(Türkiye dışındakı..., 2002:50, 20-ci cild).
Azərbaycanda günəşin çıxması, yağışlı günlərin sona çatması üçün keçirilən “Qodu-qodu” mərasimində oxunan nəğmələr qaraçay-malkarlarda, qumuqlarda bir az fərqli şəkildədir. Qumuqlarda bu mərasim əsasən “Qüdürbay” adlandırılsa da ayrı-ayrı bölgələrdə “duqurmay”, “kassamay”, “massay”, “hüsemey”də adlandırılır.
Məsələn, birisi oxuyur:
Qüdür-güdür Qüdürbay!
O birilər xorla səs verir:
- Hossay!
Qüdürbaynı görqenler!
- Hossay!
Görüb salam berqenlər!
- Hossay!
Salamıngın ari koy!
- Hossay!
Kapçığıma tari kuy!
- Hossay!
Tartıp boza etermen!
- Hossay!
(Kumık xalk..., 2002:8)
Qumuqlarda da toylarda, mərasimlərdə oxunan nəğmələrin əksəriyyəti yeddi hecalıdır. Onlar çox vaxt dörd misra şəklində ifa edilir. Araşdırıcı Əmin Abid hələ 1928-ci ildə “Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri” mövzusnda araşdırmasını tamamlayaraq 1930-cu ildə “Azərbaycanı öyrənmə yolu”nda çap etdirmişdir. (Abid Əmin, 1930:24) O, türk xalqlarından toplanmış beş min dördlük üzərində apardığı araşdırmasında yazır: “Qərb (Osmanlı) ləhcəsində mani, çöl Kırım türkcəsində çın, Kazan ilə cənub Kırımcada cır, özbəkcə əşulə, aşulə, Iraq türk ləhcəsində türkü, qazax və qırğızlarda kayım öləng, yaxud aytıspa adlanır”. Yazarın fikrincə bu dördlüklər müxtəlif cür adlandırılsa da, eyni kökdəndir. Qusardan olan tələbəsi Mustafa Əzəmətzadədən topladıği qumuq mani nümunələrini incələyən araşdırıcı yazmışdır: “Qumuq türkçəsi ilə Dağıstan əhalisi arasında da mani nevi inkişaf etmiş haldadır. Bunlar ümumi quruluşca Azərbaycan bayatılarına çox yaxın bir şəkil göstərməkdədirlər:
Bar, bar gəltir, bar gəltir,
Bazarda satar əltir.
Qaşın bulan gözünü,
Arası çəltir-çəltir.
At mindim alaşasın,
Ogür yekdim qaşqasın.
Alsam səni alırman,
Alman səndən başqasın.
Tar tırğırıq tar sokmak,
Tartayım biləgindən.
Tamurlanğan terəksən,
Taymadıng yürəgimdən.
Qapqara qara yaşman,
Qaralığım yaşırman.
Sən mağa gəlməsən də,
Sağa gəlip baş vurman.”
Dostları ilə paylaş: |