Zərərli vərdişlər. Sağlamlığın səviyyəsi - insanın sağlamlı- ğının miqdar göstəricisidir. Bu, 1 km yolu piyada zorla gedən adamla, marafon məsafəni qət edən adamın fərqində özünü göstərir. Bu, düzgün qidalanan, fiziki cəhətdən aktiv istirahət etməyi bacaran, siqaret çəkməyən, spirtli içki və narkotik istifadə etməyən adamla, əlinə düşəni yeyən, az hərəkət edən, sutkada 3 saat yatan, gündə 2 qutu siqaret çəkən adamın fərqindədir. Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur.
Spirtli içkilərin zərərləri. Spirt ağciyərlərə mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin ağciyər üzrə mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski və sonda sirozun baş verməsidir. Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur. Göstərilən bu qədər ziyanın qarşısında isə alimlər son zamanlar spirtli içkilərin bəzi xeyirlərini araşdırmağa başlayıblar. Belə ki, alimlər spirtin bəzi ürək xəstəliklərinin yaranma riskinin aşağı salmasına inanırlar.
Narkotik vasitələrin zərərləri. Ən böyük zərəri beyin və məzrkəzi sinir sisteminə göstərir. İnsan get-gedə normal dav- ranışlardan uzaqlaşır. Hafizənin itməsi, nitq pozulması, yuxu- suzluq, zəkanın azalması, səs və işıq hallüsinasiyaları tez-tez rast gəlinir. Qusma, davamlı qarın ağrısı, gecə korluğu, çox işıqdan narahat olma, zamanla görmə sinirlərinin zərər görməsi nəticəsində qalıcı korluq, nəfəs darlığı, öskürmə, tənəffüs yolu iflici və s. bu kimi halları büruzə verir və sonralar heç bir işə yaramayan bir insan halına gəlir
Siqaretin zərərləri.Öskürdür və bəlğəm əmələ gəti- rir. Xroniki bronxitlə və emfiezemyaya səbəb olur. Qırtlaq və ağciyər siqaret çəkənlər arasında daha çox müşahidə edilir. Ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ gəlməsinin 90 faizinin səbəbi siqaretdir. Qol və qıç damarlarında tıxanmalar əmələ gətirir, qanqren olur, əl və ayaqların kəsilməsinə, şikəstliyə səbəb olur. Beyni qidalandıran damarlarda da elastikliyin azalmasına səbəb olur. İflic olma hadisələri meydana gəlir.
Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi infarktlarının əmələ gəlməsinə zəmin yaradır. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə həm infarkt, həm də infarktan ölüm hadisələri 10 dəfədən də çox müşahidə edilir.