4.5. AMİNTURŞULAR
Aminturşular
–
molekulunun karbohidrat zəncirində karbon atomları ilə
rabitədə olan hidrogenlərdən ən azı biri amin qrupu ilə əvəz edilmiş üzvi turşu
törəmələridir
. Onların ən sadə strukturlu törəməsi olan qlisini 1820-ci ildə
A.Brakonno jelatinin turş mühitdə aparılan hidrolizinin məhsulları arasında
aşkar etmişdir. 1871-ci ildə isə N.N.Lyubavin həzm sistemi fermentlərinin
hidrolitik təsirinə məruz qalan zülalların müxtəlif aminturşulara çevrildiyini
müəyyənləşdirmişdir; beləliklə, aydın olmuşdur ki, zülallar
–
struktur mono-
merləri aminturşulardan ibarət olan irimolekullu üzvi birləşmələrdir. Zülalların
tərkibinə daxil olan bütün aminturşuların strukturu isə XX əsrin birinci yarı-
sında aydınlaşdırılmışdır.
İndiyə qədər müxtəlif canlıların orqanizmində 300-ə qədər aminturşu növü
aşkar edilmişdir. İnsan orqanizmində 60-a qədər aminturşu növünə və ya
onların törəmələrinə təsadüf edilir. Lakin bu aminturşuların yalnız 20-yə qədəri
zülalların strukturuna daxil olur. Zülalların tərkibinə daxil olan aminturşulara
“zülaltörədici (proteinogen) aminturşular” deyilir; heç bir zülal molekulunun
strukturuna daxil olmayan aminturşulara isə “zülal törətməyən (qeyri-
proteinogen) aminturşular” adı verilmişdir.
Yuxarıda göstərildiyi kimi, zülalların strukturuna daxil olan əsas amintur-
şuların 20 növü vardır. Lakin bunlardan başqa, bəzi zülalların tərkibində nadir
hallarda təsadüf edilən aminturşular da məlumdur. Zülalların tərkibində
nisbətən az yayılmış bəzi aminturşular (hidroksiprolin, hidroksilizin, amin-
limon turşusu və s.) əslində əsas aminturşuların törəmələridir. Tərkibinə nişan-
lanmış izotoplar daxil olan nadir aminturşularla aparılan təcrübələrdən aydın
olmuşdur ki, onlar orqanizmdə sintez edilən zülalların tərkibinə daxil ola bil-
mir. Lakin toxuma zülallarının hidrolizatları arasında belə aminturşular aşkar
edilir. Bu təcrübələrdən aydın olmuşdur ki, nadir aminturşular orqanizmdə
sintez edilmiş zülalların tərkibində olan əsas aminturşu qalıqlarının biosin-
tezdən sonrakı dəyişiklikləri nəticəsində əmələ gəlir.
Təbiətdə rast gəlinən zülaltörədici aminturşuların hamısı
-strukturuna
malikdir. Yəni onların molekullarında amin qrupları karboksil qrupunun yanın-
da yerləşən karbon atomu ilə birləşmiş vəziyyətdə olur. Beləliklə,
-amin-
turşuların molekul quruluşu aşağıdakı ümumi struktura müvafiq gəlir:
Aminturşuların ən sadə nümayəndəsi olan qlisinin molekulundakı R
radikalı hidrogen atomundan ibarətdir. Digər aminturşuların strukturuna daxil
olan R radikalları isə müxtəlif karbohidrogenlərin törəmələridir. Beləliklə,
-
aminturşular bir-birindən yan zəncirlərinin strukturuna görə fərqlənir və
müxtəlif
-aminturşuların fiziki-kimyəvi xassələrində olan fərqləri də bu
radikallar müəyyənləşdirir.
114
Aminturşuların təsnifatı bir neçə prinsipə əsaslanır:
I. Molekulda olan yan zəncirin (R radikalı) xarakterinə görə atsiklik
(alifatik) və tsiklik aminturşular ayırd edilir. Tsiklik aminturşuların da homo-
tsiklik və heterotsiklik növləri vardır.
II. Yan zəncirinin ion yükünün olub-olmamasından, onların polyarlığından
asılı olaraq, aminturşuların aşağıdakı növləri ayırd edilir: 1) qeyri-polyar (hid-
rofob) yan zəncirli aminturşular (qlisin, alanin, valin, leysin, izoleysin, prolin,
fenilalanin, triptofan); 2) polyar, lakin ion yükü olmayan yan zəncirinə malik
aminturşular (serin, treonin, sistein, metionin, asparagin, qlutamin); 3) mənfi
yüklü polyar zəncirə malik aminturşular (asparagin və qlutamin turşuları);
4) müsbət yüklü polyar yan zəncirə malik aminturşular (lizin, arginin, histidin).
Aminturşuların yan zəncirlərinin elektrokimyəvi xüsusiyyətlərinə əsasla-
nan digər təsnifatda onların turş, qələvi və neytral olmaqla, 3 qrupu ayırd edilir.
Yan zəncirində əlavə karboksil qrupu olan aminturşular bu təsnifat üzrə
turş
xassəli aminturşular
qrupuna daxildir; asparagin, qlutamin və amin-limon
turşuları bu qrupun əsas nümayəndələridir; eyni zamanda tirozinin hidroksil və
sisteinin sulfhidril qrupları da bu aminturşulara zəif turşu xassəsi verir.
Lizinin əlavə amin qrupu, arginin molekulunda olan quanidin qrupu və
histidinin imidazol qrupu bu aminturşulara qələvi xassəsi verir. Buna görə adı
çəkilən aminturşular
qələvi aminturşular
qrupuna daxil edilmişdir.
Neytral
aminturşular
qrupuna isə yan zəncirləri qələvi, və ya turş xassəyə malik
olmayan aminturşular daxildir. Molekul strukturundakı yan zəncirin polyarlığı
baxımından turş və qələvi xassəli aminturşular polyar, neytral aminturşular isə
qeyri-polyar qrupa daxildir.
III. Molekul zəncirində olan amin və karboksil qruplarının sayına əsas-
lanan təsnifatda aminturşuların 4 qrupu ayırd edilir: 1)
monoaminmonokarbon
turşuları
(qlisin, alanin, valin, leysin, izoleysin, serin, treonin, sistein, metionin,
triptofan, tirozin, fenilalin); 2) diaminmonokarbon turşuları (lizin, arginin,
sitrullin); 3) monoamindikarbon turşuları (asparagin və qlutamin turşuları);
4) diamindikarbon turşuları (sistin).
4.7.-ci cədvəldə aminturşular amin və karboksil qruplarının sayına görə
olan təsnifata müvafiq sıra üzrə təsvir edilmişdir.
IV. Bioloji (fizioloji) roluna əsaslanan təsnifatına görə aminturşuların
3 qrupu ayırd edilir: 1) əvəzedilən; 2) qismən əvəzedilən; 3) əvəz edilməyən
aminturşular.
Əvəzedilən aminturşular insan və heyvanların toxumalarında digər
aminturşulardan və başqa üzvi birləşmələrdən sintez edilə bilir. Buna görə,
orqanizm həmin aminturşuları qida vasitəsilə almasa da, onlara qarşı ehtiyacını
ödəyir. Əvəzedilən aminturşular qrupuna alanin, asparagin, asparagin turşusu,
qlisin, qlutamin, qlutamin turşusu, prolin, serin və sistein daxildir.
Qismən əvəzedilən aminturşular insan orqanizmində sintez edilir. Lakin
onların sintezi orqanizmin tələbatını tam ödəyə bilmir. Buna görə, belə
aminturşular qidanın tərkibində də orqanizmə daxil olmalıdır. İnsan orqanizmi
üçün qismən əvəzedilən aminturşular qrupuna arginin, histidin və tirozin
aiddir.
|