128
Üzvi turşuların digər növləri kimi, aminturşular spirtlərlə reaksiyaya girib,
mürəkkəb efirlərə çevrilə bilir:
-aminturşu metil spirti
-aminturşunun metil efiri
Aminturşuların efirləşmə reaksiyası turş mühitdə baş verir.
Bundan ötrü
katalizator kimi, qaz halında olan hidrogen-xloriddən istifadə edilir. Bu zaman
hidrogen-xloridlə aminturşunun amin qrupu arasında reaksiya gedir; nəticədə,
ilk mərhələdə alınan efir hidroxlorid birləşməsi şəklində olur; sərbəst efir əldə
etmək üçün bu birləşməyə qaz halında olan ammonyak vasitəsilə təsir
göstərilir:
-Aminturşuların metil efirləri üzvi həlledicilərdə yaxşı
həll olur və
asanlıqla buxarlanır. Aminturşuları ayırmaq üçün ilk dəfə E.Fişerin (1901)
işləyib hazırladığı kondensasiya üsulu bu birləşmələrin metil efirinin uçuculuq
xassəsinə əsaslanır. Məsələn, qlisin aminturşusu kifayət qədər yüksək
temperaturda (292
˚
C) əriyən bərk maddədir; qlisinin metil efiri isə maye
halında olub, 130
˚
C temperaturda qaynayır. Bu
xassəsindən istifadə etməklə,
qlisini zülal hidrolizatından ayırmaq mümkündür. Hazırda zülal hidrolizatının
aminturşu
tərkibini
müəyyənləşdirmək
üçün
-aminturşuların
efir
törəmələrinin qazlı-mayeli xromatoqrafiyası üsulundan geniş istifadə edilir.
-Aminturşuların karboksil qruplarının amidləşmə və dekarboksilləşmə
reaksiyalarının biokimyəvi baxımdan böyük əhəmiyyəti vardır. Çünki bu
reaksiyalar canlı orqanizmlərdə də baş verir. Canlı toxumalarında asparagin və
qlutamin turşularının amidləşmə reaksiyaları müvafiq fermentlərin təsiri
altında ATF-dən alınan enerji hesabına həyata keçir:
129
Aminturşuların karboksil qrupunu itirməsi (dekarboksilləşmə reaksiyası)
nəticəsində əmələ gələn məhsullar b i o g e n a m i n l ə r adlanır:
Biogen aminlərin əksəriyyəti yüksək bioloji aktivliyə malikdir. Məsələn,
histidinin dekarboksilləşməsi nəticəsində
əmələ gələn h i s t a m i n
damarların tonusunu azaldır (damargenişləndirici təsir göstərir) və damar
divarının keçiriciliyini artırır. Adətən histamin iltihabi proses olan sahələrdə
daha çox əmələ gəlir; iltihab ocağında damarları
genişləndirmək və damar
divarının keçiriciliyini artırmaqla, buraya leykositlərin emiqrasiyasını (formalı
elementlərin qan damarlarından hüceyrəarası sahəyə gəlməsi və oradakı
hərəkəti) sürətləndirir. Histamin mədə şirəsinin tərkibinə sekresiya edilən
xlorid turşusunun miqdarını artırır, allergik reaksiyaların və ağrı sindromunun
əmələ gəlməsində iştirak edir. Arı zəhərinin törətdiyi
ağrı və iltihabi proses onun tərkibində olan histaminin
təsiri ilə əlaqədardır. Bir sıra başqa zəhərli canlıların
zəhərlərinin də tərkibində histamin olur;
çovdar
mahmızının (taxılda xəstəlik törədən göbələkcik növü)
tərkibində histaminin miqdarı xüsusilə çoxdur.
Lizin və ornitinin dekarboksilləşməsi nəticəsində əmələ gələn biogen
aminlər
–
kadaverin və putressin
–
tibbi biokimya baxımından müəyyən maraq
doğurur. Kadaverin və putressin meyit zülallarının çürüməsi zamanı əmələ
gələn və çürümüş ətə xarakterik iy verən maddələrdir. Onların adları da
buradan götürülmüşdür (latınca:
cadaver
–
meyit,
putresko
–
çürümə); uzun
müddət saxlanmış ətdə toplanan karaverin və putressin insanın zəhərlənməsinə
səbəb ola bilər.
130
İnsanın bağırsaqlarında mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində
müəyyən qədər kadaverin və putressin (həmçinin digər aminlər) əmələ gəlir.
Normal halda bu məhsullar bağırsaqların selikli
qişa hüceyrələrində və
qaraciyərdə asanlıqla zərərsizləşdirilir (bu birləşmələrin zərərsizləşdirilməsi
oksidləşməklə dezaminləşmə, asetilləşmə və b. reaksiyalarla əlaqədardır).
Həzm sisteminin bəzi xəstəlikləri zamanı bağırsaqlarda aminlərin əmələ
gəlməsi prosesi olduqca sürətlənir. Bu zaman həzm sistemindən qana sorulan
aminlərin zərərsizləşdirilməmiş hissəsi qan dövranı
vasitəsilə orqanizmə
yayılıb, b a ğ ı r s a q a u t o i n t o k s i k a s i y a s ı törədə bilər.
Dostları ilə paylaş: