Фяза вя заман



Yüklə 4,26 Mb.
səhifə28/44
tarix01.01.2022
ölçüsü4,26 Mb.
#105585
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
Ədəbiyyat siyahısı



  1. N. Qocayev - Mexanika Bakı 1978

  2. N. Qocayev - Optika Bakı 1983

  3. Kalasnikov - Elektrik bəhsi Bakı 2001

  4. Friş və Timoryeva – Fizika kursu

  5. E.Şposki – Atom fizikası Bakı 1961

6.A.Əmiraslanov Umumi fizika praktikumu

1. Elektrik bəhsi.

Hələ bizim eradan əvvəl VII əsrdə yunan alimi Fales kəhrabanı yun parçaya sürtükdə onun yüngül cisimləri özünə çəkməsi hadisəsini müşahidə etmişdir.

Sonralar, XVI əsrin ortalarında ingilik alimi Hilbert yenidən bu hadisəyə qayıtmışdır. O, kəhrəbadan başqa şüşə, ebonit, qartan və saiə cisimləri də ipək yun və dəriyə sürtükdə kiçik yüngül cisimləri çəkməsi hadisəsini müəyyən etmişdir. O zamanlar kəhrəbalanma adlanan bu hadisə hazırda elektrikləqmə adlanır ( yunan dilində elektron kəhrəba deməkdir). Məlum olmuşdur ki, sürtünmə zamanı iki növ elektrik yükü alınır. Bü yuklər bir – birini neytrallaşdıra bildiyindən, biri müsbət, jigəri mənfi qəbul olunmuşdur.

Şərti olaraq şüşə çubuğu emal edilmiş dəriyə sürtdükdə şüşə çubuq müsbət, dərinin isə mənfi yüklənməsi qəbul olunub. Hər iki yük mütləq qiymətcə bərabər olur. Hansı yolla elektrik yükləri alınırsa alınsın, həmişə eyni miqdarda əks işarəli yüklər alınır. Qapalı sistemdə baş verən hər hansı bir proses onun daxilində elektrik yüklərinin ümumi miqdarını dəyişə bilməz. Bu elektrik yüklərinin saxlanma qanunu adlanır.

İki əsr ( XVI – XVIII əsr ) elektrik haqqında elm çox zəif inkişaf etmişdir. Bu dövrdə ancaq cisimlərin sürtünmə ilə elektriklənməsi və bu yüklər arasında olan qarşılıqlı təsir qüvvəsi öyrənilirdi. Elmin bu bölməsi elektrostatika adlanır.

Muasir dövrdə elektrik hadisələrinin təbiəti atomun elektron quruluşu ilə əlaqələndirilmişdir.

Atomun mərkəzi hissəsində müsbət yüklü nüvə, onun ətrafında isə stasionar orbitlər üzrə elektronlar hərəkət edir. Elektron nüvəyə nisbətən çox kiçik kütləyə və təbiətdə rast gəlinən ən kiçik mənfi yükə malikdir . Atomun belə quruluşu planetar model adlanır. Günəş sistemində planetlərin hərəkəti kimi, elektronlar da nüvə ətrafında çevrə, yaxud elliptik orbitlər üzrə hərəkət edir. Şəkil 1 – də Na atomu üçün elektronların təbəqələrdə paylanması göstərilmişdir.

Şəkil 1.


Atomun xarici orbitində olan eklektronlar nüvə ilə zəif əlaqədə olduğundan, istilik hərəkəti təsirindən və digər səbəblərdən elektron atomdan asanlıqla xaric olub sərbəstləşə bilir. Bu zaman atomun elektrik neytrallığı pozulur və müsbət ion əmələ gəlir. Əksinə, neytral atom əlavə elektron qəbul etdikdə o mənfi iona çevrilir.

Elektrik xassələrinə görə cisimlər keçirici ( naqillər) , yarımkeçirici və qeyri – naqillərə ( dielektriklər ) ayırmaq olur . O cisimlərdəki elektrik yükləri sərbəst yerdəyişə öilir, belə cisimlərə naqillər deyilir ( bütün metallar , duzların suda məhlulu, turşu və əsaslar ) . Sərbəst yükləri olmayan cisimlər isə qeyri – naqillər ( yaxud dielektriklər ) adlanır. Belə cisimlərdə elektrik yükləri atom , yaxud molekul hüdudu daxilində hərəkət edə bilir. Məsələn, təmiz qazlar, hava, distillə edilmiş su, kəhrəba, slyuda, parafin, ebonit, şüşə, rezin və sairə belə cisimlərdəndir.

Müasir gövrdə fizika və texnika üçün çox mühüm olan çoxlu sayda yarımkeçirici cisimlər də vardır ki , onlar da adi şəraitdə, xüsusi ilə aşağı temperaturlarda elektron, atom və molekul ilə bağlı olur. Bir sıra xarici təsirlər nəticəsində elektron, atom və molekullardan azad olub sərbəstləşə bilir. Canlı orqanizmin toxumaları öz elektrikkeçirmə qabiliyyətinə görə çox müxtəlif olur.

Orqanizmin zülal , karbohidratlar, dərinin xarici təbəqəsi, əzələ, sinir telləri, beyin toxumaları, sümuklər və sairə hissələri dielektrikdir. Orqanizmin maye hissəsi elektrolit olub keçiricilərə məxsusdur .

Elektrik hadisələri XIX əsrdən başlayaraq sürətli tədqiq edilməyə başladı.Bu dövrdə elektrik cərəyanının yaranması şəraiti öyrənildi, cərəyanın istilik və maqnit təsiri aşkar edildi. Maksvel və Faradeyin tədqiqat işləri sayəsində elektromaqnit dalğaları kəşf edildi. İşığın elektromaqnit nəzəriyyəsi yaradıldı.

XIX əsrin başlanğıcında V.V.Petrov elektrik qövsünü kəşf etdi və onun praktiki olaraq tətbiq olunmasını göstərdi. Peterburq akademiyasının həqiqi üzvü E.X.Lents induksiya cərəyanının istiqamətini müəyən etdi.

XIX əsrin ikinci yarısında A.Q.Stoletov fotoelektrik hadisəsini, 1895- ci ildə A.S.Popov radioteleqrafı, bir qədər sonra P.N.Lebedev təcrübi yolla millimetr uzunluğunda elektromaqnit dalğalarını kəşf etdilər.

B.S. Yakobi ilk dəfə elektrik mühərrikini ixtira etdi, elektrolizin praktiki tətbiqini ( qalvanoplastika) müəyyən etdi. P.N.Yabloçkov ilk dəfə elektrik qövsündən işıqlanma mənbəyi kimi istifadə etməyi təklif etdi. A.İ.Lodıgin elektrik közərmə lampasını, İ.F.Usakin elektrik transformatorunu və sairə mühüm kəşflər edildi.

Müasir dövrdə sənaye və kənd təsərrufatında, təbabətdə elektrotexnika

mühüm yer tutur




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin