Folklor instituti


Ibrahim Abdulkerim oğlu Kerimov



Yüklə 4,03 Mb.
səhifə186/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   182   183   184   185   186   187   188   189   ...   211
Ibrahim Abdulkerim oğlu Kerimov (1922, Dağıstan MSSR-in Buynaksk rayonunun Töben (Aşağı) Cenqutay kəndi). 1938-ci ildə orta məktəbi bitirib kəndlərində və qonşu Töben Qazanış kəndində müəllim işləmişdir. 1940-cı ildə Buynaksk şəhərindəki pedaqoji texnikuma qəbul olsa da oranı bitirə bilmir. Onu da Ikinci Dünya Savaşına gön­dərirlər. 1943-cü ildə yaralandığına görə ordudan azad edilən gənc şair Dağıstan Pedaqoji Institutunun qiyabi şöbəsində oxumuş, 1945-ci ildə institutun dil və ədəbiyyat fakültəsini bi­ti­rərək kəndlərində rus dili müəllimi və məktəb direktoru işləmişdir.

1947-49-cu illərdə “Lenin yolu” qəzetində ədəbi işçi işlə­dik­dən sonra Moskvada SSRI EA Dilçilik Institutunun aspiran­tu­rasında oxumuşdur. Dilçilikdən yazdığı elmi işə görə ona 1953-cü ildə filologiya elmləri namizədi adı verilir. Sonralar filologiya elm­ləri doktoru, professor olan Ibrahim Kerimov Dağıstan Pe­daqoji Institutunda ümumi dillər kafedrasının müdiri və Da­ğıstan mək­təblərinə müəllim kadrlarının hazırlanması sahəsində çalışır.

Ilk yaradıcılığa rayon və respublika qəzetlərində çap etdir­diyi şeirlərlə başlayan Ibrahim Kerimovun 1947-ci ildə “Na­rat” (Şam ağacı) şeir kitabı nəşr olunmuşdur. 1949-cu ildə “Gəliş­miş” (Nişanlı) poemasını nəşr etdirən şair 1950-ci ildən nəsr yaradıcılığına keçir. “Suvnu şavası” (Suyun parıltısı), “Ullu Ural” (1953), “Ürtlü qızlar” (1958), rusca “Altyus üfüqü” (1954), “Yolun başı” (1956), “Maqaç”, “Teren bulak” adlı ro­man, povest və hekayələrini çap etdirir və 1986-cı ildə “Yırçı Kazak” romanını yazır (Literaturadan, 1986: 129-130). Bu roman I.Kerimovun öncəki əsərləri ilə müqayisədə keçmişə baxışda, milli dəyərlərə münasibətdə xeyli fərqlənir. A.S.Puş­kin, T.Şevçenko, L.Tolstoy, A.Çexovun əsərlərini ana dilinə tərcümə edən I.Kerimovun “Moskvayla görüş”, “Aulda səhər”, “Dəmirçi” şeirlərini Ə.Ziyatay Azərbaycan oxucularına təqdim etmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:212-214).

Dağıstan Dövlət Pedaqoji Institutunun professoru olan I.Ke­rimovun otuza yaxın kitabı çap olunmuşdur. Ona Dağıstan MSSR-in Əməkdar Incəsənət xadimi və Dağıstan MSSR-in Əməkdar Müəllimi adı verilmişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin