Günah lüğət elmində


"SƏQƏLEYN" HƏDİSİ PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) DİLİNDƏ TƏKRARLANIR



Yüklə 8,29 Mb.
səhifə9/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

"SƏQƏLEYN" HƏDİSİ PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) DİLİNDƏ TƏKRARLANIR


Diqqət yetirmək lazımdır ki, Peyğəmbəri-əkrəm (s) bu hədisi yalnız bir dəfə deyil (buna Peyğəmbərin (s) yalnız bir dəfə buyurduğu "Qədir-Xum" hədisini misal göstərmək olar ki, onu müsəlmanlar o həzrətin dilindən eşitmiş və nəql etmişlər), həm də müxtəlif zaman və münasibətlərdə bəyan etmişdir.

Əhli-sünnə mənbələrinə görə, bu hədisin Peyğəmbəri-əkrəmdən (s) nəql olunduğu məntəqələr aşağadakılardan ibarətdir:



1. "Qədir-Xum": Peyğəmbəri-əkrəm (s) sonuncu həcc mərasimindən qayıdarkən "Qədir-Xum"da geniş söhbətdən sonra "səqəleyn" hədisini buyurmuşdur.

2. "Ərəfat": Peyğəmbəri-əkrəm (s) həcdə olarkən "Ərəfə" günü dəvəsinin belində bir xütbə söylədikdən sonra bu hədisi buyurmuşdur. Ötən səhifələrdə qeyd etdiyimiz kimi, "Səhihi-Termizi"də Cabir ibn Abdullah Ənsaridən nəql olunan hədis (2-ci hədis) Ərəfə gününə aid idi.

3. "Cöhfə": Peyğəmbəri-əkrəm (s) həccin “miqat”larından sayılan, Məkkə ilə Mədinə arasında yerləşən "Cöhfə" adlı məntəqədə "səqəleyn" hədisini buyurmuşdur. Bunu İbn Əsir "Usdul-ğabə" kitabında Abdullah ibn Hintəbin tərcümeyi-halında nəql etmişdir.

4. Peyğəmbəri-əkrəm (s) vəfatına səbəb olan xəstəliyi zamanı son vəsiyyətində belə buyurmuşdur: "Ey camaat! Mən tezliklə sizin aranızdan gedəcəyəm artıq sizə höccətim tamamlandı. Agah olun! Mən sizin aranızda böyük Allahın kitabını itrətim olan Əhli-beytimi yadigar qoyuram." Sonra Əliyə (ə) işarə ilə buyurdu: " Əli Quranla, Quran da Əli ilədir. Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar. Bu iki əmanətdə yadigar qoyduqlarımdan soruşun!"1

Düşünənlər üçün bu hədisdə bir sıra incəliklər var.



5. "Həccətül-vida" (“Vida” həcci): Peyğəmbəri-əkrəm (s) “Vida” həccində "Xif" məscidində belə buyurmuşdur: "Agah olun! Mən sizdən iki ağır əmanət haqda soruşacağam." O həzrətdən "Ey Allahın Rəsulu! İki ağır əmanət nədir?" – deyə soruşulduqda, buyurdu: "Böyük ağır əmanət Qurani-kərimdir. Onun bir tərəfi Allahın əlində (ixtiyarında), digəri isə sizin əlinizdədir. Belə isə, ondan yapışsanız, heç vaxt azğınlığa düşməz həlak olmazsınız. Kiçik ağır əmanət isə mənim itrətim Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər vermişdir ki, bu iki əmanət eynilə mənim iki yanaşı üzüyüm kimiKövsərhovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq."2

6. Peyğəmbəri-əkrəm (s) (Məkkənin fəthindən sonra) Taifdən qayıdan zaman bu hədisi buyuraraq mühüm bir məsələni açıqlamışdır.

Peyğəmbəri-əkrəmin (s) Səqəleyn hədisini müxtəlif yerlərdə – Mədinədə, həcc mərasimində, "Ərəfə" günündə, "Xif" məscidində ("Mina"da), Məkkə ilə Mədinə arasında və digər məntəqələrdə müsəlmanların zəlalətə düşməmələri üçün tə’kidlə təkrarlaması o iki əmanətin yüksək əhəmiyyət daşımasına bir sübutdur. Doğrudan da, bu qədər tə’kid və təkrardan sonra Peyğəmbərin (s) yadigar qoyduğu Qur’an və Əhli-beytdən uzaqlaşmağımız, yaxud yanlış yozumlara əl atmağımız aşkar zəlalət və azğınlıq deyilmi?! Peyğəmbərin (s) iyirmidən artıq səhabəsindən iki yüzə yaxın məşhur və birinci dərəcəli İslam mənbəyində nəql olunan, sənədində heç bir şəkk-şübhə olmayan belə hədisin üzərindən asanlıqla keçmək olarmı?! Şübhəsiz, belə bir inadkarlığın ağır nəticələri var.

İslam peyğəmbərini (s) Allahın rəsulu, peyğəmbərlərin sonuncusu, ilahi vəhyin əmanətdarı kimi tanıyan şəxs bilməlidir ki, o həzrətin iki böyük və ağır əmanətə sarılmağın vacibliyini, eləcə də, onlardan uzaqlaşanların azğınlığa düşdüklərini tə’kidlə vurğulamasında mühüm bir sirr, İslamın əsası ilə bağlı danılmaz bir həqiqət var.

***

"SƏQƏLEYN" HƏDİSİNDƏN ANLAŞILAN MÜHÜM NÖQTƏLƏR


Bu hədis müsəlmanların qarşısında bir neçə mühüm üfüq açır. Burada onların bir qismini nəzərdən keçirəcəyik:

1. Qur’an və Əhli-beyt (ə) həmişə birgədir, heç vaxt bir-birindən ayrılmayacaq. Qur’anın həqiqətlərilə tanış olmaq istəyənlər Əhli-beytə (ə) sığınmalıdır.

2. Qur’ani-kərimin hökmlərinə itaət etmək müsəlmanlara qeyd-şərtsiz vacib olduğu kimi, Əhli-beytə (ə) itaət də qeyd-şərtsiz vacibdir.

3. Əhli-beyt (ə) mə’sum və günahsızdır; Onların Qur’andan ayrılmaması, həm də onlara qeyd-şərtsiz itaətin vacibliyi onların mə’sum olduğunu, günah, xəta və səhvə yol vermədiyini göstərir. Əgər onların günah, yaxud xətası olsa, Qur’andan ayrılarlar və onlara itaət müsəlmanları azğınlıqdan saxlamaz. Hədisdə qeyd olunduğu kimi, Əhli-beytə (ə) itaətlə günahlardan uzaqlaşmaq, onların günahsız olmasına başqa bir dəlildir.

4. Daha mühüm məsələ budur ki, Peyğəmbəri-əkrəmin (s) buyuruğu qiyamətə qədər bütün müsəlmanlar üçün öz gücündədir: "Bu iki əmanətKövsərhovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq." Bu isə açıq-aşkar göstərir ki, tarix boyu Əhli-beytdən (ə) bir nəfər mə’sum və günahsız rəhbər həyatda olacaq. Qur’ani-kərim həmişə hidayət çırağı olduğu kimi, onlar da həmişə hidayət çıraqlarıdır. Buna görə də hər əsrin ilahi imam və rəhbərini tanımaq lazımdır.

5. Bu hədisdən başa düşülür ki, Əhli-beytdən (ə) ayrılmaq, yaxud qabağa keçmək azğınlıqla nəticələnir. Heç vaxt şəxsi istəyi onların istəyindən üstün tutmaq olmaz.

6. Onlar hamıdan üstün və fəzilətli, elmli və biliklidirlər.

Diqqəti cəlb edən məsələ budur ki, hicri-qəməri tarixlə 9-10-cu əsr alimi və "Vəfaul-vəfa" kitabının müəllifi Səmhudi Şafei "Cəvahirul-əqdeyn" kitabında Səqəleyn hədisi barədə yazır: "Bu hədis göstərir ki, qiyamətə qədər hər bir dövrdə Əhli-beytdən bir nəfər var və ona itaət edilməlidir.

***


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin