Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə20/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   137
Biokimyanın əsasları I cild

Sxem 2.2. Aldoheksozaların oksidləşmə məhsulları 
turşusu, d-qalaktozadan d-qalaktar (və ya selik) turşusu, d-mannozadan d-man
-
noşəkər turşusu əmələ gəlir. Bu turşuların bioloji əhəmiyyəti çox böyük deyil. 
Onlardan fərqli olaraq, aldozaların oksidləşmə məhsullarının üçüncü qrupu 

alduron turşuları bir sıra mühüm biokimyəvi proseslərdə iştirak edir. Alduron 
(və ya uron) turşularının molekullarında aldehid qrupu dəyişikliyə uğramamış 
şəkildə qalır, birli spirt qrupu isə oksidləşərək, karboksil qrupuna çevrilir. Sər-
bəst monosaxaridlərin aldehid qrupları oksidləşdiricilərin təsirinə daha həssas 
olduğuna görə, adi şəraitdə uron turşularının əmələ gəlməsi mümkün deyil. 
Bunları əldə etmək üçün karbonil qrupunu olksidləşdirici amilin təsirindən 
mühafizə edən birləşmələrdən istifadə edilir. Məsələn, əvvəlcə aldozaların 
spirtlərlə reaksiyasından istifadə etməklə, qlikozidlər əldə edilir. Qlikozidlər 
oksidləşdirici amilin təsirinə məruz qaldıqda, onların tərkibində olan mono-
saxaridin birli spirt qrupu karboksil radikalına qədər oksidləşir. Əmələ gəlmiş 
birləşməni hidroliz reaksiyasına uğratmaqla, uron turşusunu sərbəst vəziyyətə 
gətirmək olar.


39 
Uron turşularının bir sıra növləri insan və heyvan orqanizmlərində geniş 
yayılmış heteropolisaxaridlərin tərkibinə daxildir. Məsələn, heparinin tərki-
bində d-qlüküron və l-iduron turşuları olur. L-iduron turşusu l-idozanın oksid-
ləşmə məhsuludur. Bu turşu hialuron turşusunun və xondroitinsulfatların (bir-
ləşdirici toxumanın ara maddəsində olan heteropolisaxarid) tərkibinə daxildir.
Uron turşuları (xüsusən, qlükuron turşusu) orqanizmdə toksik təsirli 
maddələrin zərərsizləşdirilməsi üçün istifadə edilir. Bir sıra toksik təsirli 
maddələr və dərman preparatları qaraciyərdə qlükuron turşusu ilə birləşdikdən 
sonra həll olan birləşmələrə (qlükuronidlərə) çevrilərək, sidiyin tərkibində 
orqanizmdən xaric edilir. Meyvə və giləmeyvələrin tərkibində olan pektin mad-
dələri d-qalakturon turşusunun polikondensasiya məhsullarıdır. 
Aldozaları qələvi mühitdə oksidləşdirdikdə əvvəl aldon turşuları əmələ 
gəlir, sonra həmin məhsulların karbon skeleti parçalanır və yüksək reduksiya-
edicilik xassəsinə malik olan bir sıra məhsullar yaranır. Bu birləşmələr oksid-
ləşdiricilik qabiliyyəti zəif olan müxtəlif birləşmələri (mis-2-oksid, gümüş-
nitrat və s.) asanlıqla reduksiyaya uğradır. Bu dəyişikliklər aldozalarla gümüş-
nitrat və Felinq reaktivi arasında gedən reaksiyaların mərhələlərinin əsasını 
təşkil edir (bu haqda yuxarıda məlumat verilmişdir). 
Ketozalar həm turş, həm də qələvi mühitdə oksidləşdirici amillərin təsirinə 
uğradıldıqda, onların karbon zəncirləri parçalanır və müxtəlif tərkibli xırdamo
-
lekullu törəmələr əmələ gəlir.
Monosaxaridlərin reduksiyası.
Monosaxaridlər katalizator funksiyası daşı-
yan nikel və ya palladiumun iştirakı şəraitində hidrogenlə reaksiyaya girərək, 
molekul zəncirində karbonil qru-punun yerləşdiyi hissədən reduk-siyaya 
uğrayırlar. Bu zaman çoxatomlu spirtlər əmələ gəlir. Bu spirtlərin adları onların 
əmələ gəlməsinə başlanğıc verən monosaxaridin adının kökünə 

it şəkilçisi 
əlavə edilməklə düzəldilir: ksilit, mannit və s. 
Monosaxarid
törəmələri olan çox-
atomlu spirtlər şirin dadlı, suda yaxşı 
həll olan, kristalşəkilli maddələrdir. 
Onların bəzilərindən (ksilit, sorbit) 
şəkərli diabet xəstəliyi zamanı şəkərlə-
rin əvəzedicisi kimi tətbiq edilir. Hek-
sozaların reduksiya edilməsi zamanı 
əmələ gələn altıatomlu spirtlərdən tibb 
praktikasında daha geniş istifadə edilir. 
Hidrogenləşmə zamanı d-qlükozadan 


40 
sorbit
, d-mannozadan 
mannit
, d-qalaktozadan 
dulsit 
adlanan altıatomlu spirt 
əmələ gəlir. Fruktoza reduksiyaya uğradıldıqda d-mannitlə d-sorbitin ekvi-
molyar qarışığına çevrilir. Çünki fruktozanın ikinci karbon atomu hidrogen-
ləşmə zamanı asimmetrik vəziyyət əldə edir.
Altıatomlu spirtlərin növlərindən olan sorbitdən pəhriz ərzağı kimi, 
mannitdən isə dərman maddəsi kimi istifadə edilir. Mannitin hipertonik 
məhlulları qan damarlarına yeridildikdə güclü diuretik təsir göstərir (qanın 
osmos təzyiqinin artması ilə əlaqədar). Buna görə mannit böyrək çatışmazlığı, 
beyin ödemi və müxtəlif mənşəli intoksikasiyalar zamanı müalicəvi təsir 
göstərir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin