521) Qarın yatalağının törədicisinin identifikasiyası necə aparılır?
A) antibiotiklərə həssaslığına görə
B) qrammənfi rənglənməyə görə
C) morfoloji əlamətlərə görə
D) antigen quruluşuna görə
E) törədiciləri parçalamaq qabiliyyətinə görə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
522) Xronik süzənəyin mikrobioloji diaqnostikasında hansı reaksiya istifadə olunur?
A) Askoli reaksiyası
B) Vidal reaksiyası
C) Vasserman reaksiyası
D) Borde-Janqu reaksiyası
E) Rayt reaksiyası
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
523) Botulizm klostridiyaları üçün nə səciyyəvidir?
A) təbil çubuqları forması
B) serotiplərə malik olmamaq
C) spor əmələ gətirməmək
D) kiçik qrammənfi çöplər
E) ekzotoksin əmələ gətirmək
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |