Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


Aminturşuların dinitrofluorbenzolla reaksiyası (Senger reaksiyası)



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə89/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   137
Biokimyanın əsasları I cild

Aminturşuların dinitrofluorbenzolla reaksiyası (Senger reaksiyası).
Aminturşuların 1-flüor-2,4-dinitrobenzolla (DNFB) reaksiyasının böyük 
praktik əhəmiyyəti vardır. Aminturşu molekulunda olan amin qrupunun bu 
reaktivlə qarşılıqlı təsiri nəticəsində flüorid turşusu ayrılır və sarı rəngli 
dinitrofenilaminturşu (DNF-AT) əmələ gəlir: 
DNFB zülalların tərkibində olan sərbəst amin qrupları ilə də yuxarıdakı 
tənliyə uyğun reaksiyaya girə bilir. Reaksiyanı apardıqdan sonra zülalı 
hidrolizə uğratdıqda aminturşular ayrılır, lakin DNF-AT-ın strukturu pozulmur. 
Bundan sonra DNF-AT-ın üzvi həlledicilərdə həllolma qabiliyyətindən istifadə 
etməklə, onu digər zülal hidrolizatından ayırıb, tərkibindəki aminturşunun 
növünü müəyyənləşdirirlər. Bu təyinat zülal molekulunda olan aminturşulardan 
hansının amin qrupunun sərbəst qaldığını aydınlaşdırmağa imkan verir. 
Fenilizotiosianatla reaksiya (Edman reaksiyası).
Fenilizotiosianat qələvi 
mühitində amin qrupları ilə reaksiyaya girib, feniltiokarbamilaminturşu 
kompleksinə (FTK-AT), bu kompleks isə zəif turş mühitdə dehidratasiyaya 
uğrayıb, fenilhidantoin-aminturşu kompleksi adlanan tsiklik birləşməyə çevrilir: 


132 
 
 
 
feniltiohidantoin-aminturşu 
(FTH-AT) 
 
Zülalların tərkibində amin qrupu sərbəst şəkildə olan aminturşunu 
fenilizotiosianatın təsirinə uğratdıqdan sonra fenilhidantoin törəməsi şəklində 
ayırıb, həmin aminturşunun növünü müəyyənləşdirmək mümkündür. Bu üsul 
zülal molekulunun uc hissəsində olan aminturşu qalığının növünü 
aydınlaşdırmağa imkan verir və bu təyinat zamanı zülalın digər hissələrini 
hidrolizə uğratmağa ehtiyac qalmır. 
Ninhidrinlə reaksiya (Ruemann reaksiyası).
Aminturşuların vəsfi və 
miqdari analizi üçün onların ninhidrinlə reaksiyasından geniş istifadə edilir. 
Reaksiyanın birinci mərhələsində aminturşular oksidləşməklə dezaminləşmə 
reaksiyasına uğrayır və karboksil qrupunu itirir, ninhidrin isə reduksiyaya 
məruz qalır. 
İkinci mərhələdə ninhidrinin 1 molekul oksidləşmiş və 1 molekul reduksi-
yaya uğramış forması aminturşudan ayrılan ammonyakla reaksiyaya girərək, 
məhlula göy-bənövşəyi rəng verən Ruemann purpuruna çevrilir. Bu zaman 
məhlulun rənginin intensivliyi aminturşunun miqdarı ilə mütənasib şəkildə 
dəyişikliyə uğrayır (belə məhlul dalğa uzunluğu 580 nm olan işıq şüalarını 
udur). 


133 
Prolin və oksiprolin (iminturşular) 

-aminturşulardan fərqli olaraq, 
ninhidrinlə reaksiya zamanı sarı rəngli boyaq maddəsi əmələ gətirir və bu 
zaman ammonyak ayrılmır (bu boyaq maddəsinin məhlulu spektrofotometriya 
zamanı dalğa uzunluğu 440 nm olan işıq şüalarını udur).
Ninhidrinlə aparılan reaksiya qeyri-spesifikdir. Amin qrupuna malik olan 
bütün birləşmələr (o cümlədən zülallar) və ammonyak ninhidrinlə reaksiyaya 
girir, lakin bu zaman karbon qazı əmələ gəlmir. Ninhidrin reaksiyası zamanı 
karbon qazının əmələ gəlməsi 

-aminturşular üçün spesifikdir. Bu reaksiya 
əsasında aminturşuların miqdari analizi üsulu hazırlanmışdır. Bundan ötrü, 
aminturşuların kağız üzərində xromatoqrafiyasından və elektroforez üsulundan 
istifadə edilir. Zülal hidrolizatı (aminturşu qarışığı) xüsusi iondəyişdirici qatran 
(sulfopolistirol kationiti) hopdurulmuş kağız üzərində müxtəlif fraksiyalara 
ayrılır. Neytral mühitdə aparılan elektroforez zamanı mənfi yüklü (turş xassəli) 
aminturşular anoda, müsbət yüklü (qələvi xassəli) aminturşular katoda doğru 
hərəkət edir, neytral xassəli aminturşular isə yerini dəyişmir. Buna görə, adətən 
neytral aminturşuları fraksiyalara ayırmaq üçün elektroforezi turş mühitdə 
(pH=1,8-2,0) 
aparırlar. Aminturşular fraksiyalara ayrıldıqdan sonra 
elektroforez kağızı ninhidrin məhlulu ilə isladılır. Bunun nəticəsində hər bir 
fraksiya intensivliyi aminturşunun miqdarından asılı olan göy-bənövşəyi rəngə 
boyanır (prolin və oksiprolin fraksiyaları isə sarı rəng alır). Hər bir fraksiya 
ayrılıqda xüsusi məhlulla yuyulur və fotoelektrokalorimetr vasitəsilə həmin 
məhlulun tərkibində olan aminturşuların miqdarı hesablanır. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin