Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə40/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   176

BİOLOGİYADA İNSANLIĞIN ME᾽YARI


Biologiya elmi ancaq insanın cism və fiziologiyasından bəhs edən bir elmdir. Yer üzərində iki ayaq üzərində gəzən, enli dırnağı olub, danışa bilən bütün canlılar biologiya elmi baxımından insan sayılırlar. Bu me᾽yara əsasən həmin elmdə adını çəkdiyimiz əlamətləri daşıyan bütün canlılar arasında heç bir fərq qoyulmur. Məsələn, bu elm nöqteyi-nəzərincə Musa Cümbənin insanlığı ilə Lumumbanın insanlığı arasında heç bir fərq yoxdur və onların hər ikisi insan sayılır. Amma görəsən insanlığın kamal və şərəfi bu çərçivədə məhdudlaşırmı? Humanitar elmlərdə kamil və naqis insanlar haqqında olunan bəhslər də mövcuddur. Eləcə də inkişaf etmiş və inkişafdan qalmış insanlar haqqında bəhslər olunur. Görəsən humanitar elmlər, etika-estetika və ictimai elmlər baxımından kamil və naqis, təqdirə və ya təhqirə layiq insanlar hansılardır? İnsanlığa qiymət vermək üçün hansı əlamətlər əsas götürülür? Nə üçün Musa Cümbə və Lumumba arasında fərq qoyulmur? Bə᾽zilərinin təhqirə və hətta e᾽dam olunmağa, bə᾽zilərin isə təqdirə layiq etdirən əlamətlər hansılardır? Baxmayaraq ki, biologiya elmi baxımından bu iki şəxs arasında heç bir fərq yoxdur.

Bu hələ qədimdən humanitar elmlərdə, din və təriqətlərdə bəhs olunan məsələlərdən biridir.

Qur᾽ani-kərim bə᾽zi insanları mələklərdən üstün sayıb, hətta ona səcdə etmələrini də tələb etmişdir.

Həmçinin bə᾽zi insanlar haqqında onların heyvandan aşağıda olmalarını söyləmişdir.

Axı bu dərəcədə insanlar arasında fərqə səbəb olan me᾽yar və əlamətlər hansılardır?


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin