Plan: Anlayış haqqında məlumat



Yüklə 248,63 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix05.12.2022
ölçüsü248,63 Kb.
#120479
  1   2   3   4   5
Mövzu 5



Mövzu 5. 
Anlayış haqqında məlumat. Anlayışın məzmunu və həcmi. Növ və cins 
anlayışları. Anlayışın bölgüsü. Anlayışın tərifi. Anlayışa tərifvermə 
üsulları. Anlayışların tərifinə verilən tələblər 
 
Plan: 
1.
Anlayış haqqında məlumat 
2. 
Anlayışın məzmunu və həcmi
3. 
Anlayışın tərifi. Anlayışa tərifvermə üsulları. 
4. 
Anlayışların tərifinə verilən tələblər. Növ və cins anlayışları. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


1.Anlayış haqqında məlumat. Bizi əhatə edən maddi aləm müxtəlif obyektlərdən –canlı və 
cansız varlıqlardan, bitkilərdən, evlərdən, avtomobillərdən, şəhərlərdən, çaylardan, dağlardan və s. 
ibarətdir. Bütün bu obyektlər, həmçinin müxtəlif təbiət hadisələri və ictimai hadisələr müvafiq elm 
sahələri tərəfindən tətbiq edilir və öyrənilir. Bu obyektləri öyrənərkən bəzi onların müxtəlif xassələri, 
məsələn, kütləsi, forması, ölçüləri, rəngi iyi və s. maraqlandırır. Bu xassələri müxtəlif formalarda
məsələn, ədədlərlə (kütlə 58 kq-dır), sözlərlə (rəngi qırmızıdır, sarıdır, qaradır, ağdır və s.) ifadə və ya 
izah oluna bilər. Maddi aləmin obyektləri arasında həmçinin müxtəlif əlaqələr və münasibətlər 
mövcuddur (Əli bu məktəbdə oxuyur, riyaziyyat kitabı bu rəfdə yerləşir, həndəsə riyazi fənlərə aiddir 
və s.). Obyektlər və onların xassələrindən danışarkən biz bu obyektə nəzərən müəyyən təkliflər 
söyləyirik. Məsələn, “Mehdinin boyu 170 sm-dır”, “təbaşir yazı taxtasının yanındadır” və s. Belə 
təkliflərin əksəriyyəti ayrı-ayrı obyektlərə yox, bütövlükdə obyektlər siniflərinə aid olur (məsələn, 
“bütün canavarlar dördayaqlı heyvanlardır”, “bəzi meymunlar heyvanxanada saxlanılır”, “insanlardan 
heç birisini çəkisi bir ton deyil”).  
Başqa elmlər kimi riyaziyyat elmi də bizi əhatə edən maddi aləmin əşya və hadisələrini, müxtəlif 
obyektlərin və onların müəyyən xassələrini öyrənir. Lakin riyaziyyat onların konkret təriflərini, xassələrini 
öyrənir. Lakin riyaziyyat onların konkret təriflərini, özünəməxsus cəhətlərini və həm də özünəməxsus 
metodlarla öyrənir. Riyaziyyat elmi üçün ən spesifik (özünəməxsu) metod abstraktlaşdırma 
(mücərrədləşdirmə) motodudur. Məsələn, həndəsədə forma və ölçüləri öyrənilir, bu zaman əşyaların bütün 
digər xassələri: rəngi, kütləsi, möhkəmliyi, hansı maddədən ibarət olması, başqa sözlə, bütün bu xassələrdən 
fikrən sərf-nəzər edib həndəsə elminin vəzifələrinə daxil olan xassələri saxlanılır. Belə proses də məhz 
abstraklaşdırma metodu adlanır. Ona görə də həndəsədə “əşya” sözü əvəzinə “həndəsə fiqur” deyirlər. Düz 
xətt, parça, bucaq, çevrə, kvadrat və s həndəsi fiqurlardır. Deməli, həndəsi fiqur “əşyaların” 
abstraktlaşdırılmasının nəticəsidir. Məsələn, “kimyəvi element”, “kütlə”, “enerji”, “materiya”, “ədəd” və s. 
kimi fundamental anlayışlar da abstraktlaşdırmanın nəticəsidir. Abstraktlaşdırmanın nəticəsi olan və 
riyaziyyatda öyrənilən obyektlər riyazi obyektlər riyazi obyektlər adlanır. Ümumiyyətlə, ixtiyari riyazi 
obyekt bizi əhatə edən maddi aləmin əşya və hadisələrdən onların miqdar və fəza xassələrini və 
münasibətlərini ayırmaqla, onların bütün digər xassələrindən sərf-nəzər edilməsi nəticəsidir. Beləliklə, 
riyazi obyekt real olaraq mövcud deyil, yalnız insanların əqlinin məhsuludur və təfəkküründə mövcuddur. 
Qeyd edək ki, riyazi obyektin formalaşdırılması zamanı əşyaların təkcə abstraktlaşdırma prosesi baş 
vermir, həm də bu əşyalara elə əlavə xassələr daxil edilir ki, heç bir real əşya bu xassələrə malik ola bilməz. 
Məsələn, düz xətt kimi riyazi obyektdə təkcə real əşyaların malik olduğu uzunluq xassələri deyil, həm də 
hər iki istiqamətdə qeyri-məhdud uzanma xassələri əks olunur. Halbuki, heç bir real obyekt bu sonuncu 
xassəyə malik deyil. Həmçinin real kubun səthi heç vaxt ideal hamar, tilləri isə dəqiq üst-üstə düşə bilməz. 
Riyazi obyekt kimi isə kuba bu xassələr aid edilir. Riyazi obyektin formalaşdırılması zamanı əşyalara ideal 
xassələrin əlavə edilməsi prosesi ideallaşdırma adlanır. 


Beləliklə, obyekt bizi əhatə edən maddi aləmin əşya və hadisələrin abstraktlaşdırılması və 
ideallaşdırılması prosesinin nəticəsində yaranır.
Nəhayət, riyazi obyektin əmələ gəlməsi prosesində abstraktlaşdırma çoxpilləli proses kimi çıxış edir. 
Məsələn, “kəmiyyət” anlayışı real obyektin abstraklaşdırılması nəticəsidir, “dəyişən kəmiyyət” isə konkret 
kəmiyyətlərin abstraklaşmasının nəticəsidir, başqa sözlə, abstraksiyanın abstraksiyasıdır. 
Ümumiyyətlə, riyaziyyatın abstraktılıq xüsusiyyəti onun müxtəlif sahələrində tətbiq olunmasına 
imkan verir ki, bu da riyaziyyat təbiətin dərk edilməsi və texnikanın yaradılmasının güclü vasitəsinə çevirir.

Yüklə 248,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin