Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə103/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   137
Biokimyanın əsasları I cild

Şəkil 4.9. Hemoqlobnin dördüncülü strukturu (M.Perutsa görə): bir-birinin eyni olan

-zəncirlər (2 ədəd) açıq, digər 2 zəncir (

-polipeptidlər) isə tünd rəngdə tə
s
vir edilmişdir;


 

-polipeptid zəncirinin amin qrupu sərbəst olan uclarını, C isə həmin polipeptidlərin 
karboksil qrupu sərbəst olan uclarını göstərir; hər polipeptid zəncirinə 1 ədəd hem 
birləşmişdir. 


153 
Aminturşu qalıqlarının düzülüşünə görə, həm 

-zəncirlərinin, həm də 

-
zəncirlərinin birinə digərinin surəti kimi baxmaq olar

-zəncirlərin hər biri 
141, 

-zəncirlərin isə hər biri 146 aminturşu qalığından ibarətdir. Beləliklə
hemoqlobin molekulunun zülal hissəsinə 574 aminturşu qalığı daxildir. 
M.Perutsun rentgenstruktur analiz üsulu ilə apardığı tədqiqatdan aydın 
olmuşdur ki, 

- və 

-polipeptid zəncirləri 

-spiral strukturuna (ikincili struk-
tur) malik olan elementlərdən ibarətdir. 

-Polipeptid zəncirində 7, 

-polipeptid 
zəncirində isə 8 seqment vardır; seqmentlər bir-birilə spiral strukturuna malik 
olmayan sahələr vasitəsilə birləşir. Bəzi duzların və ya qatı (8 mol) karbamid 
məhlulunun təsiri nəticəsində hemoqlobinin 

- və 

- polipeptid zəncirləri bir-
birindən ayrılır (dissosiasiyaya uğrayır). Duzların və ya karbamidin təsiri 
aradan qaldırıldıqda hemoqlobin molekulunun əvvəlki strukturu bərpa olunur. 
İndiyə qədər 1000-ə yaxın zülal növünün oliqomer struktura malik olduğu 
sübut edilmiş və onların bir hissəsinin dördüncülü strukturu tam müəyyənləş-
dirilmişdir. Dördüncülü strukturu tam aşkar edilən zülallar arasında laktatde-
hidrogenaza, fosforilaza A, tütün mozaikası virusunun ribonukleoproetini və b. 
zülallar vardır. Bu zülalların strukturunun aydınlaşdırılması həyat proseslərinin 
anlaşılması və bir sıra xəstəliklərin diaqnostikası üçün böyük əhəmiyyətə 
malikdir. Məsələn, laktatdehidrogenaza fermentinin strukturunun öyrənilməsi 
nəticəsində onun izofermentləri arasında olan fərqlər aydınlaşdırılmışdır. Bu 
izofermentlərin elektroforetik mütəhərrikliyi arasındakı fərqlərdən ürək və 
qaraciyər xəstəliklərinin diaqnostikasında istifadə edilir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin