Cədvəl 4.8
Proteinogen aminturşuların suda həllolma qabiliyyəti və
izoelektrik nöqtəsi (25˚C temperaturda)
Aminturşu
Həllolma
qabiliyyəti
(100 ml
suda
qramlarla)
İzoelektrik
nöqtəsi (pH)
Aminturşu
Həllolma
qabiliyyəti
(100 ml suda
qramlarla)
İzoelektrik
nöqtəsi
Qlisin
24,99
5,97
Asparagin
3,11
5,41
Alanin
16,54
6,00
Qlutamin
turşusu
0,84
3,22
Valin
8,85
5,96
Qlutamin
3,60
5,65
Leysin
2,19
5,98
Metionin
3,35
5,07
İzoleysin
4,12
6,02
Fenilalanin
2.96
5,74
Serin
5,02
5,68
Tirozin
0,045
5,48
Tireonin
20,50
6,16
Prolin
162,30
5,66
Lizin
çox yaxşı
9,74
Oksiprolin
36,11
6,30
Arginin
çox yaxşı
10,76
Triptofan
1,14
5,83
Asparagin
turşusu
0,50
2,77
Histidin
1,29
5,89
Hidrofob aminturşuların izoelektrik nöqtəsi pH-ın neytral qiymətlərinə
yaxın olur, turş xassəli aminturşuların (diaminmonokarbon turşuları)
izoelektrik nöqtəsi isə pH-ın aşağı qiymətlərinə müvafiq gəlir. Məsələn,
fenilalanin üçün bu göstərici 5,74-ə, qlisin üçün 5,97-yə, prolin üçün 5,74-yə,
asparagin turşusu üçün 2,8-ə, qlutamin turşusu üçün 3,2-yə bərabərdir. Sistin
və sisteinin izoelektrik nöqtəsi 5,0-dir. Bu, kükürdlü aminturşuların zəif turş
xassəli olması ilə əlaqədardır. Qələvi xassəli aminturşuların (arginin, lizin,
histidin) izoelektrik nöqtəsi neytral mühitin pH-dan xeyli yüksəkdir.
İnsan və heyvan orqanizminin daxili mühiti (hüceyrədaxili və hüceyrə-
dənkənar mayelər) neytral səviyyəyə yaxındır. Bu şəraitdə orqanizmin daxili
mühitində qələvi xassəli aminturşuların ion yüklərinin cəmi müsbət, turş
xassəli aminturşuların eyni göstəricisi mənfi olur, digər aminturşular isə
orqanizmin mayelərində ikiqütblü hissəciklər şəklində dövr edir. Turş və qələvi
xassəli aminturşular digər aminturşulara nisbətən çox hidratlaşmış vəziyyətdə
olur.
Dostları ilə paylaş: |