Фяза вя заман



Yüklə 4,26 Mb.
səhifə23/44
tarix01.01.2022
ölçüsü4,26 Mb.
#105585
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
MOVZU: 9. TERMODİNAMİKA
PLAN :1.Termodinamikanin 1 qanunu

2.Termodinamikanin 2 qanunu

3.Entropiyanin fiziki mənası

Ədəbiyyat siyahısı



  1. N. Qocayev - Mexanika Bakı 1978

  2. N. Qocayev - Optika Bakı 1983

  3. Kalasnikov - Elektrik bəhsi Bakı 2001

  4. Friş və Timoryeva – Fizika kursu

  5. E.Şposki – Atom fizikası Bakı 1961

6.A.Əmiraslanov Umumi fizika praktikumu

1. .Termodinamika


Molekulyar fizika cismin fiziki xassələrini və onun aqreqat halını molekulyar quruluş nöqteyi – nəzərindən öyrənən elmdir. Bu məsələnin öyrənilməsi bir – birini tamamlayan iki üsula, statistik və remmodinamk üsula əsaslanır.

Statistik üsul ehtimal nəzəriyyəsinə əsasən sistemi təşkil edən zərrəciklərin istilik hərəkəti qanunlarını öyrənir. Bu üsulla tək – tək zərrəciklər deyil, külli miqdarda atom və molekullardan təşkil olunmuş sistemlər tədqiq edilir. Öyrənilən fiziki proseslər ehtimal nəzəriyyəsi əsasında ymumiləşdirilir , alınan nəticələr isə orta statistik xarakter daşıyır. Məsələn, molekullar kinetik nəzəriyyənin əsas tənliyinin çıxarılışı , molekulların sərbəst yolunun orta uzunluğunun təyini, köçürmə hadisələri və sairə hadisələr statistik üsula əsasən hesablanır.

Termodinamik üsul isə müxtəlif fiziki hadisələri enerjinin çevrilməsi və saxlanması nöqteyi – nəzərindən təhlil edir. Fizikanın bu bölməsi termodinamika adlanır. Termodinamikada öyrənilən hadislərin daxili təbiəti və prosesin mexanizmi nəzərə alınmır.

Termodinamika buxar maşınlarında istilik hadisələrini öyrənmək və bu hadisələri nəzəri əsaslandırmaqla əlaqədar olaraq XIX əsrin əvvəllərində meydana gəlmişdir. Bu elm istilik texnikasının fizikaya verdiyi tələblər nəticəsində yaranıb inkişaf etmişdir. İstilik maşınlarının sənayesnin müxtəlif sahələrində tətbiqi ilə əlaqədar olaraq, bu maşınları daha da təkmilləşdirmək, onların faydalı iş əmsalını artırmaq sahəsində termodinamika elmi inkişaf etmişdir. İndi termodinamikanın əhatə etidyi məsələlər çoxdan bu tələblər çərçivəsindən xaricə çıxmışdır.

Termodinamika ilk növbədə istiliyin işə çevrilməsi barədə yaranan elmdir. Hazırda termodinamikanın qanunları o qədər ümumi xarakter alıb ki, çoxlu sayda fiziki və kimyəvi proseslər tətbiq olunur. Termodinamik cisim yaxud sistem dedikdə müəyyən həcmə malik çoxlu sayda zərrəciklərdən təşkil olunmuş sistem nəzərdə tutulur. Termodinamik tarazlıq – sistemin halını müəyyən edən parametrlərin zamandan asılı olaraq dəyişmədiyi və ya bu dəyişmənin sonsuz kiçik olduğu haldakı tarazlıqdır. Belə sistemin halı xarici təsirlər ( mexaniki, termik, elektrik və s. kimi təsirlər ) və sistemin öz temperaturundan asılı olaraq dəyişir.

Termodinamikanın əsasını – onun əsas prinsipləri təşkil edir. Bu prinsiplərə termodinamikanın qanunları , yaxud başlanğıc da deyilir. Termodi-namikanın qanunları təcrübi faktların ümumiləşdirilməsindən alınır. Termodi-namikanın üç əsas prinsipi ( qanunu) vardır. I qanun enerjinin bir şəkildən başqa şəklə çevrilməsini miqdarca müəyyənləşdirir. II qanun bu çevrilmənin şəraitini, prosesin başlanğıc və sonunu, onun istiqamətini müəyyən edir.




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin