Folklor instituti


Farida Muxambet qızı Sidaxmetova



Yüklə 4,03 Mb.
səhifə103/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   99   100   101   102   103   104   105   106   ...   211
Farida Muxambet qızı Sidaxmetova (22.11.1966, Stav­ro­pol Diyarı Neftekum rayonunun Arteziyan Manqit kəndi). Fə­ridəni 8 yaşınadək nənəsi Avana tərbiyə etmişdir. Bölgədə məş­hur bozlavçı (ağıçı) kimi tanınan Avana haqqında həmyerliləri “o daşı da ağladar” deyirlərmiş. Nənəsindən çoxlu folklor nü­mu­nəsi öyrənən Farida 1978-ci ildə Qədriyənin faciəsindən üzü­lür. Həmin günlərdə nəinki noqay ailələrində, qəzetlərdə, ya­radıcı ziyalılar arasında, hətta xarici radiolarda da Qərdi­yə­nin faciəsindən və gənc şairənin şübhəli ölümündən söz gedirdi.

Qədriyənin ölümü ilk günlər aşı və qəzəblə qarşılanırsa, əsas diqqət onun faciəsinə yönəlirsə sonra bu diqqət onun yaradıciliğına yönəlir. 1981-85-ci illərdə Çeçen-Inquş MSSR-in Qudrumes şəhərindəki pedaqoji texnikumda oxuyanda, yəni 1983-cü ildə rusca yazdığı ilk şeirini “Krasnoye znamya” qəzetində çap etdirir. Noqay türkcəsində yazılmış kitabları da ilk dəfə texnikumda oxuyarkən Dağıstandan gəlmiş tələbə yol­daşlarında görür. Onların vasitəsilə ana dilində yazılmış kitab­larla və kitabların müəllifi olan noqay yazıçı, şair və alimlərilə tanış olur.

Noqay türkcəsində yazdığı ilk şeirini isə 1986-cı ildə “Lenin yolu” qəzetində nəşr etdirir. 1986-cı ildə Stavropol Diyarının Qaraçay Çərkəz Muxtar Vilayətindəki dövlət pedaqoji institu­tunun ibtidai metodika fakültəsinə daxil olur. Elə həmin il də birinci dəfə Dağıstanda noqaylar yaşayan rayona gəlir. 1988-ci ildə internat məktəbdə ibtidai sinif müəlliməsi işləyən gənc şair Çerkesskdəki radionun noqay türkcəsində veriliş hazırlayan re­daksiyası ilə əməkdaşlıq edir. Bu ona noqay yazıçı, şair və alimlərilə yaxından tanışlığa imkan yaradır.

1990-cı ildə Mahaçqalada çap olunan “Yaslardın davısı” (Gənclərin səsi) toplusuna onun da noqay türkcəsində yazdığı şeirlər daxil edilir. Ana dilində ilk şeir kitabı isə 1991-ci ildə “Ak örnək” (Ağ naxış) adı ilə Çerkesskdə, “Priznaniye” (Etiraf) kitabında toplanmış rusca şeirləri isə 1997-ci ildə Moskvada çap olunur. Farida xanım “Şölliqim” (Çöllüyüm) şeirində deyir:



Yollarımda yellər essin, kum essin,

- Yollarımda yellər əssin, qum əssin,



Sokağımdı kar boratsın, korkpayman.

- Küçəmdə qar-bo­ran olsun, qorxmaram.



Noqay şölim-ak niyetim, tüz esim,

- Noqay çölüm, xoş niy­yətim, düz ağlım



Sağa bergen sözlerimnen men tayman.

- Sənə verdiyim sözlərimdən mən dönmərəm.

F.Sidaxmetova noqay folklorunun, şair və yazıçılarının əsər­lə­rinin rus dilinə çevrilməsilə də ardıcıl məşğul olur. O, “Edi­gey”, “Süyimbikedin bozlavı” (Süyimbikenin ağısı) və XV yü­zildə yaşamış Şal Kiyizin şeirlərini rus dilinə poetik tərcümə edərək nəşr etdirir. 2004-cü ildə isə özünün ana dilində yazdığı şeirlərini “Asıqaman alal sözler aytpaqa” (Məhəbbət sözləri de­məyə tələsirəm) adlı kitabında toplamışdır (Suyunova N., 2006:246-249).

* * *


1970-90-cı illərin noqay poeziyası Qədriyə (Kadriya) Temir­bulatovanın, Karaçay-Çərkəz xalq şairi Keldixan Kumra­to­­va­nın, Nəsimi mükafatı laureatı Murat Avezovun, Askarbiy Ki­reyevin, Muxarbiy Aubekigyevin, Farida Sidaxmetovanın, Sa­limat Maylibayevanın, Maqomatali Asanovun, Maqomet Kosa­yevin, Arqrntin Ayıbovun, Srajdin Batırovun və b. əsərləri sayəsində inkişaf edir. Onlar şeirlərində tarixi möv­zu­lara daha duyarlı yanaşır, epik və lirik dastan janrını mükəm­məlləşdirirlər. Noqay poeziyası ənənəvi janrlarını, klassik ədəbiyyatdan gələn ifadə vasitələrini yaşatmaqla yanaşı Rus və Avropa ədəbiyyatının təsiri ilə inkişaf edir, zənginləşirdi.

1970-1990-cı illərdə sosial, əxlaqi problemlər (Maqomet Ki­rimov) gündəmə gətirilir, epik və lirik xalq dastanları əsa­sın­da pyeslər (Askerbiy Kireyev) yazılır. Yelena Bulatıkovanın (1937), Ajdaut Naymanovun (1942) və b. hekayə, povest və romanları çap olunur.

Son illərdə noqay türkcəsində yeni qəzet və jurnallar nəşrinə başlamışdır. Uşaqların kiçik yaşlarından ana dilini dərindən öyrənmələri üçün “Mametekey” adlı jurnal da nəşrə başlamışdır. Bu jurnalın redaktoru tanınmış ədib Askarbiy Kireyevdir.
Sonuc
Sovetlər Birliyinin çöküşündən yararlanan noqaylar coğrafi olaraq “dağılmış” soydaşlarının ictimai və ədəbi qüvvələrini bir­ləşdirməyə çalışırlar. Bu məqsədlə 1989-cu ildə Rusiya Ya­zıçılar Ittifaqının Noqay Yazıçılar Birliyi yanında “Birlik” ictimai-siyasi təşkilatı yaradılır. Lakin bu təşkilat hələ də xalqın tam istəyincə işləyə bilmir. Bunun bir səbəbi təşkilat üzvlərinin içindən imperiya qorxusunun çıxmamasıdırsa, o biri səbəbi də Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının bölücülük fəaliyyətidir. Bütün bunlara baxmayaraq, noqay ədəbiyyatında sürətli bir yeniləşmə gedir. Bu yeniləşmə tarixə obyektiv yanaşma, milli miraslara yiyə çıxma, milli özünüdərk, qapalı Sovet məkanından çıxıb çoxçalarlı dünya sivilizasiya­sına canatma şəklində özünü göstərir.

Noqayların aşağıdakı qəzet, jurnal və topluları nəşr olu­nur: Mahaçqalada 1973-cü ildən “Tuvkan erim” (toplu), 1989-cu ildən “Lasın” uşaq jurnalı, “Şöllik mayakı” qəzeti, 1991-ci ildən Çerkesskdə “Polovetskaya luna” jurnalı, “Noqay davası” qəzeti, “Qıpçaq Ay” (noqay, qaraçay-malkar dialektlə­rində və rusca) yayımlanır. Maliyyə sıxıntısından bu nəşrlərin bəziləri davamlı çıxmır, bəziləri bağlanır, yeni adda qəzet və jurnallar da yayımlanmağa başlayır (Kalafat Yaşar, 1999).




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin