Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə23/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   137
Biokimyanın əsasları I cild

4.
Qlikozidlər
. Monosaxaridlərin yarımasetal (və ya yarımketal) qrup-
larının digər hidroksil qrupuna malik olan birləşmələrlə efir rabitəsinə girməsi 
nəticəsində əmələ gələn törəmələrə qlikozidlər deyilir. Bütün monosaxaridlər 
qlikozid əmələ gətirə bilir. Qlikozidlər digər sadə efirlərdən fərqli olaraq, turş 
mühitdə asanlıqla hidroliz olunur. Bundan əlavə, müxtəlif canlıların toxu
-
malarında və həzm şirələrində qlikozidləri hidroliz edən fermentlər 

qliko-
zidazalar olur. Hidroliz zamanı qlükozidlərin monosaxarid komponenti karbo-
hidrat olmayan komponentdən ayrılır. Qlikozidlərin qeyri-karbohidrat kompo-
nentləri 
aqlikon
adlanır.
Monosaxaridlərin 

- və 

-stereoizomerləri efirləşmə reaksiyasına girərək, 
müvafiq surətdə 

- və 

-qlikozidlər əmələ gətirə bilir. Məsələn, qlükozanın 


və 

-stereoizomerlərinin metil spirti ilə qarşılıqlı təsiri nəticəsində müvafiq 
surətdə 

- və 

-metilqlükozidlər əmələ gəlir. 
Metil spirtinin əvəzinə asetat turşusundan istifadə etməklə, müvafiq surət-
də 

- və 

-asetil-d-qlükozid almaq mümkündür. Təbiətdə geniş yayılmış 
qlükozidlərin müxtəlif növləri bir-birindən aqlükon komponentinin növünə 
görə fərqlənir; onların əksəriyyəti 

-qlükozid strukturuna malik olur. 
Göründüyü kimi, haqqında məlumat verilən qlükozidlərin molekullarında 
karbohidrat komponenti aqlükonla oksigen körpücüyü vasitəsilə birləşir. Buna 
görə, belə birləşmələrə 
O-qlikozidlər
də deyilir. Qlikozid strukturuna malik 
olan bəzi antibiotiklərin və nuklein turşusu mübadiləsinin bəzi aralıq məhsul-
larının molekullarında aqlükonla karbohidrat kompo-
nenti bir-birilə azot atomu vasitəsilə əlaqələnir. Adi 
qlikozidlərdən fərqləndirmək üçün bunlara 
N-qli-
kozidlər
deyilir. Beləliklə, N-qlikozidləri mole-kulu-
nun karbohidrat hissəsinin karbohidratlar qrupuna aid 
olmayan üzvi maddə radikallarına azot atomu 
vasitəsilə birləşməsi nəticəsində əmələ gələn mono-
saxarid törəməsi hesab etmək olar. 
Qeyd etmək lazımdır ki, qlikozidlərin karbohid-
rat komponentləri digər monosaxaridlər kimi, həm piranoz, həm də furanoz 


44 
formada ola bilər. Birinci halda onlara 
piranozidlər
, ikinci halda isə 
furanozidlər
deyilir. Təbiətdə geniş yayılmış oliqosaxaridlər də qlikozid 
strukturuna malik olan birləşmələrdir. Çünki, onların molekulları bir mono-
saxaridin yarımasetal (və ya yarımketal) hidroksil qrupunun digər monosa
-
xaridin eyni radikalı ilə birləşməsi nəticəsində əmələ gəlir. Buna baxmayaraq, 
qlikozid adı altında adətən şəkərlərin karbohidrat strukturuna malik olmayan 
maddələrlə (əsasən spirtlərlə) birləşmələri nəzərdə tutulur (bunların karbohidrat 
komponenti qlükozadan ibarət olan növləri qlükozidlər adlanır).
Qlikozidlərin əksəriyyəti acı dadlı və spesifik iyli maddələrdir. Bəzi əd-
viyyat növlərinə xarakterik iyi və dadı onların tərkibinə daxil olan qliko-zidlər 
verir. Məsələn, qara xardal toxumunun iyi və acılığı tərkibindəki 
siniqrin
adlı 
qlikozidlə əlaqədardır; acı badamın dadı tərkibində olan 
amiqdalindən
ası-lıdır.
Amiqdalin
hentobioza adlanan disaxaridin qlikozididir; onun aqlikon his-
səsi benzoy aldehidi ilə sianid turşusunun birləşməsidir. Acı badamın, giləna-
rın, gavalının, şaftalı və əriyin toxumlarında amiqdalinlə birlikdə onu hidroliz 
edən spesifik ferment 

emulsin
olur. Emulsin amiqdalini hidroliz edərək, 
güclü toksik təsiri olan sianid turşusu əmələ gətirir. Buna görə, tərkibində həm 
amiqdalin, həm də emulsin olan çürümüş meyvələrin yeyilməsi insan və 
heyvan orqanizminin zəhərlənməsinə səbəb ola bilər.
Bəzi ağacların (alma, armud, gilənar və s.) kötüyündə floridzin adlı 
qlükozid olur. Floridzin böyrək borucuqlarında qlükozanın reabsorbsiyasını 
azaldır. Buna görə floridzinlə zəhərlənmə zamanı qanda şəkərin qatılığı azalır 
(hipoqlikemiya) və sidiklə şəkər ifraz edilir (qlükozuriya). Floridzinin qlüko-
zurik təsiri böyrək borucuqlarının epitel hüceyrələrində heksokinaza fermen-
tinin aktivliyinin azalması və beləliklə, qlükozanın fosforlaşmasının və nəticə-
də reabsorbsiyasının zəifləməsi ilə əlaqədardır. Bu qlükozid orqanizmə daxil 
olduqda, qlükozanın bağırsaqlardan sorulması da azalır. Ondan eksperimental 
tədqiqatlarda böyrək mənşəli qlükozuriya yaratmaq üçün istifadə edilir.
Bitki qlikozidlərinin bir qrupundan ürək-damar sistemi xəstəliklərinin 
müalicəsi zamanı dərman maddəsi kimi istifadə edilir. Bunlara 
ürək qlikozidləri
deyilir. Ürək qlikozidlərini üskükotundan (digitalis), Strophanthus cinsindən olan 
bitki növlərindən (strofantin), xoruzgülü otundan (adonizid) və b. bitkilərdən 
alırlar. Bunların əksəriyyəti ürək fəaliyyətində diastola fazasının müddətini artır
-
maqla, miokardın gərginliyini azaldır, ürək yığılmalarının tezliyini aşağı salır və 
bu yolla qan dövranı çatışmazlıqları zamanı müalicəvi təsir göstərir. 
Monosaxaridlərin bioloji cəhətdən əhəmiyyətli olan törəmələri arasında 
turş xassəli şəkərlərin (aldon, aldar və alduron turşuları), həmçinin çoxatomlu 
spirtlərin (ksilit, sorbit, mannit və s.) də xüsusi yeri vardır. Bu törəmələr haq-
qında yuxarıdakı bölmədə məlumat verilmişdir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin