Plan: Anlayış haqqında məlumat



Yüklə 248,63 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix05.12.2022
ölçüsü248,63 Kb.
#120479
1   2   3   4   5
Mövzu 5

Şəkil 1. 
4) Anlayışın tərifində yalnız bu anlayışın məzmununun açılması kifayət edən sayda xassələr öz əksini 
tapmalıdır. Artıq xassələr və ya tərifə daxil edilmiş başqa əsas xassələrdən alına bilən xassələr tərifə daxil 
edilməməlidir. Məsələn, “qarşı tərəfləri bərabər və bucaqları düz olan qabarıq dördbucaqlıya düzbucaqlı 
deyilir” tərifində “qarşı tərəflərin bərabər olması” xassəsi “bucaqların düz olması” xassəsindən çıxır. 
Deməli, artıq xassə kimi tərifə daxil edilməsinə ehtiyac yoxdur. Burada tərifi “bütün bucaqları düz olan 
qabarıq dördbucaqlıya düzbucaqlı deyilir” şəklində vermək kifayətdir. 
5) Tərif, təyin olunan anlayış üçün ona ən yaxın olan cins anlayışı vasitəsilə verilməlidir. Yəni təyin 
olunan anlayış üçün ona daha yaxın cins anlayışını buraxıb daha uzaq cins anlayışlardan istifadə etmək 
tərifin sadə və səlis olmasına xələl gətirir. Məsələn, “kvadrat” anlayışının aşağıdakı tərifini müqayisə edək: 
a) “Bütün bucaqları düz və tərəfləri bərabər olan qabarıq dördbucaqlıya kvadrat deyilir”; b) “Bütün 
bucaqları düz olan romba kvadrat deyilir”; v) “Tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir”. 
Aşkardır ki, ən sadə və səlis tərif sonuncu tərifdir. Çünki a) tərifdə yaxın cins anlayışlar olan düzbucaqı 
və romb anlayışlarını saxlayıb, kvadrat üçün çox uzaq cins anlayışı olan qabarıq dördbucaqlıdan istifadə 


edilmişdir. b) tərifində də “kvadrat” anlayışı üçün “romb” anlayışı “düzbucaqlı” anlayışına nəzərən uzaq 
cins anlayışıdır. 
6) Eyni bir anlayışa, bu anlayış üçün müxtəlif cins anlayışlarından istifadə etməklə verilən bir neçə 
müxtəlıif təriflər eynigüclü olmalıdır. Əks halda bu təriflərin heç olmazsa biri səhv tərif olar. Məsələn, 
“bütün bucaqları düz olan romba kvadrat deyilir” və “bütün bucaqları düz və tərəfləri bərabər olan 
paraleloqrama kvadrat deyilir” tərifləri eynigüclüdür. Şərh etdiyimiz bu tələblərə cavab verməyən hər bir 
tərif anlayışın məzmununu ya tam açmır, ya məzmununu tərif edir, ya da tərif korrekt olmur. Bütün bu qeyd 
olunan nöqsanlar anlayışlara verilən təriflərdə yol verilən xarakterik nöqsanlardır. Lakin anlayışlara tərif 
verilərkən elə səhvlərə yol verilməsi halları baş verə bilir ki, anlayışın məzmunu tam açılşamış qalır. Belə 
səhvlərdən bir neçəsinə baxaq: 
1) Tərifdə tavtologiya. Tərifdə tavtologiya adlanan səhvə ovaxt yol verilir ki, obyektə bu obyektin özü 
vasitəsilə tərif verilməsinə cəhd edilir. Bu halda yalnız tərifin sözlərlə ifadə edilməsi tərzi dəyişir. Məsələn, 
“istilik mübadiləsi zamanı cismin aldığı və ya verdiyi daxili enerjinin miqdarına daxili enerji deyilir” və ya 
”sonu cüt ədədlə qurtaran ədədə cüt ədəd deyilir”, həmçinin, “bütün bucaqları bərabər olan düzgün 
dördbucaqlıya kvadrat deyilir” tərifləri əslində şərh edilmiş cümlənin mübtədasında deyilən fikrin xəbərdə 
təkrar edilməsidir. Bu da anlayışın məzmununu aça bilməz.
2) Məchul anlayışa məchul vasitəsilə tərif verilməsi səhvdir. Bu səhv o vaxt baş verir ki, təyin olunan 
anlayış elə bir digər anlayış vasitəsilə təyin edilir ki, həmin anlayışın özü hələ təyin edilməlidir və ya bu 
anlayışın özünün əsas əlamətləri hələ məlum deyil. Məsələn, “düz bucaq” anlayışının əsas əlamətləri 
(məzmun) məlum olmayan halda “perpendkulyar düz xətlər” anlayışına tərif verilməsi və ya “iki ədədin 
ortaq böləni” anlayışı təyin edilməmiş “ən böyük oetaq bölən” anlayışına tərif verilməsi deyilən xarakterli 
səhv tərifin yaranmasına səbəb olur. Doğurdan da, “iki düz xətt kəsişərək düz bucaq əmələ gətirərs, onlara 
qarşılıqlı perpendkulyar düz xətlər deyilir” tərifi ozaman doğru olar ki, “düz bucaq” anlayışı artıq təyin 
edilmiş olsun.
3) Anlayışın tərifinə obyektin qeyri-əsas əlamətlərinin daxil edilməsi nəticəsində meydana gələn səhv. 
Məsələn, “enerjiyə malik olan materiya formaları maddə adlanır” tərifi bu qəbilədən olan səhv tərifdir. 
Çünki “enerjiyə malk olmaq” maddə üçün əsas əlamət deyil. Enerji yalnız maddəyə yox, həm də səhvəyə 
xasdır. 
Nəhayət, qeyd edək ki, hər hansı A-obyekti təyin olunan anlayışın həcminə daxildirsə, onda bu obyekt 
tərifdə göstərilən bütün xassələrə malikdir. Bu təklifin tərsi də doğrudur, yəni məlumdursa ki, A-obyekti 
müəyyən terminlə adlandırılan anlayışın tərifində göstərilən bütün xassələrə malikdir, A-obyektin də həmin 
terminlə adlandirmaq olar. Məsələn, çevrənin diametrinin tərifindən istifadə edərək, şəkildə göstərilən 
halların hansında CD düz xət parçasının diametr olduğunu təyin etmək olar. 
C D C 





C D D 
Sonda məntiqi cəhətdən doğru tərifə verilən bir mühüm tələb də göstərərək. Təyin olunan obyektin 
mövcud olması zəruridir. Məsələn, “bütün bucaqları kor bucaq olan üçbucağa korbucaqlı üçbucaq deyilir” 
tərifindəki üçbucaq sadəcə mövcud deyil. 
Riyaziyyatda verilmiş tərəfi ödəyən fiqur varmı? Sualına cavab vermək üçün, bir qayda olaraq, xüsusi 
teorem isbat etmək lazımdır. Həndəsədə bu suala cavab vermək üçün bəzən fiquru qurmaq kifayətdir.

Yüklə 248,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin