Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


Aminturşu rabitələrinin digər növləri



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə92/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   137
Biokimyanın əsasları I cild

Aminturşu rabitələrinin digər növləri.
Bəzi zülallar mühitin pH-ı azacıq 
dəyişdikdə öz ilkin bioloji xassələrini itirir. Belə şəraitdə peptid, disulfid və 
hidrogen rabitələri heç bir dəyişikliyə uğramadığına görə, belə güman etmək 


137 
olar ki, zülalların molekul strukturunun formalaşmasında dissosiasiyaya uğraya 
bilən kimyəvi qrupların elektrostatik xassələrinin də müəyyən dərəcədə rolu 
vardır. Bunlara lizinin peptid rabitəsində iştirak etməyən amin qrupu, asparagin 
və qlutamin turşularının ikinci karboksil radikalları, argininin quanidin qrupu, 
histidinin imidazol qrupu, tirozinin 

OH və sisteinin 

SH radikalları aiddir. 
Amin, quanidin və imidazol qrupları özlərinə hidrogen ionu birləşdirməklə 
qələvi, karboksil qrupları və tirozinin 

OH qrupu isə H

ionlarını dissosiasiya 
etməklə turşu xassəsinə malik olur. Belə əks-işarəli qrupların elektrostatik 
cazibəsi nəticəsində zülal molekullarında ion rabitələri əmələ gəlir.
Aminturşuların bir-birinin yaxınlığında yerləşən qeyri-polyar qrupları da 
molekuldaxili cazibə qüvvələri (Van-der-Vaals qüvvələri) hesabına bir-birinə 
yaxınlaşa bilir; alaninin metil qrupu ilə valin, leysin, izoleysin, fenilalanin və 
triptofan belə cazibə qüvvələri sayəsində bir-birinə yaxınlaşır. 
 
4.6.2. ZÜLAL MOLEKULUNDA AMİNTURŞULARIN ARDICILLIĞI VƏ
ONUN TƏYİNİ 
Zülal molekulları bir-birilə müxtəlif nisbətdə və müxtəlif ardıcıllıqla birləş-
miş aminturşu qalıqlarından ibarətdir. Onların fərdi xüsusiyyətləri aminturşu 
qalıqlarının düzülüşündən asılıdır. Polipeptid zəncirində aminturşu qalıqlarının 
hansı ardıcıllıqla yerləşdiyinin təyin edilməsi böyük çətinliklərlə əlaqədardır. 
Bu çətinliklərin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün tərkibinə 3 
aminturşu qalığı daxil olan tripeptidin molekulunda həmin qalıqların yerləşmə 
ardıcıllığının mümkün olan variantlarını nəzərdən keçirək (misal olaraq, qlisin, 
alanin və serini müvafiq surətdə A, B və C hərfləri ilə işarə edək). Beləliklə, 3 
aminturşu qalığından əmələ gələn tripeptidin 6 izomeri olduğu aydınlaşır: 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin