Üçüncüsü, daşınmalar zamanı münasib deyil, kifayət qədər bircinslidir, bölünən deyil, uzunömürlüdür.
Dördüncüsü, bir neçə cinslidir, kompakt deyil, kifayət qədər uzun ömürlüdür, bölünən deyil.
Beşincisinin əsas nöqsanı odur ki, iri sövdələşmələr zamanı böyük çəkini ifadə edir.
Altıncısı, böyük miqdarlarda kompaktlığa malik deyil.
Nəhayət, yeddincisi, bütün göstəricilər üzrə uyğun gəlir.
Yəqin ki, yuxarıda sadaladığımız müxtəlif əşyalar arasında bu tələbləri daha dolğun ödəyənin məhz kağız əskinaslar olması fikrinin geniş izaha ehtiyacı yoxdur.
Lap qədimlərdən bəri pul 3 başlıca funksiyanı yerinə yetirib. Belə ki, pul:
1) tədavül vasitəsidir;
2) əmtəə və xidmətlərin dəyər ölçüsüdür;
3) sərvət toplanması vasitəsidir.
«Tədavül vasitəsi» adı altında nə başa düşürük. Bunu misalla aydınlaşdırmağa çalışaq:
Fərz edək ki, pul mövcud deyildir!
Bütün istehsalçılar öz məhsullarını bazara çıxarırlar. «A» firmasının nümayəndəsi satışa ayaqqabı təklif edir və onun əvəzinə istəyir ki, dəri məmulatları alsın. «B» firması dəri məmulatları satır, lakin istəyir ki, bazardan duz alsın. «C» firmasının nümayəndəsi bazarda duz satır, onun da ürəyindən özünə ayaqqabı almaq və saçını kəsdirmək keçir. Bərbər isə istəyir kiminsə saçını kəsib, əvəzinə ondan öz uşağı üçün oyuncaq alsın. Belə siyahını sonsuzluğa qədər uzatmaq olar, elə bil ki, iqtisadiyyatda gözəgörünməyən əllər vardır, onlar vasitəsilə, firmalar, insanlar öz aralarında bir şəbəkə qururlar.
Gəlin bu şəbəkəni sxem vasitəsilə təsvir edək.
Dostları ilə paylaş: |