Фяза вя заман


Real qazların hal tənliyi. Van – der- Vaals tənliyi



Yüklə 4,26 Mb.
səhifə27/44
tarix01.01.2022
ölçüsü4,26 Mb.
#105585
1   ...   23   24   25   26   27   28   29   30   ...   44
2. Real qazların hal tənliyi. Van – der- Vaals tənliyi.

Həyatda rast gəldiyimiz real ( həqqi ) qazlar ( oksigen, azot , hidrogen, karbon qazı və s. ) ideal qaz qanunlarına dəqiq tabe olmur. Həmçinin alçaq təzyiqlərdə və yüksək temperaturlarda real qazlar . ideal qazın hal tənliyi olan Mendeleyev – Klapeyron tənliyinə



təxmini tabe olur. Alçaq temperaturlarda və yüksək təzyiqlərdə bu qanundan kənaraçıxma özünü daha güclü göstərir.

İdeal qaz molekuları arasındakı məsafə onların xətti ölçülərinə nisbətən çox böyükdür. Ona görə də molekulların həcmi qazın ümumi həcminə nisbətən o qədər kiçikdir ki, bu həcm nəzərə alınmayıb , onlara maddi nöqtə kimi baxılır.

İdeal qaz molekulları arasında heç bir qarşılıqlı təsir qüvvəsi yoxdur, onlar bir – birinə ancaq bilavasitə toqquşarkən təsir edir. Real qaz molekullarına maddi nöqtə kimi baxmaq olmaz. Real qaz molekulları müəyyən hcmə malik olur və onlar arasında cəzbetmə və itələmə qüvvələri, yəni qarşılıqlı təsir qüvvələri vardır.

Yüksək təzyiqlərdə real qazların, ideal qazın hal tənliyindən daha çox kənara çıxması onunla izah olunur ki, təzyiq artdıqca qazın sıxlığı artır, molekullar arasındaı orta məsafə azalır. Bu zaman molekulların həcmləri və molekullar arasındakı qarşılıqlı təsir qüvvələri mühüm rol oynayır. .

Molekullar arasında qarşılıqlı təsir qüvvəsi də artır. Bu deyilənlərdən aydın olur ki, real qazın halını düzgün xarakterizə etmək üçün molekullar arasında qarşılıqlı təsir qüvvəsini və molekulların məxsusi həcmini nəzərə almaq lazımdır.

Real qazların hal tənliyini çıxarmaq üçün ideal qazın hal tənliyinə iki düzəliş vermək lazımdır. Bu düzəlişləri verən və real qazların hal tənliyini çıxaran Hollandiya alimi Van – der Vaals olmuşdur. Qazın V həcmi , molekulların b məxsusi həcmləri ilə onlar arasında qalan boşluqların həcmləri cəminə bərabərdir.

Qazı sıxıb ondan olan molekulların qabın bir küncünə, yaxud qabın, dibinə toplasaq və molekulların məxsusi həcmlərini bir – birinə kip söykənmiş kürəciklər şəklində təsəvvür etsək (şəkil 1) , onda Mendeleyev Klapeyron tənliyində olan V həcmi əvəzinə ( V - b) həcmi götürmək lazımdır.


burada b – molekulların özlərinin tutduğu həcm , ( V - b) isə sərbəst həcm adlanır.

İkinci düzəliş molekulların qarşılıqlı cazibə qüvvəsi təsiri ilə əmələ gələn daxili təzyiqi nəzərə almaqdan ibarətdir. Bu düzəlişi də nəzərə aldıqda real qazın hal tənliyi belə yazılır

burada daxili təzyiqi, vahid həcmdə yerləşən molekulların sayından , yəni sıxlıqdan, həm də molekullar arasındakı məsafədən asılıdır.

Daxili təzyiq sıxlığın kvadratı ilə düz, həcmin kvadratı ilə tərs mütənasibdir :


Bunu nəzərə aldıqda 1 qrammol real qaz üçün Van – der- Vaals tənlyi


( 1)

Burada və - Van – der- Vaals sabitləri olub, müxtəlif qiymətlər alır və təcrübə ilə təyin olunur. Təzyiq H/ m2 , həcm m3/k iol ilə ölçülərsə , - nın ölçü dərəcəsi H× m4/k × mol2 , - nin isə m3k ×mol. Olur.



Şəkil 1

MOVZU: 11. ELEKTRİK BƏHSİ.KULON QANUNU



PLAN: 1.Elektrik bəhsi

2.Elektrik yukunun saxlanması qanunu Kulon

Qanunu

3.Elektrik sahəsini intensivliyi



4.Sahənin superpazisiya prinsipi


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin