Фуат рясулов


Özgənin pulunun (kapitalının) istifadəsinə görə ödənilən haqq faiz adlanır



Yüklə 4,2 Mb.
səhifə13/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   176
Özgənin pulunun (kapitalının) istifadəsinə görə ödənilən haqq faiz adlanır.

Nəhayət, sahibkarlıq fəaliyyəti xüsusi fəaliyyət növlərindən biri olmaqla növbəti resurslardan biri və əsası hesab olunur. O, əmtəə və xidmətlərin istehsalı məqsədilə firmaların yaradılması üçün zəruri olan idarəetmə və təşkilati işləri,  tərcübə və vərdişləri əhatə edir. Bir çox qərb sosioloqlarının tədqiqatları göstərir ki, belə qabiliyyətə dünya əhalisinin 2 faizdən bir az çoxu malikdir.

Yuxarıda sadalanan resurslar biri-birindən asılı olmadan fəaliyyət göstərir. Onları yalnız sahibkarlıq qabiliyyəti birləşdirə bilər. Belə ki, sahibkar hər hansı bir istehsalı qurmaq üçün kapital cəlb edir, işçi tutur, təbii resurslardan istifadə edir və bütün bunları səfərbər edib idarə etməklə əmtəə və xidmətlərin istehsalına başlayır. Sahibkarlar alınmış kreditlərə görə faiz ödəyir, işçilərə məvacib verir, təbii resurslara görə renta ödəyir, əgər işini düzgün qurarsa, yerdə qalan pul isə onun mənfəətini təşkil edir ki, bu da sahibkarlıq qabiliyyətinə, biznes vərdişinə və keyfiyyətinə, yeni ideya və səylərə, riskə görə haqqı xarakterizə edir.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin