148
asılı olaraq, 84 kc-dən 8400 kc-yə qədər enerji lazım
gəldiyi halda, 1 mol
hidrogen rabitəsinin parçalanmasına sərf edilən enerji 6,3 kc-dən artıq deyil.
Zülalların ikincili strukturunun yaranmasında hidrogen rabitələrindən başqa, az
miqdarda disulfid rabitələri də iştirak edir. Bu rabitələr zülal molekulunun
müxtəlif hissələrini bir-birilə birləşdirməklə, onun tsiklik formaya düşməsinə
səbəb olurlar.
Hidrogen
rabitələrinin polipeptid
zəncirlərindəki düzülüşünə görə, zülal-
ların ikincili strukturunun 2 tipi ayırd
edilir: 1)
-spiral; 2)
-struktur və ya
təbəqəli-büküşlü forma.
-S p i r a l
strukturu eyni
bir polipeptid zəncirinin
molekuldaxili hidrogen rabitələri hesa-
bına əmələ gəlir. Bu rabitələr polipeptid
zəncirindəki hər bir peptid rabitəsinin
karbonil
qrupunu onunla qonşuluqda
olan 4-cü amin qrupu ilə birləşdirir (şəkil
4.5). Bunun sayəsində polipeptid zənciri
burğuya və ya spirala bənzəyən fəza kon-
fiqurasiyası əldə edir. Burulmuş polipep-
tid zəncirinin hər bir dövrəsinə orta he-
sabla 3,6 aminturşu qalığı düşür. Elektrik
pilətəsinin spiralını xatırladan
-spiralın
bir-birilə qonşuluqda yerləşən dairələri-
nin arasındakı məsafə 0,54 nm-ə bərabər
olur.
Beləliklə, hər bir aminturşu qalığı
zülal molekulunun
ümumi boylama oxu
ətrafında bir qədər burulmuş vəziyyətdə
olur; hər aminturşu qalığının hündürlüyü
isə 0,15 nm (0,54:3,6=0,15 nm) olur. Bu
məlumatdan aydın olur ki, aminturşu qa-
lıqlarının hər biri
-spiralın əmələ
gəlməsində
bərabər səviyyədə iştirak
edir. Zülal molekullarında
-spiralların
hər birinin uzunluğu 2,7 nm olur; bu
böyüklükdə
-spiralın əmələ gəlməsində
5 dövrəyə düzülmüş 18 aminturşu qalığı
iştirak edir.
Zülal molekullarında polipeptid zəncirlərinin ümumi uzunluğunun orta
hesabla 70%-ə qədəri
-spiral şəklində olur; müxtəlif zülallar üçün bu göstərici
bir-birindən fərqlənir. Məsələn, hemoqlobin molekulunun
- və
- polipeptid
zəncirlərinin ümumi uzunluğunun 75%-ə qədəri, lizosimin uzunluğunun 42%-ə
qədəri, pepsinin uzunluğunun isə 30%-ə qədəri spirallaşmış vəziyyətdə olur.
Polipeptid zəncirlərinin spiral şəklində olmayan
hissələrində digər struktur
Dostları ilə paylaş: