Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


XASİYYƏT VƏ ƏXLAQIN İNSANLIQ ÜÇÜN ME᾽YAR GÖTÜRÜLMƏSİ



Yüklə 2,8 Mb.
səhifə42/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   176

XASİYYƏT VƏ ƏXLAQIN İNSANLIQ ÜÇÜN ME᾽YAR GÖTÜRÜLMƏSİ


İnsanlığın elmdən deyil, xasiyyət və əxlaqdan asılı olması, irəli sürülən başqa mülahizələrdən biridir. Bu nəzəriyyənin tərəfdarları xasiyyət və əxlaq ilə elm və agahlığın ayrı-ayrı şey olduqlarını bəyan edərək deyirlər:

İnsanın elmli olub insanlığa yaraşan əxlaqdan məhrum olması və əvəzində heyvanlara məxsus olan xüsusiyyətlərə yiyələnməsi mümkündür. Məsələn, hər bir heyvan bir sıra özünəməxsus instinktual hisslərlə yaradılır və bu hisslər onun üzərində hökmranlıq edir. Yə᾽ni, heyvanlar bu hisslərin qarşısında tam aciz olub hər cür iradə və ixtiyardan məhrumdurlar. İtin yırtıcı, eyni zamanda vəfalı olması instinktual hisslərdən irəli gələn bir şeydir. Bu hissləri daşımaq icbari xarakter daşıyır və burada heç bir iradə və ixtiyar rol oynamır.

Biz, heyvana məxsus olan bu xüsusiyyətləri bə᾽zi insanlarda da müşahidə edirik. Başqa ifadə ilə desək, bə᾽zən özlərini inkişaf etdirməmiş, tərbiyə etməmiş və təbii olaraq uşaqlıq mərhələsində qalmış insanlarla qarşılaşırıq. Belə şəxslər öz daxili hisslərinə tabe olan insanlardır.

İndi isə görək bu cür şəxslərin elmi hansı rolu oynayır. Dediyimiz kimi, elm və agahlıq bir çırağa bənzəyir. Deməli, təbii hisslərə tabe olan şəxslərin elmi, onların əlində çıraq rolunu ifa edir. Bu cür insanların heyvanla digər bir fərqi də vardır. Bildiyimiz kimi, heyvanların agahlığı müəyyən zaman və məkan çərçivəsindədir və buna görə də onlarda təbii hisslərini tə᾽minetmə qabiliyyəti insanla müqayisədə olduqca zəifdir. Amma insanın elm və agahlığı ona zaman və məkan məhdudiyyəti zəncirini qırmaq və ondan kənara çıxmaq imkanı verir. Bu da insanın keçmişindən xəbərdar olub gələcək hadisələri proqnozlaşdırmaq və bunun əsasında öz işlərini planlaşdırmaq şəraitini yaradır. Amma əxlaq və xasiyyət tam başqa bir məsələdir. Belə ki, elm və agahlıq insanın təhsili, əxlaq və xasiyyət isə onun tərbiyəsi ilə bağlı olan bir şeydir. Kiminsə elmli olması üçün öyrətmə, əxlaqlı olması üçün isə tərbiyə etmə üsulundan istifadə olunur.

Əlbəttə, hər bir insanı tərbiyə etməzdən əvvəl, onu bir sıra öyrəniləsi şeylərlə tanış edirlər. Belə ki, şəxs tərbiyə olunmazdan əvvəl, onun bir sıra mə᾽lumatları öyrənməsi lazım olan şərtlərdən biridir, amma təkcə bu kifayət etmir.

Bütün bu söylənilənlərdən sonra hansı əxlaq və xasiyyətin insanlıq me᾽yarı olması sualı meydana çıxır. Bu məsələ barədə də bir neçə mülahizələr mövcuddur. Onlardan biri məhəbbətin bir xasiyyət kimi insanlıq me᾽yarı olmasıdır.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin