Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


Aminturşuların həllolma qabiliyyəti



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə85/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   137
Biokimyanın əsasları I cild

Aminturşuların həllolma qabiliyyəti.
Aminturşuların hamısı suda həll 
olur. Lakin molekulunun bir hissəsi hidrofob olan aminturşuların (leysin, 
tirozin) suda həllolma qabiliyyəti o qədər də yüksək deyil (cədvəl 4.8.). 
Monoaminmonokarbon turşularının karbohidrat radikalı böyüdükcə, suda 
həllolma qabiliyyəti azalır, spirtdə həllolma qabiliyyəti isə artır. 
Aminturşuların dadı
stereoizomerlərinin növündən asılıdır: l-sırası 
aminturşuları acı, d-sırası aminturşuları isə şirin olur. Lakin bu baxımdan l-
qlisin müstəsnalıq təşkil edir. Aminturşuların elmə məlum olan ilk nüma-
yəndəsi 

l-qlisin şirin dadlı maddədir. Qlisini ilk dəfə dəri, vətər və qığırdaq 


126 
toxumalarının uzun müddət qaynadıldığı məhlulda aşkar edən A.Brakonno 
(1820) məhz şirin dadına görə qlikokol adlandırmışdır (yunanca: glykos 

şirin). D-izomerlərin bəziləri dadsız olur. Məsələn, d-qlutamin turşusu dadsız 
olduğu halda, l-qlutamin turşusu toyuq əti bulyonunun dadını verir.
Aminturşuların dissosiasiyaetmə qabiliyyəti.
Bütün 

-aminturşular sulu 
məhlullarda ikiqütblü ionlar (svitterionlar) şəklində olur; onların karboksil
qrupları dissosiasiyaya uğrayır, amin qrupları isə protonla birləşərək, müsbət 
yüklü hissəciyə çevrilir.
Molekulların ikiqütblü olması aminturşulara bir sıra fərqləndirici xassələr 
verir; bunun nəticəsində aminturşuların əksəriyyəti suda yaxşı, üzvi 
həlledicilərdə isə nisbətən zəif həll olur və onların məhlulları dielektrik xassəsi 
əldə edir. Mühitin pH-dan asılı olaraq, aminturşular anion, kation, elektro-
neytral və ya bu formaların müxtəlif nisbətli qarışığı şəklində ola bilər. 
Aminturşular turş məhlullarda müsbət ionlar (kationlar), qələvi məhlullarda isə 
mənfi ionlar (anionlar) şəklində olur. Beləliklə, aminturşular 

amfoter elektro-
litlərdir: 
Buna görə aminturşular həm turşularla, həm də qələvilərlə reaksiyaya girib, 
müvafiq duzlara çevrilə bilirlər. 
Beləliklə, mühitin pH-dan asılı olaraq, aminturşu molekulları ya müsbət və 
ya mənfi yüklənir, ya da onların yüklərinin cəmi sıfıra bərabər olur. Amintur-
şunun ümumi ion yükünün sıfıra bərabər olması 
izoelektrik vəziyyəti
adlanır. 
Aminturşunun izoelektrik nöqtəsinin sıfıra bərabər olmasına səbəb olan 
məhlulun pH-ı i z o e l e k t r i k n ö q t ə s i (pH
i
) adlanır. İzoelektrik nöq-
təsinə müvafiq gələn mühitdə aminturşu elektrik sahəsinin təsiri altında nə 
anoda, nə də katoda doğru hərəkət edə bilir. İzoelektrik nöqtəsi 

aminturşu 
molekulunda olan müxtəlif kimyəvi qruplarının turşu-qələvi xassələrini özündə 
əks etdirən mühüm əlamətlərdən biridir. Hər bir aminturşunun izoelektrik 
nöqtəsi sabit kəmiyyətdir (cədvəl 4.8).


127 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin