MOVZU 7. BERNULİ TƏNLİYİ
PLAN: 1 .Bernuli tənliyi
2.Mayelərin laminar və turbulent axını
Ədəbiyyat siyahısı
N. Qocayev - Mexanika Bakı 1978
N. Qocayev - Optika Bakı 1983
Kalasnikov - Elektrik bəhsi Bakı 2001
Friş və Timoryeva – Fizika kursu
E.Şposki – Atom fizikası Bakı 1961
6.A.Əmiraslanov Umumi fizika praktikumu
Bernulli tənliyi , statistik və dinamik təzyiqlər.
Qan damar sistemində qanın təzyiqi , hərəkət edən qanın enerjisi , təzyiqin dəyişməsi , Bernulli tənliyi və Puazeyl – Haken düsturları ilə ifadə olunur. Qan damar sistemində qanın hərəkəti arası kəsilmədən , fasiləsiz axındır, həm də istənilən en kəsiyində vahid zamanda axan qanın miqdarı sabitdir.
Maye zərrəcikləri qarşılıqlı olaraq yerlərini çox asanlıqla dəyişir və təzyiqin təsiri altında yüksək təzyiq olan yerdən , alçaq təzyiq olan yerə hərəkət edir. Bu hadisəyə mayenin axması deyilir. Maye zərrəcikləri arasında cəzbetmə qüvvəsi olduğuna görə maye zərrəciklərinin qarşılı qlı yerdəyişməsi müəyyən müqavimətlə rastlaşır. Bu müqavimət quvvəsi mayelərdə daxili sürtünmə və ya özlülük adlanır.
Əvvəlcə ideal mayelərin qərarlaşmış axınında baxaq. Belə axın üçün təzyiqilə sürəti arasında olan asılılığı müəyyən edək. Maye ideal maye olduğundan ( daxili sürtünmə qüvvəsi yoxdur ), kütləsi və həcmi olan mayenin axması zamanı onun tam enerjisi sabit qalacaqdır. Tam enerji isə təzyiq altında olan potensial enerji ( ), ağırlıq qüvvəsi altında olan potensial enerji və bir də kinetik enerjinin cəminə bərabər olacaqdır.
Fərz edək ki, maili vəziyyətdə qoyulmuş cərəyan borusundan maye axır. Borunun və nöqtələrindəki en kəsiklərinin sahəsi və həmin nöqtələrdəki mayenin sürətləri və təzyiqləri və olsun ( şəkil 1 ). Borunun və nöqtələrinin üfüqdfn olan səviyyələri və olsun. Onda enerjinin itməsi qanuna əsasən :
( 1)
Bu ifadənin hər bir həddini həcminə bölsək və qəbul etsək :
( 1, a )
Bu tənliyi çıxaran Daniel Bernulli olduğundan buna Bernulli tənliyi deyilir. Bu tənliyə daxil olan hər üç kəmiyyətin ölçü vahidi eynidir ) və onların üçü də enerji sıxlığı ( vahid həcmə düşən enerji ) və ya təzyiqi ifadə edən kəmiyyətlərdir.
Şəkil 1.
( 1, a) ifadəsi cərəyan borusunun istənilən ixtiyari en kəsiyi üçün yazıldığından
( 1, b)
olduğunu alarıq. Bu o deməkdir ki , borunun istənilən en kəsiyi üçün təzyiqlərin cəmi sabit kəmiyyətdir. Bu təzyiqlərdən - yə statik , - a hidrostatik , - yə dinamik təzyiq , bunların cəminə isə, hərəkət edən mayenin tam təzyiqi deyilir.
Maye üfqi boru ilə axırsa , bu halda olduğundan ( 1, a) tənliyi
və yaxud
( 2)
şəklində yazıla bilər.
Deməli , bu halda statik və dinamik təzyiqlərin cəmi sabit qalır. ( 2) ifadəsindən belə bir nəticə çıxır ki , ideal maye üfqi boruda axarkən, təzyiq çox olan yerdə sürət kiçik, təzyiq az olan yerdə isə sürət böyük olur ( Bernulli qanunu).
Maye, dəyişən en kəsikli borularda axarsa, en kəsiyi kiçik olan yerdə sürət böyük və təzyiq kiçik, en kəsiyi böyük olan yerdə isə əksinə, sürət kiçik və təzyiq böyük olacaq. Maye , borunun ensiz yerinə daxil olarkən, geniş hissədə olan yüksək tərəfindən itələnir və böyük sürət alır.
Dostları ilə paylaş: |