-
rilən cari işgüzar görüşlərlə yanaşı, daha kütləvi tədbirlər
– dəyirmi masalar, konfranslar formasında görüşlərdə təş-
kil edirlər. Bu cür görüşlər mövzudan asılı olaraq (məsə-
lən, hər hansı peşə etikası kodeksinin qəbul edilməsi,
müəyyən hadisəyə kollektiv münasibət bildirilməsi və b.)
çox qızğın diskussiyalarla müşaiyət oluna və bir neçə gün
çəkə bilər. Belə tədbirlərin təşkili gərgin əmək tələb edir:
görüşün senarisi, əsas çıxışlar və natiqlər qabaqcadan
müəyyən olunur, hər bir iştirakçı lazımi informasiya ma-
183
terialları ilə təmin olunur. Bu qəbildən olan tədbirlər adə-
tən mətbuat nümayəndələri üçün açıq olur və təşkilatçılar
görüşün gedişinin mətbuatda geniş işıqlandırılmasına çalı-
şırlar.
Bir gün və daha artıq çəkən görüşlər adətən nahar və
kofe-breyklərlə müşaiyət olunur ki, bu da yeni tanışlıqlar
yaratmağa, kiçik problemləri ayaqüstü həll etməyə və əgər
görüşə dövlət adamları dəvət olunublarsa, lobbiçiliklə
məşğul olmağa imkan verir.
Uzun çəkən görüşlərdə ən böyük problemlərdən biri
dəvət olunanların tədbirin sonuna qədər iştirakını təmin
etməkdir. Nəzərə almaq lazımdır ki, bu cür tədbirlərin işti-
rakçıları, hansı sahədə çalışmalarından asılı olmayaraq, iş
adamları olurlar və həmişə vaxt darlığı hiss edirlər. Ona
görə də tədbiri təşkil edərkən bir neçə məqama xüsusi diq-
qət yetirmək lazımdır:
Büdcəniz yol verirsə, bu cür tədbirləri şəhərdən kə-
narda münasib zalı olan oteldə təşkil etmək daha məqsədə-
uyğundur.Üzgüçülük hovuzu, barı, tennis kortu və s. şərai-
ti olan yerdə konfrans iştirakçıları həm işləyə, həm də din-
cələ bilərlər.
İştirakçıları müəyyən edərkən çalışmaq lazımdır ki,
seçilmiş mövzu həm onların məşğul olduğu işlə bağlı,
həm də maraqlı olsun.
Natiqləri təyin edərkən əvvəlcədən onların çıxışla-
rının tezisləri ilə tanış olmaq lazımdır. Çıxışlar darıxdırıcı
və uzun olmamalıdır. Yaxşı olar ki, onlar auditoriya ilə
dialoq şəklində qurulsun.
Konfransın aparıcısı maraqlı və yumor hissinə malik
şəxs olmalıdır.
184
Müzakirələr zamanı heç bir iştirakçı diqqətdən kə-
narda qalmamalıdır. Passiv iştirakçılara xüsusilə tez-tez
müraciət olunduqda onlar fəallaşırlar.
Belə tədbirləri keçirənlər öz təşkilatlarının təbliği
üçün geniş imkanlar qazanırlar. Görüş zamanı onlar özləri
haqqında reklam-informasiya materialları paylaya, sənədli
film nümayiş etdirə bilərlər. Jurnalistlərin tədbirə dəvət
olunması isə təşkilat rəhbərləri ilə müsahibələrin, görüş
haqqında hesabatların mətbuata çıxarılmasına şərait yaradır.
Bu məsələlərin müəyyənləşdirilməsindən sonra tica-
rət əlaqəsi yaradılan ölkənin hər hansı bir firması tərəfdaş
kimi qəbul oluna bilər. Bir şərtlə ki, bu firma da öz növbə-
sində tərəfdaş olmağa maraqlı olsun. Belə halda adətən bir
neçə firma ilə ayrı – ayrılıqda danışıqlar aparılır. Lakin bu
firmaların bu danışıqların digərləri ilə də aparılmasından
xəbəri olmamalıdır. Nəticədə bu firmalardan biri tərəfdaş
kimi təbii ki, daha tanınmış və etibarlısı seçilir. Firmanın
etibarlılığını müəyyənləşdirən amillər isə əsasən aşağıda-
kılardır:
1. Firmanın beynəlxalq aləmdə nə dərəcədə tanınması.
2. Maliyyə imkanlarının vəziyyəti.
3. Digər tərəfdaşlarla münasibətdə davranışı.
4. Ölkə daxilində və xarici ölkələrdə reytinqi.
5. Əvvəllər beynəlxaql miqyasda sanksiya və ya cə-
rimələrə cəlb olunub olunmaması.
6. Hansı ölkələrlə və hansı səviyyədə olan firmalarla
qarşılıqlı tərəfdaşlığı və s.
Bütün bu yuxarıda qeyd olunanlar müəyyənləşdik-
dən sonra tərəfdaşın cəlbediciliyi, yəni bizi maraqlandıran
digər amillərin dəqiqləşdirilməsi vacib əhəmiyyət kəsb
edir. Bu amillərdən biri ərazi baxımdan tərəfdaşın yerləş-
185
məsidir. Əgər tərəfdaş ölkəsi coğrafi baxımdan bizə daha
yaxındırsa bu zaman nəqliyyat və gömrük xərclərinin daha
aşağı olması və digər xərclərin nisbətən az olması da əsas
amil kimi götürülə bilər.
Bundan başqa ölkələr arası inteqrasiyanın da tərəfdaş
seçimində mühüm əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |