Zəlimxan Yaqub Azərbaycan mühiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənənələrini Kürün o tayından, bir regiondan – bölgədən ümumvətən mühiti səviyyəsinə çıxarmağı və yaşatmağı bacarmışdır. Zəlimxan Yaqubun qoşma janrına ardıcıl marağının və bu poetik formada qazandığı uğurların mayasında Borçalı aşıq sənəti ənənələri durur. Lakin Zəlimxan qoşmanı aşıq ədəbiyyatındakı məlum “gözəlləmə”çərçivəsindən çıxarıb, ona yeni ictimai məzmun gətirmişdir.
akademik İsa Həbibbəyli
Xalq şairi Zəlimxan Yaqub bu gün şeirsevər oxucuların dərin sev gisini qazanmış sənətkardır. Onun poetik yaradıcılığı folklorumuzdan, aşıq şeirindən qaynaqlandığına görə milli ruhu, koloriti yaşadır. Nə qədər fərqli mövzulardan yazsa belə xalq başlanğıcına bağlılıq onun əsas meyarıdır.
professor Camal Mustafayev Zəlimxan, türklük sənin qanına elə hopub ki, sən “türk” deməyən- də də onun dünyasından xəbər verirsən.