Фуат рясулов


- birincisi, pul qazanmalı



Yüklə 4,2 Mb.
səhifə53/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   176
- birincisi, pul qazanmalı;

- ikincisi, həmin pula nələr alacağını müəyyənləşdirməlidir.

Bizim hər birimiz hər gün müxtəlif mallar almaqla və xidmətlərin geniş şəbəkəsindən istifadə etməklə ölkə iqtisadiyyatının inkişafına yaxından yardım edirik.

Gəlirlərin əldə edilməsinin iki üsulu vardır.

Birinci üsul- öz əməyini mübadilə etməklə pul qazanmaqdır. Bəzən bunu peşəkar fəaliyyətdən gəlir də adlandırırlar. İnsanların əksəriyyətinin şəxsi gəlirlərinin mənbəyini bu tip  gəlirlər təşkil edir. Onlar firmalarda, dövlət təşkilatlarında işləyir və sərf etdikləri əməyin müqabilində məvacib  alırlar.

Gəlirlərin əldə edilməsinin ikinci üsulu - sərvətdən  gəlir götürülməsidir.




Сярвят - инсанларын саhиб олдуьу бцтцн ямтяялярин дяйяридир.

Bəzi insanlar böyük sərvət sahibidir və ondan müəyyən olunmuş qaydada istifadə edib, nəticədə gəlir əldə edirlər. Məsələn, adam var ki, iki, üç mənzili var. Onlar həmin mənzillərdən birini saxlayıb, digərlərini kirayə verməklə, gəlir əldə edə bilərlər.  Və yaxud başqa misal. Pul formasında sərvətə malik olan insan öz vəsaitlərini banka qoymaqla, faiz formasında qazanc əldə edə bilər.



Birinci misalda  sərvət sahibi "renta", ikinci misalda isə "faiz" alır. Gəlirlərin hər  iki  növü sərvətdən gəlir adlanır. İnsanların il ərzində xərclədiklərinin miqdarı onların malik olduqları gəlirlərdən asılıdır. Təbii ki, gəlirləri çox olan insanlar heç nədən imtina etmək istəməz. O kinoya, konsertə, saunaya gedər, idmanla məşğul olar, özünə fərdi kompüter alar, dil öyrənər, müasir dəbdə geyinər və hər gün bərbərxanaya baş çəkər. Lakin gəlirləri azalan kimi, o, xərclərinin bir hissəsindən imtina etməyə başlayacaq. Artıq teatr və konsert planda yoxdur. Əgər gəlirlərin azalması davam edirsə, onda sauna, idman da plandan çıxır. Bərbərxanaya getmək isə gündə deyil, ayda bir dəfə ilə əvəz olunur.

Əgər gəlirlərin azalması yenə davam  edərsə, bərbərxanaya getməyə son qoyulur. İnsanlar artıq öz saçını dosta-tanışa qırxdırır və köhnələri geyinməyə başlayır.

Lakin insan nə qədər kasıb olsa belə ən zəruri mallara ehtiyacı var.

Beləliklə  də malların istehlakı ilə insanların gəlirləri arasında birbaşa əlaqə mövcuddur. XIX əsrdə Prussiya  statistiki Ernest Engel sübut edirdi  ki, gəlirlərin artımı zamanı ən zəruri hesab edilən mallara xərclərin payı aşağı düşür, zinyət əşyalarına xərclər isə artır.

Öz gəlirlərini və xərclərini planlaşdırmaq üçün çox adamlar şəxsi büdcələrini tərtib edirlər. Praktiki olaraq hər bir ailənin öz büdcəsi var. Sadəcə olaraq, insanlar onu həmişə kağıza deyil, yaddaşlarına yazırlar.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin