MƏHƏBBƏT VƏ SEVGİNİN İNSANLIQ ME᾽YARI GÖTÜRÜLMƏSİ
Bu nəzəriyyə sahiblərinin rə᾽yincə, kimin əxlaq və xasiyyəti insansevərlik əsasında qurulubsa, deməli insandır. İnsansevərlik, yə᾽ni başqasının talehi haqqında öz talehi haqqında düşündüyü qədər fikirləşmək, hətta bə᾽zən başqalarının müqəddəratını özününkündən də üstün tutmaq.
Bu nəzəriyyə ən çox Hindistanda yayılmışdır. Bu nəzəriyyə sahiblərinin fikrincə, dünyada təkcə bir pislik mövcuddur və o da başqalarını incitmək, həmçinin təkcə bir yaxşılıq mövcuddur və o da başqalarına yaxşılıq etməkdir. Bu nəzəriyyə sahiblərinin konkret sözləri budur ki, dünyada təkcə bir kamal və dəyər mövcuddur və o da başqaları üçün xeyirli işlər görmək, həmçinin təkcə bir naqislik və pislik mövcuddur və o da başqalarını incitməkdir. Qandi deyir: Mən upanişadları oxumaqla üç həyati əsasları başa düşüb onlardan həyatımda bir resept kimi istifadə etdim. Onlardan birincisi budur ki, dünyada bir bilik və elm mövcuddur və o da özünü tanımaqdır. İkincisi, Hər kim özünü tanısa, Allahını və dünyasını tanımış olur. Ücüncüsü, aləmdə təkcə bir qüvvə mövcuddur və o da hər bir şəxsin özünü öz hakimiyyəti altına almasıdır. Qandinin öz ifadəsi ilə desək, kim öz üzərində hakimiyyət sürsə, bütün aləmə hakim olmuş olar. Dünyada bir yaxşılıq vardır və o da başqalarını özünü istədiyi kimi sevməkdir. Bütün bunlar hind əxlaqının insanların bir-birini sevmək əsasında olmasını sübut edir və bu nəzər sahiblərinin rə᾽yincə insansevərlik insanlığın me᾽yarı sayılır.
Dostları ilə paylaş: |