121
qalıqları törədir. Antibiotiklərdən qramisidinin
və tirosidinin tərkibinə
D-fenilalanin daxildir. L-fenilalanindən fərqli olaraq, D-fenilalaninə canlı
təbiətdə sərbəst şəkildə təsadüf edilmir.
L-T i r o z i n təbiətdə ən geniş yayılmış aminturşulardan biridir.
Protaminlərin
bəzi növləri müstəsna olmaqla, bütün zülalların tərkibində
tirozin qalıqları olur. Tirozin heyvan və insan orqanizmində bəzi hormonların
(tiroksin, triyodtironin,
adrenalin, noradrenalin), bitkilərdə isə alkaloidlərin
(morfin, kodein, papaverin) sintezi zamanı ilkin material kimi istifadə edilir.
Dəridə və tüklərdə olan melanin piqmenti tirozinin oksidləşmə məhsuludur.
L-T r i p t o f a n
,
demək olar ki, bütün zülalların tərkibində olur.
Lakin
taxıl bitkilərinin dənlərində olan zülalların tərkibində bu aminturşunun miqdarı
cüzi dərəcədədir. Toxumalarda triptofandan nikotin turşusunun sintezi üçün
ilkin material kimi istifadə edilir. Zülalların turş mühitdə hidrolizi zamanı
triptofan parçalanır.
L-H i s t i d i n
–
qələvi xassəli aminturşular qrupuna daxildir.
Hemoqlobinin zülal hissəsində (qlobin)
histidin xüsusilə çox olur; bir sıra
fermentlərin aktiv mərkəzlərində histidin aşkar edilmişdir.
L-P r o l i n
–
iminturşular qrupunun nümayəndəsidir. Kollagen, elastin, diş
minası zülalları və taxıl bitkilərinin toxumlarının tərkibinə daxil olan zülallar
prolinlə xüsusilə zəngindir. Prolin tsiklopeptid strukturlu
bəzi antibiotiklərin
(qramisidin, lixeniformin, aktinomisin D) tərkibinə daxildir. L-Prolinin
oksidləşmiş
törəməsi olan
L-hidroksiprolin
hüceyrə membranı zülallarının,
jelatinin və kollagenin tərkibində daha geniş yayılmışdır.
Dostları ilə paylaş: