150
struktur adlanır.
Zülallar üçüncülü strukturlarına görə 2 qrupa bölünür: 1)
qlobulyar
və
2)
fibrillyar
zülallar.
Qlobulyar zülallar
çox vaxt ellips şəklində, fibrillyar zülallar isə uzunsov
(çöpcük və ya mil formalı) olur. Çox vaxt qlobulyar zülalların molekullarında
-spiral, fibrillyar zülalda isə
-struktur əlamətləri üstünlük təşkil edir.
Lakin
bu cəhətdən istisna təşkil edən zülallar da vardır. Məsələn,
-keratin və
tropomiozinlər (əzələ zülallarının bir növü) fibrillyar zülallar qrupuna aid olsa
da, onların ikincili strukturunda
-spirallar üstünlük təşkil edir. Spirallaşma
nəticəsində polipeptid zəncirlərinin uzunluğu təxminən 4 dəfə azalır, üçüncülü
strukturun formalaşması isə zülal molekulunun daha da yığcam
görünüş və
forma əldə etməsinə səbəb olur.
Üçüncülü strukturu tədqiq edilən ilk zülali maddə
–
kaşalot (dişli balinalar
qrupundan olan dəniz heyvanı) mioqlobinidir. Mioqlobin molekulu (nisbi
kütləsi 16700) tərkibinə 151 amin-
turşu qalığı daxil olan yeganə
polipeptid zəncirindən ibarətdir.
C.Kendryunun apardığı rentgen-
struktur analizlərdən aydın
olmuş-
dur ki, mioqlobinin polipeptid
zənciri yumağa bənzəyən borucuq
şəklində olub, prostetik qrup funk-
siyası daşıyan hemə sarınmış və-
ziyyətdədir (şəkil 4.7). Prostetik
qrupunun oksigenlə birləşmə qabi-
liyyətinə malik olması
sayəsində,
mioqlobin əzələlər üçün ehtiyat
oksigen
mənbəyi
funksiyası
daşıyır.
Üçüncülü struktur tam
aydınlaşdırılmış
zülallara
pepsin, tripsin, ximotripsin,
lizosim, sitoxrom C, kar-
boanhidraza, aspartatamin-
transferaza,
insan immuno-
qlobininin bəzi fraqmentləri
və bir çox digər zülallar
aiddir.
Zülalların
üçüncülü
strukturunun əmələ gəlmə-
sində hidrogen, disulfid, ion
rabitələri və molekullararası
cazibə qüvvələri (hidrofob
qarşılıqlı təsirlər)
iştirak
edir (şəkil 4.8).
Dostları ilə paylaş: