Фяза вя заман



Yüklə 4,26 Mb.
səhifə21/44
tarix01.01.2022
ölçüsü4,26 Mb.
#105585
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
2.Ultrasəs və İnfrasəs.

Tezliyi 20 000 Hs-dən yuxarı olan rəqslərə ultrasəs deyilir. Ultrasəsin tezliyi məhdud deyil, hazırda tezliyi 2·108 Hs olan ultrasəs dalğaları almaq olar. Ultrasəs və akustik rəqslərin mühitdə yayılma sürəti təxminən eynidir. Ultrasəs dalbaları da adi səs dalğaları kimi mühitdə uzununa dalga şəklində yayılır və mühitdə hissəciklərin sıxlaşma və seyrəkləşməsini yaradır.

Ultrasəs dalğalarının dalga uzunlugu səs dalgalarının uzunlugundan çox kiçik olur. Bu nöqteyi - nəzərdən ultrasəs dalğalarının xassələri səs dalğalarından kəskin fərqlənir.

.

Şəkil 1.


Pyezokvarsın ulturasəs şüalanması ideyanını ilk dəfə Fransa fizii H.Lanjeven vermişdir. Lövhənin ölçülərini elə seçmək olar ki, ultrasəs rəqslərinin tezliyini artırmaq və azaltmaq olsun. Transformator yağı ilə dolu olan vannanını içərisinə güclü ultrasəs şüalandırıcısı yerləşdirmiş olsa, onda ultrasəsin təsiri ilə yağın səthində hündürlüyü 10 sm olan fantan baş verəcəkdir

.
Ultrasəs dalğaları çox qısa dalğalar olduğu üçün onların difraksiyası , adi səs dalğalarına nisbətən daha zəif olur. Bu isə müəyyən bir istiqamətdə yönəlmiş ultrasəs dalğalarının alınmasına imkan verir.

Yüksəktezlikli ultrasəs dalğaları havada çox intensiv udulur, həmçinin hava mühitinin sərhədindən əks ola bilir. Ona görə hər hansı bir obyektə yüksək tezlikli ultrasəslə ( 100 kilohers tezlikli səslə ) istifadə olunur.

Ultrasəs intensiv olaraq emulsiya əmələ gətirir. Bərk cisimləri xırdalayır ( parçalayır ) deformasiya etdirir. Bir sıra kimyəvi reaksiyaları sürətləndirir . Mayelərin buxarlanmasını, məhlulların kristallaşmasını sürətləndirir , su və başqa mayelərin işıq verməsinə səbəb olur

.

Göz və qulaq xəstəliklərinin diaqnozu üçün ultrasəsdən geniş istifadə edilir.Ultrasəs exoqramması sayəsində göz büllurunun ( katarakta), buynuz təbəqəsinin tutqunlaşması ( bulanlığı), gözün şüşəvarı maddəsində qan yayılması, tor təbəqəsinin lay- lay olması və s. xəstəliklər aşkar edilib diaqnoz qoyulur.



Son zamanlara qədər orqanizmin toxumalarında olan şişləri aşkar etmək üçün yeganə vəsait rentgen şüaları hesab edilir. Çoxlu sayda təcrübələrdən sonra işiləri aşkar etmək üçün ultrasəsdən də istifadə edilməsi irəli sürülür. Ultrasəsi orqanizmin lazım olan yerinə yönəltməklə, elektron – şüa borusunun ekranında həmin orqanizmin toxumaarının xəyaı alınır. Orqanizmin sağlam və xəstə hissələri ultrasəsi müxtəlif cür əks etdirdiyindən, əks olan impulslar ekrana düşərək oraqnizmin bu və ya başqa hissəsinin kəskin fərqlənməsini əks etdirir.

Ultrasəs diaqnoz cihazı olan « Exoskop 8 » bədxassəli və xoşxassəli şişləri aşkar etməyə imkan verir. Bu cihaz həmçinin toxumaların bircinsli olmasını, toxumalarda başqa əşyaların olmasını aşkar etməyə imkan verir. Ultrasəs cihazı olan « Exo 11» beyində olan şişləri və başqa dəyişiklikləri aşkar etməyə imkan verir. Xəstə çox ağır olduqda və çox tez diaqnoz qoymaq üçün Exoensefaloqraf üsulu başqa üsullardan çox üstun olur. Ultrasəs aparatı vasitəsilə hamilələik və doğum ərəfəsində ortaya çıxan bütün çətinliklərin səbəbləri aşkar edilir. Müəyyən inensivlikdə ultrasəs dalğaları , embrionun ( rüşeymin ) inkişaf dövrünün istənilən mərhələsində ona mənfi təsir göstərmir. İndi ultrasəslə doğumun vəziyyəti təyin edilir. Diaqnoz qoymaqla yanaşı ultrasəslə geniş müalicə işi aparılır. Ultrasəsin orqanizmə istilik, mexaniki və fiziki – kimyəvi təsiri ola bilir. Ultrasəs toxumlarda bərabər miqdarda udularaq istilik təsiri oyadır və toxumaları müalicə edir.

Ultrasəsin təsiri ilə qan dövranının və sinir sisteminin fəaliyyəti yaxşılaşır. Əzələ və oynaqların fəaliyyətini aktivləşdirir, hipertoniya xəstəliyində əziyyət çəkənlərdə qan təzyiqini azaltmaq olur.


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin