Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə81/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   137
Biokimyanın əsasları I cild

4. Diaminmonokarbon turşuları (lizin) və quanidin qrupuna malik 
olan aminturşu (arginin). 
L-L i z i n zülalların əksəriyyətində geniş 
yayılmışdır; protamin və histonların tərkibində isə xüsusilə çox olur. Bu 
aminturşu bitkilərdə bir sıra alkaloidlərin (nikotin, anabazin və s.) sintezi 
zamanı ilkin material kimi istifadə edilir; bəzi fermentlərin (məsələn, fəallığı 
biotindən asılı olan fermentlərin) zülali hissəsi kofermentlə lizinin 

-amin 
qrupu vasitəsilə birləşir. 


120 
L-A r g i n i n bütün zülalların tərkibində olur. Lakin onun miqdarı qələvi 
xassəli zülalların 

protamin və histonların 

tərkibində daha çoxdur. Arginin 
karbamidin (sidik cövhəri) və kreatinin sintezində iştirak etməklə, zülal 
mübadiləsində mühüm rol oynayır. Argininin fosforlu törəməsi (fosfoarginin) 
onurğasız heyvanların əzələlərində yüksəktəkamüllü heyvanlarda fosfokreati-
nin yerinə yetirdiyi funksiyaları həyata keçirir. 
5.
Monoamindikarbon turşuları
(asparagin turşusu, qlutamin turşusu və 
onların amidləri). L-A s p a r a g i n t u r ş u s u suda çətinliklə həll olur
məhlulu turş reaksiyaya malikdir. Bu aminturşunun həm heyvan, həm də bitki 
toxumalarında gedən metabolizm proseslərində olduqca mühüm rolu vardır. 
Asparagin turşusu yenidən aminləşmə reaksiyalarında, karbamid, kreatin və 
tsiklopeptidlərin sintezində iştirak edir. Onun karboksilsizləşmə (dekarbok-
silləşmə) reaksiyası nəticəsində əmələ gələn 

- və 

-alanin orqanizmdə 
karnozinin, anserinin və koenzim A-nın sintezinə sərf edilir. Asparagin turşusu 
orqanizmdə oksidləşmə ilə aminsizləşmə reaksiyasına uğrayıb, oksalat-sirkə 
turşusuna, bu turşu isə asetil-koenzim A-ilə kondensasiya reaksiyasına girərək, 
limon turşusuna çevrilə bilir; bu prosesin orqanizmdə karbohidrat mübadilə-
sinin pozulması ilə əlaqədar olan proseslər (şəkərli diabet, karbohidrat aclığı və 
s.) zamanı yağların 

-oksidləşmə yolu ilə parçalanması nəticəsində əmələ gələn 
asetilkoenzim A-nın limon turşusu dövranına daxil olmasında böyük əhəmiy-
yəti vardır. Asparagin turşusunun amidi 

a s p a r a g i n insulin, hemoqlobin, 
mioqlobin və b. zülalların tərkibinə daxildir. Asparaginə paxlalı bitkilərin 
toxumlarının tərkibində də rast gəlinir. İnsan və heyvan orqanizmində aspara-
gin də asparagin turşusu kimi, yenidən aminləşmə reaksiyalarında iştirak edə 
bilir; bundan əlavə, bu aminturşuların hər ikisindən purin və pirimidin 
əsaslarının, nikotin turşusunun sintezi zamanı istifadə edilir; onlar bitkilərdə 
azotun ehtiyat mənbəyi və nəqledilmə forması funksiyasını yerinə yetirirlər. 
L-Q l u t a m i n t u r ş u s u n u n da suda məhlulları turş reaksiyalıdır; 
Zülalların tərkibində çoxlu miqdarda qlutamin turşusu olur. Bu aminturşu fol 
turşusunun (“Vitaminlər” bəhsinə baxın) və qlutationun tərkibinə daxildir; 
transaminləşmə (yenidən aminləşmə), dezaminləşmə (aminsizləşmə) və 
vasitəsiz aminləşmə reaksiyalarında iştirak etməklə, zülal və aminturşu müba-
diləsində mühüm funksiyaları yerinə yetirir. Qlutamin turşusunun dekarbok-
silləşmə reaksiyası nəticəsində əmələ gələn

-aminyağ turşusunun mərkəzi 
sinir sisteminin funksiyalarında böyük rolu vardır;

-aminyağ turşusu beyində 
tormozlayıcı mediator funksiyasına malikdir. Qlutamin turşusunun dekar-
boksilləşməsi nəticəsində əmələ gələn digər məhsul 


-aminlevulin turşusu 
porfirinlərin sintezində istifadə edilən ilkin substratdır. 
Q l u t a m i n t u r ş u s u n u n a m i d i 

qlutamin 

heyvan və bitki 
toxumalarında azotun nəqledilmə formasıdır; bundan əlavə, qlutamindən purin 
və purimidin əsaslarının, həmçinin nikotin turşusunun sintezində istifadə edilir. 
Qlutamin turşusunun mononatrium duzu toyuq bulyonunun iyini və dadını 
verdiyinə görə, ondan qida əlavəsi kimi istifadə edilir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin