32
ildə B.Tollens A.Kollinin nəzəriyyəsini təcrübələrlə əsaslandırmışdır. Bu
nəzəriyyə aldehidlərin spirtlərlə aşağıdakı tənlik
üzrə reaksiyaya girərək
yarımasetal əmələ gətirməsi hadisəsinə əsaslanır.
Monosaxaridlərin hər bir molekulunda həm karbonil (C=O), həm də
hidroksil (-OH) qrupları olduğuna görə, onlarda yuxarıda göstərilən reaksiya 1
molekul daxilində də baş verə bilər.
Qlükozanın tsiklik formasının molekulunda aldehid formadan fərqli
olaraq, 5 asimmetrik karbon atomu vardır. Onun molekulunun tsiklik yarım-
asetal formaya çevrilməsi zamanı baş
verən dəyişiklik polyarizasiya müstəvi-
sinin fırlanma bucağının dəyişməsini
izah etməyə imkan verir. Bu proses za-
manı qlükoza
molekulunda əmələ gələn
əlavə asimmetrik mərkəz 2 yeni izome-
rin, yəni -
və
-izomerlərin əmələ gəl-
məsinə səbəb olur. Belə izomerlərin
fərqli cəhətləri monosaxaridin karbonil
qrupu ilə əlaqədar olduğuna görə, onlara
a n o m e r l ə r deyilir (yunanca
–
“
ano”-“yuxarı tərəf” sözündən), çünki
adətən monosaxarid
molekulunun struk-
tur formullarının karbonil qrupu olan
hissəsi yuxarı tərəfdə yazılır. Beləliklə,
-
və
-izomerlərin strukturunda birinci
karbon atomu ilə birləşən hidrogen
atomlarının və yarımasetal hidroksil qru-
punun fəza konfiqurasiyası bir-birindən
33
fərqlənir. Buna görə məhlulda qlükozanın (və digər monosaxaridlərin) qar-
şılıqlı surətdə bir-birinə çevrilə bilən 3 forması ola bilər. Anomerlərin
-
və ya
-qrupuna aid olduğunu yarımasetal hidroksili
ilə molekulda olan sonuncu
asimmetrik karbon atomuna birləşmiş hidroksil qrupunun fəzadakı mövqeyinə
görə müəyyənləşdirirlər. Onlar molekul zəncirinin bir tərəfində (sis-
vəziyyətdə) olduqda monosaxarid
-izomerlər qrupuna, müxtəlif tərəflərdə
(trans-vəziyyətdə) yerləşdikdə isə
-izomerlər qrupuna aid edilir. Anomerlərin
əmələ gəlməsində iştirak edən karbon atomları
–
yarımasetal (ketozalarda
yarımketal) və ya anomer karbon atomları, əmələ gələn hidroksil qrupları isə
yarımasetal və ya qlikozid hidroksilləri adlanır.
N.N.Xeuors monosaxaridlərin tsiklik strukturlarını təsvir etmək üçün nis-
bətən əlverişli olan üsul təklif etmişdir. Onun
təklifinə görə, struktur düsturlarının tsiklik
hissəsində karbon atomları yazılmır və
monosaxaridin molekul strukturu şərti olaraq,
yastı
formada təsvir edilir; karbon zəncirinin
müşahidəçiyə yaxın tərəfdə yerləşən (qabarıq)
hissəsi qalın xətlə işarə edilir; hidroksil
qrupları isə müvafiq karbon atomunun
konfiqurasiyasından asılı olaraq, molekulun
səthindən ya yuxarıda, ya da aşağıda yazılır.
Monosaxaridlər yarımasetal strukturunun əmələ gəlməsində hansı
karbon
atomlarının iştirak etdiyindən asılı olaraq, altıüzvlü və beşüzvlü tsiklik formalar
törədə bilirlər. Bunlardan birincisi altıüzvlü tsiklik efir olan piranın, ikincisi isə
beşüzvlü tsiklik efir olan furanın strukturuna oxşayır. Buna görə, həmin
formalara
piranoz
və
furanoz
formalar deyilir.
Xeuors üsulu üzrə struktur formulları yazıldıqda 1-ci karbon atomu ilə ra-
bitədə olan hidroksil qrupu
-formalı molekul üçün tsiklik müstəvinin aşa-
ğısında,
-forma üçün yuxarı tərəfində yazılır.
Adətən pentozaların əksəriyyəti furanoz struktura malik olur. Heksozalar
həm piranoz, həm də furanoz formada ola bilir. Lakin bunlar arasında piranoz
formanın sayı üstünlük təşkil edir. Ümumiyyətlə, kristal vəziyyətdə olan şəkərlər
tsiklik yarımasetal strukturuna malikdir. Sulu
məhlulda isə onlar müxtəlif
tautomer formada olur. Məsələn, qlükozanın sulu məhlulunda 2 növ piranoz (
-
və
-), 2 növ furanoz (
-
və
-) forma və atsiklik qlükoza molekulları olur və bu
formaların hamısı atsiklik forma (okso-forma) vasitəsilə qarşılıqlı surətdə bir-
birinə çevrilə bilir (sxem 2.1.).
Qlükoza sulu məhlullarda əsasən
- və
-qlükopiranoz formada olur; onun
- və
-qlükofuranoz forması nisbətən az, aldehid forması (okso-forma) isə
daha az
–
yalnız 1%-ə qədər ola bilər. Sərbəst şəkildə isə qlükozanın yalnız
-
və
-piranoz formalarına rast gəlinir, furanoz və aldehid formaları isə qeyri-
sabit olduqlarına görə sərbəst şəkildə qalmır.