Folklor instituti


Dramçılığın yaranması və inkişafı



Yüklə 4,03 Mb.
səhifə143/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   139   140   141   142   143   144   145   146   ...   211
3.7. Dramçılığın yaranması və inkişafı
Dramçılıq sahəsində də diqqəti çəkən cəhətlər olmuşdur. Qa­raçay-malkar ədibləri 1930-cu illərdən səhnə əsərləri yarat­mağa başlamışlar. Abidat Botaşov (1902-82) “Bay caş bla carlı kız” (Varlı oğlan ilə kasıb qız) (1923), A.Qorxmazov “Qırmızı komandir kadetlər əsirliyində” (1929), Abdulkerim Batçayev “Ax­mat Batır” (1933) pyeslərini yazmışlar. Şaxarbiy Ebza­ye­vin “Oğurlu“ (Uğurlu) komediyası isə 1931-ci ildə Rostov-Don şəhərində keçirilən Qafqaz Xalqlarının Birinci Incəsənət Festivalında ən yüksək mükafata layiq görülmüşdür (Antalo­qiya literaturı..., 2003:160-170). Pyes 1937-ci ildə üzərində yenidən işlənərək çap edilmişdir.

Ramazan Qelayevin yazdığı “Kanlı kalım” pyesi malkar­ların ilk səhnə əsəri sayılsa da, bu janrın inkişafı Issa Bota­şo­vun adı ilə bağlıdır. O, sürgündən geri dönəndən sonra “Tav­lada tan jarıydı“ (Dağlarda dan qızarır), “Quşla biyikni süe­dile” (Quşlar yüksəklikləri sevər), “Abrek”, “Soltanın jazısı”, “Tavlı kızın yigidliği” (Dağlı qızın igidliyi) və başqa pyesləri yazaraq səhnələşdirdi. (Türkiye dışındakı..., 2002:405, 22-ci cild). Teatr sahəsində ardıcıl çalışan yazarlardan biri də Ib­raqim Maqammatovdur (1919). 1961-ci ildən başlayaraq “Toy­dan sonra”, “Jaralı juğutur” (Yaralı dağ keçisi), “Şamay qala”, “Süymeklikin poeması” (Sevgi poeması), “Aylıq turmala” (Turp­luq), “Elibizin adamları” (Elimizin adamları) və b. pyes­ləri səhnəyə qoyulmuşdur (Türkiye dışındakı..., 2002:393, 22-ci cild). Jağafar Tokumayevin “Avanala” (Kölgələr), “Jal­ğan daraja” (Yalan ünvan), “Örten” (Yanğın), “Emina” (Vəba) və b. pyesləri malkar teatrında maraqla qarşılanmışdır.

Son illər ədəbiyyata gələn gənclərdən Burxan Berberovun “Ağaç çana” (Ağac paz) pyesi diqqəti cəlb edir.

Bədii və elmi yaradıcılığı parallel aparan, pedaqoji sahədə çalışan, Kabarda-Malkar Dövlət universitetində rporektor işləyən Burhan Ber­be­rov Azərbaycanla bağıl olan malkar ədiblərindəndir. Azərbaycanın alimləri və elm ocaqları ilə daha sıx bağlı olan ədib Bakıda AMEA Folklor Institutunun keçirdiyi “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” simpoziumularına qatıldığı kimi, Azərbaycan alimlərinin də Nalçikdə keçirilən toplantılara getməsinə vasitəçi olur.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin