Yolxucu xəstəliklər haqqında anlayış. Yoluxucu xəstəliklər haqqında ilk dəfə yazılı məlumat «Bibliyada» verilmişdir. Belə ki, Hicrət kitabında misirlilərə Allah tərəfindən göndərilmiş «Cəza» adı ilə külli miqdarda at, eşşək, dəvə, qaramal, davarın tələf olması qeyd edilirdi.
Bizim eradan 1295 il əvvəl itlərdə, quşlarda, qaramalda, vəhşi heyvanlarda və insanlarda epidemiyanın baş verməsi haqqında məlumatlar vardır. 810-cu ildən 1316-cı ilə kimi olan dövrdə Fransada, Almaniyada, İtaliyada və İngiltərədə 20-yə qədər epizootiya (yəni xəstəlik) baş vermişdir (qaramal, at və insanlar arasında).
İnfeksion xəstəlikləri patogen mikroblar törədir. Bunlar bakteriyalar, göbələklər, süzülən viruslardır. İnfeksion xəstəlikləri patogen mikroblar törədir.
Mikroblar heyvan orqanizminə həzm aparatı ilə, tənəffüs aparatı ilə, dəri ilə, selikli qişa ilə və cinsiyyət yolu vasitəsilə daxil olurlar. İnfeksion xəstəliklər gedişinə görə: ildırımvari, iti və xroniki formalara bölünür.
Orqanizmin infeksiyaya qarşı davamlılığı aşağıdakı amillərdən asılıdır: Heyvanın yaşı, sinir sistemi, cinsi, cinsiyyəti; Yemləmə, yorulma; Mineral maddələr, iqlim şəraiti; Torpaq, zoogigiyeniki amillər.
İnfeksiyanın keçirilməsi canlı keçiricilər vasitəsilə ola bilər. Bunlardan həşəratlar, gəmiricilər, xəstəliyə həssas olmayan heyvan və insan aid ola bilər.
Həşəratlar.Bunlar yer üzərində çoxdur. Epizootik xəstəliklərin keçirilməsində həşəratın olduqca böyük rol oynaması gündən-günə aydınlaşdırılır. Hazırda böyük epizootoloji əhə- miyyətə malik olan həşəratlar bunlardır:
Mal çibini. Çox geniş yayılmış milçəkdir. Bunlar çaylarda, gölməçələrdə, bataqlıqlarda və meşələrdə geniş yayılmışdır. Mal çibinləri heyvanların qanı ilə qidalanır. Mal çibinlərinin kütləvi uçması hava xüsusiyyətləri ilə əlaqədardır. Bunlar üçün əlverişli fəsil şimalda iyun, iyul; şərqdə iyun, iyul və avqust aylarıdır.
Mal çibini heyvandarlığa böyük zərər verir. Atların, eşşəklərin, qatırların, qaramalın dərisi üzərində tükün az olması mal çibinləri üçün əlverişli şəraitdir. Bu heyvanlar arasında yoluxan xəstəliklərin bir heyvandan digər heyvana keçiril- məsində mal çibini fəal rol oynayır. Aparılan eksperimentlər qarayara, emfizematoz karbunkul, pasterellyoz, infeksion anemiya və bir çox başqa yoluxucu xəstəliklərin mal çibini tərəfindən keçirilməsini təsdiq etmişdir.