Fxslxgghpxn ncplhkxn ncpxl


YEDDİNCİ DӘRS VEDA DİNİ (1)



Yüklə 0,83 Mb.
səhifə9/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

YEDDİNCİ DӘRS

VEDA DİNİ (1)


Veda ayini Hindistanın ən köklü və dərin keçmişə malik olan qədim dinlərindən biri hesab olunur. Hətta Hindistanın ən məşhur dinləri, o cümlədən brahmanizm, hinduiizm, caynizm, budiizm və sekizm də bu ayindən əmələ gəlmişdir və həqiqətdə onlar veda dininin dəyişdirilmiş və islah olunmuş növü hesab olunurlar. Qeyd olunan dinlərin araşdırılması veda ayini ilə tanışlıq əsasındadır. Buna görə də hal-hazırda Hindistan əhalisinin əksəriyyətinin itaət etdiyi hinduiizm və budiizm kimi dinləri araşdırmazdan əvvəl, onların klassik veda ayinindən fərqli olan xüsusiyyətlərini diqqətlə araşdıracağıq.

VEDA AYİNİNİN TARİXİ


Hindistan şimal tərəfdən Himalay dağları ilə əhatə olunduğuna görə monqol-tatar istilaçılarının hücumlarına məruz qalmamışdır. Amma şimal-qərb tərəfdən körfəz yolu ilə, yaxud iran vasitəsilə hücum üçün çox əlverişli imkanlar var idi və bu istiqamətdə istilaçılar üçün yol açıq idi. Buna görə də eramızdan 1500 il qabaq ariyayi xalqların irandan Hindistana doğru başlanan mühacirətindən və onların, hal-hazırda “dəravidi” adlandırılan qara dərili xalqlar arasında məskən salmasından qabaq bu ərazilərdə ardıcıl müharibələr baş verdi. Nəticədə köçərilər Hindistan yarmadasının şimal hissələrini ələ keçirdilər; əvvəlcə Vendiya dağlarına, daha sonra isə Dəkn məntəqəsinə qədər cənuba doğru irəlilədilər. Ariyalılar Hindistanın bu geniş ərazilərində hökmranlığı ələ aldıqdan sonra, tədrici olaraq, öz mədəniyyət, etiqad və təfəkkür üslublarını da yerli əhali arasında yaymağa başladılar. Veda ayininin bu ərazilərdə formalaşıb yayılmasını həmin etiqadların Hindistan yarmadasına nüfuz etməsinin nəticəsi hesab etmək olar. Veda ayini ilk dövrlərdə ailə mühitinə aid olan xüsusi bir din sayılırdı. Onun dini qayda-qanunlarının ən mühümləri aşağıdakılar idi:

Aganihudra – bu mərasim gün ərzində iki dəfə, gün çıxan və gün batan zaman evlərdə keçirilirdi; ailənin başçısı gün çıxmazdan qabaq yuxudan oyanır və su ilə yuyunub özünü paklaşdırırdı. Daha sonra müqəddəs ifadələri təkrarlaya- təkrarlaya xüsusi kömürlə atəş allahı adlanan “Agəni”nin adına od yandırır, üzünü şərq tərəfə tutaraq əllərini yenicə doğmaqda olan günəşə doğru qaldırır və ona xitab edib yalvarmağa başlayırdı. Onlar ailə üzvləri ilə birlikdə bu müqdddəs ayəni oxuyur, həqiqətdə çox xeyirxah rəbb hesab etdikləri və Savityar adlandırdıqları allaha belə müraciət edirdilər:

«Bu ümidlə ki, biz də Savityarın əzəmət və cəlalını yüksəldək. Bu ümidlə ki, o bizim dualarımıza rövnəq versin. Biz hədsiz şövqlə kamil dərk və düşüncə, öz məişət və rifah yüksəlişimiz üçün olan payımızı Savityardan istəyirik.»

Bu ayin eyni şəkildə uzun əsrlər boyu günəş qürub edən zaman bütün ariyayi ailələrin evində fəqirlərin, varlıların, kahinlərin, cəngavərlərin və şahzadələrin etiqad bəsləyib əməl etdiyi mərasimlərdən idi. Hətta bu mərasim bəzi hind tayfaları arasında sübh və axşamdan əlavə, günorta zamanı da icra edilirdi.

Veda ardıcıllarının əqidəsinə görə, onların müqəddəs kitabdan oxuduqları bu ayə (yuxarıda qeyd olunan ayə) günəş üçün daha artıq həyat, parlaqlıq və nur mənşəyi olmaqla yanaşı, onların özlərinə də qüvvət və firanvanlıq gətirir. Bu ayənin oxşarı vedaya etiqad bəsləyənlərin digər məbudları barəsində də vardır; belə ki, veda adlanan məcmuələrdə dini nəğmələr şəklində yazılmış bu dualar da veda ayininin müqəddəs və dini kitabının tərkib hissəsidir. Gördüyünüz kimi bu ayinin adı da həmin ayə və kitabların adından götürülmüşdür. İndi bu ayinin araşdırılmasında mühüm rol ifa edən iki prinsipi şərh edirik:

1. Bu ayinin Allah və varlıq aləminin mənşəyi barəsindəki nəzərləri;

2. Veda ayininin müqəddəs kitablarının mətni, məzmunu və xüsusiyyətləri.

VEDA MӘBUDLARI


Veda dininin əsasını çoxallahlıq etiqadı təşkil edir. Bu dinin ardıcılları təbiətdə olan bütün varlıqlar üçün ayrı-ayrı rəbb və allahların olduğuna inanırlar. Buna görə də onların etiqad bəsləyib sitayiş etdikləri allahların dəqiq sayı məlum deyildir.

Veda ayinində mövcud olan çoxallahlığın xüsusiyyətlərindən biri də budur ki, allahlardan bəziləri digərləri ilə müqayisədə müəyyən imtiyaz və üstünlüklərə malikdirlər. Hətta müxtəlif dövrlərdə allahlardan bəziləri öz etibar və dəyərini əldən vermişlər. Çoxallahlığın digər bir xüsusiyyəti də budur ki, allahlardan bəziləri dəstə halında müəyyən bir təbii varlığın xüsusi rəbbi rolunu ifa edirlər. Bu ayin çoxallahlıq prinsipi əsasında olmasına baxmayaraq, onun ümumi inanclarında bir növ təkallahlıq və tövhid etiqadını da müşahidə etmək olar.

indi isə vedalıların Allah və varlıq aləminin mənşəyi barəsində olan təfəkkürlərini aydınlaşdırmaq üçün yuxarıda qeyd olunan üç xüsusiyyətdən hər birini ətraflı şəkildə izah edirik.

1. Çoxallahlıq prinsipi:

Veda ayinində çoxallahlıq məsələsi elə bir səviyyədədir ki, din tarixi ilə məşğul olan mütəxəssis və sosioloqların əksəriyyəti daha ətraflı məlumat əldə etmək üçün onları ayrı-ayrı dəstələrə bölmüşlər. Bu bölgülərin birində veda allahları əvvəlcə iki dəstəyə - fərdi və ümumi hissəyə, fərdi allahlar da öz növbəsində aşağıdakı üç dəstəyə bölünürlər:

1. Asimani allahlar: Diyavzs, varuna, mitra, suriya və s.

2. Yerdə olan allahlar: Pritivi, agni, soma və s.

3. Asimanla yer arasında mövcud olan allahlar. İndra, rudra və s.
Ümumi şəkildə olan allahlar da aşağıdakı üç dəstəyə bölünürlər:

1. Adityalar;

2. Marutlar;

3. Vasular.

Bu allahlardan bəziləri daha artıq əhəmiyyətə malikdirlər ki, onlar aşğıdakılardan ibarətdir:

A) Әmr verən allahlar-Mitra və Varuna.

Veda ayinində sitayiş olunan məbudlar içərisində ən qədim və ən uzaq keçmişə malik olan allahlardan biri də asimani məbud sayılan “Diyavs”dır ki, öz həyat yoldaşı olan yer allahı “Pritvn” ilə birləşərək asiman-yer cütünü təşkil edirlər. Zaman keçdikcə bu məbud öz əhəmiyyətini itirmiş, yer və asimana hakim olmaq məqamından təkcə səmavi varlıqlara, işıqlıq, gündüz və s. hakim olmaq dərəcəsinə qədər enmişdir. Diyavus öz məqamını əldən verdikdən sonra “Varuna”, yaxud Vişva-darışna” adlı digər bir məbud onun yerini tutmuşdur. Bu allah işlərin nəzm-İnzibata, tərtib və qaydaya salınmasının öhdədarıdır. Onların əqidəsinə görə dünyanın bütün qüvvələri hər bir yerdə və hər bir zamanda onun əmrlərinə tabedir, təbiət qanunları onun iradəsindən asılıdır. Veda ardıcılları inanırlar ki, Varuna dünyanı və cismani şeyləri fani edib dağıdan məbudlardan qoruyub saxlayır; insanları əxlaqi qayda-qanunlara itaət etməyə məcbur edir. O günahkarları ifşa edir, haqq ilə batil arasında mühakimə yürüdür. Onun gizli nəzarətçiləri hər bir yerdə insanların əməl və rəftarlarına, davranışlarına nəzarət edirlər; günah edən şəxslər Varunanın qarşısında ahu-zar etməli və ondan bağışlanmaq istəməlidirlər.

Onların inancına görə vəfadarlıq, himayədarlıq və əhd-peyman allahı olan Mitra təbiət aləminin idarəçiliyində Varunanın şəriki və həmkarıdır. Varunanın malik olduğu fövqəladə və mistik qüvvə “maya” (sehr və cadu) adlandırılır. Varuna mayanın köməyi ilə öz asimani taxtında əyləşərək yerin işlərinə nəzarət edir, gündüzü işıqlandırır, günəşə nur verir. Axşam yaxınlaşdıqda günəşin üzünə bir örtük bağlayır. O, hər bir şeydən agah, qüdrətli və hakimdir; heç bir şey ondan gizli və məxfi deyildir.

2. Müharibə, tufan və yağış allahı – Hindra.

Veda ardıcıllarının etiqadına görə Hindra müharibə və döyüş allahıdır. Çünki o, Hindistanın fəthində və bu ölkənin şimal məntəqələrində məskən salmaqda ariyalılara yaxından köməklik göstərmişdir. Bu məbudun ixtiyarında ildırım kimi bir silah vardır. O, eyni zamanda tufan və yağış allahı da hesab olunur. Bundan əlavə o, sərvət bəxş etmək, xüsusi ilə müharibə qənimətləri, güc-qüvvət, eləcə də uzunömürlülük, səadət və xoşbəxtlik ərməğanı gətirməsi ilə də məşhurlaşmışdır.



3. Od-alov allahı – Agni.

Agni bu bölgüdə yer allahlarından hesab olunur. Amma o bütün varlıq dərəcələrini qət edən bir allahdır. Asimanda günəşin kənarında, məhsuldarlığın, xeyir-bərəkətin mənşəyi, heyvanların və yerin firavanlıq mənbəyi olduğuna görə sitayiş olunur. Bu allah eləcə də yerlə asiman arasında ildırım və şimşək surətində müxtəlif buludlardan çoxlu qığılcımlar yaradır və bununla da insanlara allahların xəbərdarlıqlarını çatdırır. Agni yerdə də bütün ariyalıların evlərinə gedib-gəlir və onların həyatlarının bütün sahələrinə nəzarət edir.

Agni bundan əlavə şeytanların, əzazil ruhların və cadugərlərin əleyhinə güclü bir qüvvə olub, insanları onlardan qoruyur. O da digər allahlar kimi xeyir-bərəkət göndərir ki, Veda ardıcılları adətən bu xeyir-bərəkəti ondan umurlar; ondan da mal-dövlət, sərvət, xoşbəxtlik, uzunömrülülük, çoxlu qəhrəman oğul övladları və s. nemətlər bəxş etməsini diləyirlər.

B)Ümumi məbudlar; Veda ayinində bu allahların özləri də üç hissəyə bölünürlər:

a.) Vasular; (nemət, sağlamlıq və firavanlıq bəxş edən məbudlar). Onların sayı səkkizdir ki, aşağıdakılardan ibarətdir:

Od, torpaq, külək, hava, asiman, ay, günəş və ulduzlar. Vedalıların etiqadına görə üzərində Agni yerləşən yerin tərkibi və həyatın əsası olan külək onun fəzasındadır; günəşin, yəni əqlin əsas iqamətgahı olan asiman və əbədi həyatın mənşəyi olan ulduzlar müştərək olaraq təbii həyatın əsasını təşkil edirlər. Həqiqətdə bu səkkiz ünsür varlıq, nemət və firavanlıq allahları sayılırlar.

b.) Marutlar; Marutların sayı məlum deyildir, amma onlar mütəşəkkil dəstə formasında bir-biri ilə qardaş və yaşıddırlar; birlikdə böyümüşlər və eyni fikrə malikdirlər. Marutların ildırım və şimşəklə bağlılıqları vardır, həmçinin günəşin vasitəsilə nurlanıblar. Onlar ildırım və şimşəklə bağlı olduqlarına və müharibələrdə Hindiraya kömək etdiklərinə görə onun səmimi dostlarından hesab olunurlar. Marut kəlməsinin leksik mənası bir o qədər də aydın deyildir. “Mar” ölmək, “ut” şəkilçisi isə zahirdə əbədilik və ölməzlik mənasını ifadə edir.

v.) Aditiyalar; Bu allahların sayının 6, 8 və bəzən də 12 olduğu göstərilir. Adityalar asimandadır, təbii və maddi varlıqlar üzərində hökmranlıq edirlər. Onlar “Aditya” ilahəsinin övladları, yəni məbudlar anasının övladlarıdır; parlaqlıq, paklıq, varlıq aləmini idarə etmək kimi imkanlara malikdirlər.

Qeyd olunanlar elə “Varuna”nın da malik olduğu sifətlərdir. Bu iki xüsusiyyətdə müştərək olmaq Adityaların Varuna ilə əlaqəli olmasına bir şahiddir.

V)Yeganə pərəstlik. Bu inanc Veda nəğmələrinin sonuncusunda yeganə allah kimi təqdim olunur ki, o, sair allahları öz qüdrəti dairəsində qərar vermiş, vahid və müstəqil bir şəkildə cilvələnmişdir. Yaradıcılıq kimi xüsusiyyətlər ona mənsub edilir. Bu yeganə məbud Vişvakarma, yaxud Puruşa adlandırılır. Vişva hər bir şey, Karma isə yaradan mənasınadır. Bu iki kəlmənin birlikdə işlənməsi bütün məxluqatı yaratmaq mənasını ifadə edir. Vişvakarma hər bir şeyi görən, yeri-göyü və ayı vücuda gətirən, dünyanı yaradan, bütün canlı varlıqları və insan qövmlərini idarə edəndir.

Bu mətləblər göstərir ki, Veda ayini iki əsasda – çoxallahlıq və təkallahlıq prinsipi əsasındadır. Diqqət yetirilməlidir ki, ümumiyyətlə Veda ayini tövhid, yeganəpərəstlik, varlığın yeganə yaradıcısına inam əqidəsinə əsaslanır. Unutmaq olmaz ki, bu ayinin ardıcılları arasında yeganə xaliq üçün müxtəlif zəminələrdə sadalanan çoxlu məbudlar təzahürü barəsində hədsiz dərəcədə mübaliğəyə yol verilmişdir. İlk baxışda hər hansı bir tədqiqatçıda belə bir fikir yaranır ki, təsəvvürə sığmayan bu xüsusiyyətlər tədrici olaraq veda ardıcıllarında bu təzahürlərin hər biri üçün müstəqil təsir qüvvəsinə inanmaq və nəticədə bu allahların qarşısında sitayiş etmək və ehtiyaclarını onlardan istəmək kimi azğın fikirlərin yaranmasına səbəb olmuşdur.


DӘRSİN XÜLASӘSİ


Müasir dövrdə hinduiizm, budiizm, caynizm, sekiizm və brahmaniizm dinlərinin əsasını təşkil edən veda ayini ilk dövrlərdə ailə mühitinə hakim olan bir əqidəvi cərəyan idi ki, köçəri ariyalıların vasitəsilə Hindistana gətirilmişdir. Bu ayin od yandıran zaman dini nəğmələrin oxunması ilə birlikdə icra olunurdu. Həmin nəğmələrə veda deyilir. Bu din tədrici olaraq başqa yerlərdə də yayılmışdır.

Veda ayini həyatın əsas təzhürlərindən hər birinin ayrıca bir allahı olduğuna inanmasına baxmayaraq, bütün məbudların vahid allahın nəzarəti altında olduğunu deyir və onu Vişvakarma, yəni hər bir şeyi yaradan adlandırır.


SUALLAR VӘ TAPŞIRIQLAR


1. Veda ayini Hindistana ilk dəfə kim tərəfindən gətirilmişdir?

2. Agni-hutra mərasiminin nədən ibarət olduğunu izah edin.

3. Veda ardıcıllarının etiqad bəslədiyi ən mühüm allahların adlarını sadalayın.

4. “Maya”nın tərifini deyin.

5. Veda allahlarının hansı biri digərlərindən daha üstün sayılır?

6. Etiqadlar barədə olan bəhslərdən istifadə etməklə və bu dərsdə öyrəndiyiniz tövhid və şirk məsələlərinə diqqət yetirməklə vedalıların müşrik olub-olmamasını araşdırın.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin