Фуат рясулов


İstehlak zamanı istisnasızlıq və yoxluğu ilə xarakterizə olunan mal və xidmətlər ictimai mallar və xidmətlər adlanır



Yüklə 4,2 Mb.
səhifə50/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   176
İstehlak zamanı istisnasızlıq və yoxluğu ilə xarakterizə olunan mal və xidmətlər ictimai mallar və xidmətlər adlanır.

Rəqibinin yoxluğu xüsusiyyətinə malik olan məhsulun bir şəxs tərəfindən istehlakı onun başqalarına çatan miqdarını azaltmır. İstisnasızlıq dedikdə isə hətta haqqını ödəməyənlərin də həmin məhsulun istehlakından kənarlaşdırılmasının  mümkünsüzlüyü başa düşülür. Beləliklə, əmtəə və xidmətlər xüsusi və ictimai olurlar. Xüsusi mallar bir nəfər tərəfindən bir dəfə əldə oluna və istehlak edilə bilər. Onun haqqını ödəməyənlər ondan heç vaxt istifadə edə bilməzlər. Məsələn, biletsiz kinoya girmək, avtobusa, qatara, təyyarəyə minmək mümkün deyildir. İctimai məhsullar isə o mallardır ki, ondan eyni zamanda hamının istifadə etməsi mümkündür. Bu zaman başqaları üçün də əlverişli olan malların miqdarı azalmır.

Soruşa bilərsiniz ki, bu necə ola bilər? Gəlin dənizdə mayakları yada salaq. Məgər ondan istifadəyə görə gəmilər haqq ödəyirlərmi? Və ya svetofor! Yüzlərlə və ya minlərlə piyada və sürücülər bu xidmətdən istifadə edirlər. İctimai mallardan istifadəyə görə ayrı-ayrı adamlar könüllü haqq ödəmək istəyində olmur. Onlarda belə malların haqqını ödəmək üçün stimul azdır, bu zaman çoxları "başqasının hesabına gəzməkdə" maraqlıdırlar. İnsanlar ictimai məhsul və  xidmətlərdən milli müdafiə, polisin, yolların və körpülərin saxlanılması məqsədilə haqqının ödənib ödənilməməsindən asılı olmayaraq istifadə edirlər. Əgər istehlakçılar bu malların  haqqını ödəmək istəmirsə, onda kimlər onu ödəyəcək?

Dövlət? Bəli! Dövlət.

Bəs, o  bunu necə edir?

Şəxsi gəlirləri vergiyə cəlb etməklə!



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin