28
şirəsində qlükozanın qatılığı 15%-ə qədərdir; buna görə qlükozaya üzüm şəkəri
də deyilir; bundan əlavə, polyarizasiya müstəvisini sağa fırlatdığına görə, hek-
sozaların bu növünə dekstroza da deyilir. Sağlam insanın qanında qlükozanın
qatılığı 0,08-0,12% və ya 4,44-6,66 mmol/l olur. Qlükoza nişasta, qlikogen və
sellüloza kimi polisaxaridlərin monomeridir. Saxaroza, laktoza və maltozanın
(disaxaridlər) və rafinoza adlanan trisaxaridin tərkibində də qlükoza qalıqları
olur. Sənayedə qlükozanı kartof və ya qarğıdalı nişastasını hidroliz etmək yolu
ilə alırlar.
D-f r u k t o z a (meyvə şəkəri, levuloza)
–
sərbəst halda meyvə şirələrinin,
çiçək nektarının və balın tərkibində, birləşmə şəklində isə
polifruktozan
adlanan bitki polisaxaridlərinin (məsələn, inulin) və saxarozanın tərkibində
olur; polyarizasiya müstəvisini sola fırlatdığına görə, levuloza adlanır.
Fruktozanın fosfat efirləri insan orqanizmində qlükoza mübadiləsinin aralıq
məhsullarından biridir; sənayedə saxarozanın hidrolizindən alınır.
D-q a l a k t o z a
–
canlı orqanizmlərdə sərbəst şəkildə olmur.
Heksozaların bu növünə laktoza və melibioza adlanan disaxaridlərin, rafino-
zanın (trisaxarid), staxioza və verbaskozanın (oliqosaxaridlər), həmçinin bitki
və heyvan mənşəli bəzi polisaxaridlərin tərkibində rast gəlinir. Tərkibi yalnız
qalaktoza qalıqlarından ibarət olan polisaxarid
qalaktan
adlanır.
D-m a n n o z a
–
mürəkkəb polisaxaridlər olan bitki seliklərinin və
hemisellülozanın tərkibinə daxildir. İnsan və heyvan orqanizmində mannoza
qlikoproteinlərin və proteoqlikanların prostetik qruplarının tərkibində müşahidə
edilir. Bəzi qram-mənfi tipli bakteriyaların antigenlərinin tərkibində də
mannoza aşkar edilmişdir.
Heksozaların təbiətdə nisbətən az rast gəlinən nümayəndələri də vardır.
Monodezoksiheksozalar (l-fükoza, l-ramnoza) və didezoksiheksozalar (mə
-
sələn, ürək qlikozidlərinin bəzilərinin tərkibində olan d-diqitoksoza) bunlara
misal ola bilər. Molekul strukturuna 7 və daha artıq karbon atomu daxil olan
monosaxaridlərə ali şəkərlər deyilir. Bunların bitki və heyvan toxumalarında ən
çox rast gəlinən növləri
Dostları ilə paylaş: