Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə80/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   137
Biokimyanın əsasları I cild

2.
 
Hidroksiaminturşular
(serin, treonin). Bunlardan serin insan orqaniz-
mində sintez edilə bilir; treonin isə əvəz edilməyən aminturşular qrupuna 
aiddir. L-Serin bütün canlılarda maddələr mübadiləsinin normal gedişini təmin 
edən amillərdən biridir. Bu aminturşu fosfolipidlərin (serinfosfatidlər), bradi-
kinin və kallidin adlanan polipeptidlərin tərkibinə daxildir. Bundan əlavə, serin 


119 
proteolitik fermentlərin aktiv mərkəzlərinin strukturunda iştirak edir, sfinqo-
lipidlərin tərkibinə daxil olan sfinqozin adlı aminspirtin sintezinə sərf edilir. 
Serin bəzi zülalların (südün tərkibində olan kazein zülalı, yumurta sarısının 
tərkibində olan vitellin və s.) tərkibində fosfat efiri şəklində (serin-fosfat) olur. 
L-Treonin zülalların tərkibinə daxil olmaqdan əlavə, bəzi bakteriyalarda B
12
vitamininin və aktinomisin D adlanan antibiotikin sintezinə sərf edilir. 
3.
 
Kükürdlü aminturşular
(sistein, sistin, metionin). L-sistein maddələr 
mübadiləsində kükürd mənbəyi kimi mühüm rola malikdir; bundan əlavə, 
sisteinin tərkibində olan sulfhidril (

SH) qrupu reduksiyaedici funksiyası 
daşıyır. Bu aminturşu böyük bioloji əhəmiyyətə malik olan qlutation adlı 
tripeptidin və bir sıra fermentlərin aktiv mərkəzlərinin tərkibinə daxil olur
koenzim A-nın tərkibinə sisteinin karboksilsizləşmiş törəməsi (merkapto-
etilamin) daxildir. Bir sıra zülalların və peptidlərin (insulin, AKTH və s.) 
molekul strukturuna daxil olan sistein qalıqları bir-birilə disulfid körpücükləri 
əmələ gətirməklə, molekul zəncirinin bir hissəsini digərilə birləşdirir və bu 
yolla zülalların üçüncülü strukturunun formalaşmasında iştirak edirlər. 
Oksidləşmə reaksiyaları nəticəsində 2 sistein molekulu sulfhidril qrupu 
hidrogenlərini itirib, sistinə çevrilir; bu reaksiya asanlıqla geriyə dönə bilir: 

 
 
 
Sistein Sistin 
Bu reaksiya canlı orqanizmdə baş verən bir sıra oksidləşmə-reduksiya 
reaksiyalarının əsasını təşkil edir; hüceyrə membranlarının oksigenin zərərli 
təsirindən mühafizə edilməsində yuxarıdakı reaksiyanın mühüm rolu vardır. 
Zülalların tərkibində sistinin miqdarı sisteinə nisbətən çox olur. Bu 
aminturşu tük, buynuz və dırnaq toxumalarında olan zülallar arasında xüsusilə 
geniş yayılmışdır.
L-Metionin
toxumalarda bir sıra üzvi maddələrin (xolin, adrenalin, digər 
kükürdlü aminturşular, kreatin, sterinlər və b.) sintezi zamanı metil qrupunun 
donoru kimi iştirak edir; bitki və mikroorqanizmlərdə tiaminin (B
1
vitamini) 
sintezi üçün istifadə edilən kükürd atomları da əsasən metionindən alınır. 
Metionin süd zülalının (kazein) tərkibində xüsusilə çox olur. Ondan hazırlanan 
dərman preparatından qaraciyərin piy infiltrasiyasının və aterosklerozun 
müalicəsində lipotrop amil kimi istifadə edilir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin