Mübarizə bu gün də var, yarın da,
Mən də onun ön sıralarında.
Rəsul Rza.
Xalq şairi Rəsul Rzanın adı Azərbaycan covet poeziyasının yaranması, təşəkkülü və inkişafı ilə qırılmaz surətdə bağlıdır.-Yarım əsrdən artıq şərəfli bir yaradıcılıq yolu keçmiş şair yüksək amal və ideallarla yaşamışdır.Rəsul Rzanın poeziyası özünün forma rəngarəngliyi ,fikir dərinliyi,xəlqiliyi,müasirliyi və müba-
rizliyi ilə fərqlənmişdir. Bütün varlığı ilə doğma torpağa,öz xal-qına,onun klassik ədəbiyyatına , zəngin şifahi xalq yaradıcılığına bağlı olan Rəsul Rza cəsarətli novator sənətkardır.
Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublika-mızın elmi-mədəni həyatında yaxından iştirak edib, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınıb.Rəsul Rza Azərbaycanın tarixində nadir şəxslərdən biridir. Rəsul Rza ilk növbədə, aydın zəkası,olduqca aydın düşüncə tərzi, müxtəlif mövzularda müha-kimələri ilə fərqlənirdi. Onun dərin düşüncəsini yönləndirən, nurlandıran gözəl, nəhayətsiz bir qəlbi vardı. Bu qəlb dünyaya, insana, vətənə məhəbbət tələbatı ilə köklənmişdi. Elə onun şeir-lərinin sirri də bunda idi. Rəsul Rzanın qəlb aləmindən, iti zəka-nın köməyi ilə süzüldüyü üçün xüsusi bir cazibəyə malikdir. Bu kəlmələrin özünün məxsusi bir energetikası var. Bu cazibə, bu energetika milli müstəqillik düşüncəmizin formalaşması üçün olduqca vacibdir.
b b
b
babababababababababababababab
b b Həyat və yaradııclığı b b
Rəsul İbrahim oğlu Rzayev 1910-cu ildə may ayının 19-da
Azərbatcanın səfalı guşələrindən biri olan Göyçayda ana-
dan olmuşdur.Körpəlikdən atasını itirmiş, şer-sənət hə-vəskarı dayıısı Məmmədhüseyn Rzayevin atalıq qayğısı ilə böyümüş, ibti-dai və orta təhsilini də orada almışdır. Hələ uşaq ikən eşitdiyi nağıllar,şer və hekayələr Rəsulun hafizəsində dərin iz buraxmışdır.Rəsul Rzanın şair puhunun mayasında ailə və ilk gənclik illərini keçirdiyi Göyçay mühiti si-linməz izlər salmışdı. Sadə,aram, mənalı sözlərlə fərqlənən bu şeirlər insa-nı düşündürməyə köklənib. Bu şeirlər xalqın düşünə bilən, düşünərək hə-rəkət etməyə tələbatı olan təbəqəsinə ünvanlanıb.
Rəsul Rzanın «Bu gün» adlı ilk şeri 1927 ildə «Qığılcım» almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçi-lən lirik şair kimi diqqəti cəlb etmişdir. Şairin əsərləri «Qanadlar», «Çinar», ”Dözüm”,”Duyğular,düşüncələr..” və s. kitablrında toplanmışdır.R.Rzanın "Qızılgül olmayaydı"poeması Azərbaycan ədəbiyyatında repressiya qur-banları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir.
Şair sənətinin məqsədi xalqa, vətənə xidmətdə görərək ilk ədəbi təcrübə-lərindən tutmuş son əsərlərinə kimi qələimni həmişə bu uğurda işlətmiş və bir-birindən gözəl şərqilər, mahnılar, şerlər, poemalar, dastanlar yarat-mışdır. Şair belə yazmışır:
Hansı şerim, hansı sözüm,
yaşayacaq məndən sonra,
mən bilmirəm eldən soruş.
Yaradıcılığının ilk dövründə şair bilavasitə xalqının həyat və mübarizə-sindən mövzular seçərək, onları romantik bir coşqunluqla qələmə alırdı. Onun “Çinar”, “Könül nəğməsi”, “Bakı”,”Ölkəmə”,”İlqar”,”Sevgilim” və digər şerləri şairin qələminin getdikcə püxtələşdiyini göstərirdi.Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəman-lıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yarat-
babababababababababababababab
babababababababababababababab
dı («Vətən» (1942), «İntiqam! İntiqam…» (1943) şer kitabları, «Ölməz qəh-rəmanlar» (1942), «Qəzəb və məhəbbət» (1943) hekayə və oçerk topluları, «Vəfa» (1943) pyesi və bir sıra silsilə şerlər,oçerklər, publisist əsərlər yaz-mışdır.Onun “Bakı danışır”,”Vətən!, “And”,”Döyüşçünün andı”, “Yurdu-mun qəhrəmanı”,”Sənin ad günün”,-“Vətənə hədiyyə”, ”Bülbül”, “Bizim yaz”.”Vur topçu qardaş”, ”Körpə” kimi şerlərində müharibə illərinin əh-val ruhiyyəsi real və dolğun,canlı və təsirli əks olunmuşdur. ”Bəxtiyar” şeri şairin qəhrəmanlıq lirikasına nümunə ola bilər.Şair şerin finalını böyük qələbəmizə inam hissi ilə bitirir.
Sən qorudun vətəni, Bəxriyar!
Vətən unutmaz səni, Bəxtiyar!
Bundan sonra fəxr ilə analar,
Körpəsinə ad qoyar:- Bəxtiyar!
Bu illərdə yazdığı “Vəfa”şairin dramaturgiyaya ilk müraciətidir.Çətin və mürəkkəb şəraitdə sovet adamlarının öz mənəvi ləyaqətlərini qoruyub sax-lamaq əzmi, vətən və döyüşçü ləyaqətlərini qoruyub saxlamaq əzmi, və-tən və döyüşçü qarşısında şəxsi borc problemi qoyulmuşdur.
Dostları ilə paylaş: |