42
Dezoksişəkərlər üzvi həlledicilərdə adi şəkərlərə nisbətən yaxşı həll olur.
Bu, dezoksişəkərlərin polyarlığının zəif olması ilə əlaqədardır.
3. Aminşəkərlər
–
hidroksil qruplarından birinin və ya bir neçəsinin yerin-
də amin qrupu olan monosaxaridlərdir. Bunlardan d-qlükozamin və d-qalak-
tozamin biosferdə nisbətən çox yayılmışdır.
Qlükozamin hialuron turşusunun tərkibində olur; xərçəngin və həşəratların
xarici skeletini təşkil edən xitin qlükozaminin polimeridir. Mukopolisaxarid-
lərin tərkibində asetat turşusu ilə birləşmiş heksozamin qalıqları olur.
Aminşəkərlər aminlərin və monosaxaridlərin
kimyəvi xassələrinə malik
olurlar. Bütün aminlər kimi, aminşəkərlər də qələvi xassəli maddələrdir. Bun-
dan əlavə, aminşəkərlərin hidroksil və amin qruplarının bir-birinin yaxınlığında
yerləşməsi ilə əlaqədar olan bəzi xassələri onları neytral şəkərlərdən fərqlən-
dirir.
Bakteriyaların hüceyrə membranlarında olan polisaxaridlərin tərkibində N-
asetilmuram turşusu adlanan şəkər törəməsi olur.
Kimyəvi strukturuna görə
d-qlükozaminin törəməsi olan N-asetilmuram turşusunu asetilləşmiş d-qlüko-
43
zaminlə süd turşusunun efir birləşməsi hesab etmək olar. İnsan və heyvanların
hüceyrə membranlarında olan qlikoprotein və proteoqlikanların
tərkibində isə
bir qayda olaraq, N-asetil neyramin turşusu aşkar edilir. Bu birləşmə, kimyəvi
strukturuna görə d-mannozaminin törəməsidir. N-asetil-neyramin turşusu və
neyramin turşusunun digər O- və N-asil törəmələri
ümumi şəkildə sial
turşuları adı altında birləşdirilir.
Dostları ilə paylaş: