Belə nəzərə çarpır ki, Qur`anların bir edilməsi məsələsi Peyğəmbərin hədislərinin yazılıb bəyan edilməsinin qabağını almaq məsələsində əlaqəsi vardı. Birinci və ikinci xəlfənin xilafəti zamanında təkid olunurdu ki, hədis Qur`anla qarışmasın, Qur`an səhifələrinin ətrafında heç bir hədis və təfsir yazılmasın. Bu siyasətə qarşı çıxıan möhkəm cəzalandırılırdılar. Bu planın icrasının nəticəsində bəziləri hədislərin yazılışına, əzbərlənməsinə, hətta saxlanılmasına belə, çox da əhəmiyyət vermir, hətta hədislərin gizli surətdə də yazıb və bəyan etməsindən çəkinirdilər. Amma bəziləri isə öz fəaliyyətini dayandırmadılar. Şiə və sünnü mənbələrinə əsasən, bu siyasət Ömər ibn Xəttabın xilafətində diktaturaya çevrilmişdi. Amma onun ölümündən sonra və Osman xilafətə gələndən sonra hədis söyləmək bir qədər azad oldu hətta hədisin yazılması da artıq cinayət sayılmırdı. Çox çəkmədi ki, müsəlmanlar on üç ildən sonra, yenə hədis yazıb və bəyan etdilər. Bu nisbi azadlıq hədis yazanları və hədis deyənləri yazıb bəyan etməyə təşviq etdi. Bu, elə bir zamanda baş verirdi ki, başqa ölkələrin yeni müsəlman olmuş müsəlmanları Peyğəmbərin (s) kəlamlarını eşitmək arzusunda idilər. 24-25-ci hicri illərində ikinci xəlifə tərəfindən olan bütün mənsəb sahibləri Osman tərəfindən kənarlaşdırıldı. Müsəlmanlar İslam ölkələrində hökmranlıq edən Bəni Üməyyə nəslindən olan bütün insanları bədnamlıqla tanıyırdılar. Bəzi Qur`an ayələrində, eləcə də Peyğəmbərdən (s) olan hədislərdə bu şəxslərin Peyğəmbərə (s) qarşı kin və düşmənçilikləri barədə elə sözlər deyilib ki, o zamankı hökumətin xoşuna gəlmirdi. Çünki bu mətləblər onların baş aşağılığına səbəb idi. Bəni Üməyyə müsəlmanların dini ictimai müqəddəratını ələ alandan sonra onları məzəmmət edən hədislərə etirazlar başladı. Hər bir kəs Peyğəmbərin (s) onlar haqqında məzəmmət edən hədislərini eşidəndə dərhal Qur`an ayələri ilə tutuşdurub başqalarına ötürür, onlar da bu hədisi həmin ayənin kənarında qeyd edirdilər. Bu qeydlərin səbəbi o idi ki, ayələrin və hədislərin çoxluğu müsəlmanların hədisin öz məxsus ayəsinə tətbiqində səhvə yol verirdilər. Çünki hədisi eşidən kimi onu kamil və ya müxtəsər surətdə həmin ayənin yanında yazırdılar. Bu da zaman keçdikcə, ayə və hədis arasında olan əlaqənin unudulmasına səbəb olurdu. Nəticədə bilmirdilər ki, həmin ayə hansı mövzuda və kimin haqqında nazil olub. Bu cür maarifcilik işləri az zamanda çox böyük səmərə verdi. Çox çəkmədi ki, hər bir müsəlman bir ayənin ətrafında aşağısı hədis bilirdi. Ayələri tilavət edərkən onların təfsirlərini də öyrətdilər. Bu növ üslub heç vaxt eyni əqidəli kütlə üçün nə müşkül yaradırdı, nə də ixtilafa səbəb olurdu. Amma heç vaxt eyni əqidəli kütlənin olmadığına görə və ya bəzilərinin xalqın məlumatsızlığından öz xeyirlərinə istifadə edirdilər. Zaman keçdikcə, xalq arasında Qur`an ayələri haqqında və onların hədislə tətbiqində ixtilaf əmələ gəldi. Hətta bəziləri bilərəkdən, yaxud bilməyərəkdən öz siyasi məqsədlərinə çatmaq üçün Qur`anın düz oxunuşu barədə mübahisəni daha da artırdılar. (Misal olaraq (و هذا صراط علی مستقیم)1 ayəsini göstərmək olar. Bu ayədə əla (علي) kəlməsini عليََّvə başqa cür tələffüz etmək olar. Bu yolla təxribat və ixtilafa yol verdilər.) Bu gedişlə Qur`anın hədisdən ayırma planının ən münasib zəmini yarandı. Amma siyasi və ictimai vəziyyətə görə keçmiş diktaturaya bənzəməmək üçün yeni planın cızılmasına ehtiyac var idi. Ən yaxşı yol Qur`anların cəm edilməsi idi. Bu çızılmış plana görə xalqın əlində olan bütün hədislər yenə yığılıb məhv ediləcək, zaman keçdikcə, gələcək nəslin ondan məlumatsız olduğuna görə Qur`anı təfsir edə bilməyəcəkdilər. Bununla, başa düşmək olar ki, həzrət Əli (ə)və Abdullah ibn Məsudun Qur`anını qəbul etməməkdə məqsəd nə idi. Əgər doğrudan da Qur`anların yığilması və onların bir edilməsi onların qiraətinin fərqi idisə, onda Qur`anın bir edilib və qalanların məhv edilməsi lazımsız idi. Bundan əlavə, Qur`anın yandırılması və vərəqələrinin cırdırılması xəlifənin çox yaramaz işlərindən idi.