Gsc “Azərbaycan Hava Yolları”



Yüklə 325,59 Kb.
səhifə1/3
tarix13.12.2018
ölçüsü325,59 Kb.
#85942
  1   2   3


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Milli Aviasiya Akademiyası

TƏSDİQ EDİRƏM”

Tədris işləri üzrə prorektor

______________Ə.S. Səmədov

“___”___________2011 - ci il

Bakalavr hazırlığı üçün
RADİOVERİCİ, RADİOQƏBULEDİCİ VƏ ANTENA QURĞULARI”
fənnİnİn PROQRAMI

İxtisas: 050627 – “Elektronika, telekommunikasiya və

radiotexnika mühəndisliyi”
İxtisas kafedrası: “Aviasiya radiotexnikası və elektronikası”

Fənni tədris edən kafedra: “Aviasiya radiotexnikası və elektronikası”

Kurs 3

Semestr 6



Fənnə ayrılmış saatların cəmi - 260 saat

Onlardan:

Mühazirələr - 60 saat

Məşğələ - 15 saat

Laboratoriya dərsləri - 15 saat

Kurs layihəsi - 40 saat

Tələbənin sərbəst işi - 130 saat


BAKI -2011

“Radioverici, radioqəbuledici və antena qurğuları” fənni üzrə fənn proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən «____» _________20___ ildə təsdiq edilmiş Baza Təhsil Standartı və MAA-nın Elmi Şurası tərəfindən «____» _________20___ ildə (Protokol № _____ ) təsdiq edilmiş ( 05.04.01) “Elektronika, telekommu­nikasiya və radiotexnika mühəndisliyi” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur.



Fənn proqramını tərtib edənlər:
“Aviasiya radiotexnikası və elektronikası” kafedrasının professoru ____________ A.R. Həsənov

Fənn proqramı “Aviasiya radiotexnikası və elektronikası” kafedrasının iclasında müzakirə olunmuş­dur:

( “____”____________201 ci il tarixli iclas “_____” №-li protokol)
Kafedra müdiri, t.e.d., prof._________________ A.R. Həsənov

Fənn proqramı MAA-nın “Hava nəqliyyatının uçuş texniki istismarı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir

( “____”____________2011- ci il tarixli iclas “_­____” №-li protokol)

Dekan, t.e.n., dos.__________________________ T.İ. Kərimli


Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir

( “____”____________2011-ci il tarixli iclas “____” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, t.e.n., dos._________________________Ə.S. Səmədov



Mündəricat

Giriş


1. Ümumi qaydalar

1.1 Fənnin tədrisinin məqsədi

1.2 Fənnin tədrisinin əsas vəzifələri

1.3 Fənn üzrə bilik və bacarıqlara tələblər

1.4 Fənnin digər fənlərlə əlaqəsi

2. Fənnin məzmunu

2.1 Fənn üzrə saatların bölüşdürülməsi

2.2 Fənnin mövzular üzrə planı

2.3 Fənnin dərs növləri üzrə paylanması

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi

2.3.2 Məşğələ dərslərinin mövzuları və həcmi

2.3.3 Laboratoriya dərslərinin mövzuları və həcmi

2.3.4 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi

2.3.5 Tələbələrin sərbəst işlərinə nəzarət növləri

3. Fənn üzrə tədris-metodiki materiallar

3.1 Tövsiyə olunan ədəbiyyat

3.2. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı

3.3 İmtahan suallarının nümunələri



Giriş.

Fənn proqramı kredit sistemi üzrə tədris prosesinin təşkili və tələbələrin biliklərinin reytinq cədvəli üzrə qiymətləndirilməsi metodikaları əsasında işlənib hazırlanmışdır. Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Proqrama fənnin tədrisinin mərhələləri üzrə məzmunu və həcmi daxil olunur. Qiymətləndirmənin reytinq sistemi (QRS) tələbənin hər növ auditor və sərbəst tədris işinin, onun tərəfindən əldə edilmiş bilik və bacarıqların səviyyəsinin cari və semestr nəzarəti vasitəsilə ballar ilə qiymətləndirməni nəzərdə tutur. İmtahandan sonra ənənəvi şkala əsasında ballarla ifadə olunmuş qiymətlər ECTS (European Credit Transfer System) şkalasına çevrilir.


  1. Ümumi qaydalar.

    1. 1.1. Fənnin tədrisinin məqsədi.

Elektronika, telekommunikasiya və radiotexnika mühəndislərinin baza hazırlığını təmin edən “Radioverici, radioqəbuledici və antena qurğuları” tədris kursu fundamental ümumimühəndis fənni olub, tələbələrə, sonrakı ixtisas fənlərinin öyrənilməsi və mənimsənilməsi üçün kifayət olan, bilik verilməsi məqsədini daşıyır. Elektronika, telekommunikasiya və radiotexnika mühəndislərinin ümumi elmi səviyyəsini əhəmiyyətli dərəcədə müəyyən edən bu kurs mülki aviasiyada istifadə olunan radiotexniki qurğuların iş prinsipinin öyrənilməsi üçün əsasdır.



    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi.

Fənnin tədrisinin əsas vəzifəsi radioverici qurğuların əsas keyfiyyət göstəricilərinin, iş prinspinin və texniki, istismar, konstruktiv parametrlərinin, kənardan həyəcanlanan generatorların iş rejimlərinin analizi üsullarının, onların hesabatı və qurulma prinsiplərinin, böyük güclərin və yüksək faydalı iş əmsalının təmin olunması problemlərinin, oyadıcılar haqqında bilgilərin, tezliyin stabilləşdirilməsi, bir yan zolaqlı rəqslərin formalaşdırılması və yüksək tezlik gücləndiricisinin dayanıqlığı, etibarlığı məsələlərinin, bloklama və soyutma sistemlərinin xüsusiyyətlərinin, radioqəbuledici qurğuların qurulma sxemlərinin, əsas keyfiyyət göstəricilərinin, iş prinspinin və texniki, istismar, konstruktiv parametrlərinin, radio və aralıq tezlikli gücləndiricilərin xüsusiyyətlərinin, tezlik çevirmə nəzəriyyəsinin, amplitud, tezlik və impuls detektorlarının xüsusiyyətlərinin, radioqəbuledicilərdə tənzimləmələrin, avtomatik kökləmə və axtarış sistemlərinin, antena nəzəriyyəsinin əsaslarının, dar istiqamət diaqramının alınma metodlarının, antenaların sintezi və optimal istiqamət diaqramının alınması üsullarının, yarıqlı, televiziya, direktorlu, spiralvarı, səthi dalğalı və güzgülü antenaların quruluş xüsusiyyətlərinin və konstruksiyalarının tələbələrə çatdırılmasıdır.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər.

Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları



bilməlidirlər:

  • radioverici qurğuların əsas keyfiyyət göstəricilərini, iş prinspini və texniki, istismar, konstruktiv parametrlərini;

  • kənardan həyəcanlanan generatorların iş rejimlərini və onların qurulma prinsiplərini;

  • böyük güclərin və yüksək faydalı iş əmsalının təmin olunması problemlərini;

  • radioverici qurğuların oyadıcılarını;

  • tezliyin stabilləşdirilməsi məsələlərini;

  • bir yan zolaqlı rəqslərin formalaşdırılması məsələlərini;

  • yüksək tezlik gücləndiricisinin dayanıqlığı, etibarlığı məsələlərini;

  • bloklama və soyutma sistemlərinin xüsusiyyətlərini;

  • radioqəbuledici qurğuların qurulma sxemlərini, əsas keyfiyyət göstəricilərini, iş prinspini və texniki, istismar, konstruktiv parametrlərini;

  • radio və aralıq tezlikli gücləndiricilərin xüsusiyyətlərini;

  • tezlik çevirmə nəzəriyyəsini;

  • amplitud, tezlik və impuls detektorlarının xüsusiyyətlərini;

  • radioqəbuledicilərdə tənzimləmələri, avtomatik kökləmə və axtarış sistemlərini;

  • antena nəzəriyyəsinin əsaslarını;

  • dar istiqamət diaqramının alınma metodlarını;

  • antenaların sintezi və optimal istiqamət diaqramının alınması üsullarını;

  • yarıqlı, televiziya, direktorlu, spiralvarı, səthi dalğalı və güzgülü antenaların quruluş xüsusiyyətlərini və konstruksiyalarını.


bacarmalıdırlar:

  • radioverici qurğuların və onların funksional bloklarının sxemlərini tərtib etməyi və layihələndirməyi;

  • radioqəbuledici qurğuların və onların funksional bloklarının sxemlərini tərtib etməyi və layihələndirməyi;

  • optimal istiqamətlənmə diaqramına malik antena seçməyi və layihələndirməyi;

  • radioverici, radioqəbuledici və antena qurğularına aid tədris və elmi-texniki ədəbiyyatla sərbəst işləməyi.

1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan texniki fənnlərin öyrənilməsində və bakalavr və maqistr buraxılış işlərinin hazırlanmasında zəruridir.

  1. Fənnin məzmunu.


2.1 Fənn üzrə saatların bölüşdürülməsi.

050627- “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasının tədris planı­na uyğun olaraq “Radioverici, radioqəbuledici və antena qurğuları” fənni üzrə tədris yükü 200 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 60 saat mühazirəyə, 15 saat laboratoriya, 15 saat məşğələ və 42 saat kurs işi dərslərinə ayrılmışdır.

Tələbələrin sərbəst işi (TSİ) 118 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 20 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə qalan 50 bal imtahana ayrılır.



Tədris yükünün 6-cı semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə yekunlaşır. Fənn üzrə kreditlərin sayı – 6.


    1. Fənnin mövzular üzrə planı.







Mövzunun adı

Dərs yükünün həcmi (saat)

Cəmi

Müha-

zirə

Məş­ğələ

Labo­rato­riya


TSİ*

Sİ**

yerinə

yetiril-

məsi

Kurs layi­həsi

1

2

3

4

5

6

7

8

9

1.

Radioverici qurğular, onların struk­tur sxemləri və əsas göstəriciləri.

4

2







2







2.

Kənardan həyəcanlanan generatorlar.

10

2




3

4

1





3.

Kənardan həyəcanlanan generatorların enerji göstəriciləri

4

2







2







4.

Kənardan həyəcanlanan genera­torların iş rejimlərinin analizi.

8

2

2




4







5.

Kənardan həyəcanlanan genera­torların aktiv elementlərinin iş rejimlərinin əlamətləri, xassələri və onların köklənməsi.

4

2







2







6.

Kənardan həyəcanlanan genera­torların sxemləri.

4

2







2







7.

Radioverici qurğuların oyadıcıları.

8

2




2

3

1




8.

Amplitud modulyasiyalı vericilər.

8

2

2




3

1




9.

Bir zo­laqlı modulyasiyalı vericilər.

4

2







2







10.

Bucaq modulyasiyalı vericilər.

4

2







2










Kollokvium №1

4




2




2







11.

Radioqəbuledici qurğuların təyini, tərkib hissələri və təsnifatı.


4

2







2







1

2

3

4

5

6

7

8

9

12.

Radioqəbuledici qurğuların əsas göstəriciləri. Seçicilik. Məlumatın canlandırılma dəqiqliyi.

8

2

2




3

1




13.

Radioqəbuledici qurğuların giriş dövrələri.

8

2




2

3

1




14.

Radioqəbuledici qurğuların rezonans gücləndiriciləri.

4

2







1

1




15

Radioqəbuledici qurğuların tezlik çeviriciləri.

4

2







1

1




16.

Çoxpilləli zolaq gücləndirici­ləri və onların göstəriciləri.

8

2

2




4







17.

Detektorlar.

8

2




2

4







18.

Radioqəbuledicilərdə tənzimləmələr.

8

2




2

4







19.

Radiomaneələr və onların zəiflə­dilməsi üsulları.

4

2







2







20.

Müxtəlif məqsədli radioqəbuledici qurğular.

4

2







2










Kollokvium №2

4




2




2







21.

Antenaların təyini, istifadə məqsədi və təsnifatı.

4

2







2







22.

Antenaların parametr və xarakteristikaları.

6

2

1




2

1




23.

Tək simmetrik vibrator azad fəzada.

8

2




2

4







24.

İki rabitəli vibratordan ibarət sistemin şüalandırması.

4

2







1

1




25.

Radiodalğaların qəbulu nəzəriyyəsi.

4

2







2







26.

Antena qəfəsləri və onların istiqamətlənmə xassələri.

4

2







2







27.

İstiqamətlənmə diaqramı tənzimlənən antena qəfəsləri.

4

2







1

1




28.

Rupor antenaları, onların parametr­lə­ri və istiqamətlənmə xassələri.

8

2




2

4







29.

Güzgü antenalarının təyini, təsnifatı və iş prinsipi.

4

2







2







30.

Parabolik antenaların konstruksiya­ları, parametrləri və istiqamətlənmə xassələri.

4

2







2










Kollokvium №3

4




2




2










Cəmi

220

60

15

15

80

10

40

Yüklə 325,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin