Günah lüğət elmində


AYƏLƏRIN TƏFSIRINI MƏHV ETMƏK



Yüklə 2,71 Mb.
səhifə141/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   137   138   139   140   141   142   143   144   ...   163

AYƏLƏRIN TƏFSIRINI MƏHV ETMƏK


Əgər üçüncü xəlifənin tədbiri qiraət nöqteyi-nəzəri ilə Qur`anları bir etmək olsaydı, ona irad tutmaq olmazdı. Kitablarda xəlifənin bəzi şübhəli tədbirləri barədə - ki, nəticədə ona irad tutublar – çox az danışılıb. Sual oluna bilər: Necə olur ki, Qur`anın fərqli qiraətləri gətirib ixtilafa səbəb olur və səhabələrin hər biri digərini bir ayəni oxuduğuna görə onu təkfir (kafir hesab) etsin? Əgər Qur`anların bir edilməsinə səbəb ayələrin qiraətini bir səbklə oxunması idisə, onda nə səbəbə görə Qur`anın mütədavil qiraətlə yazılışından sonra Qur`anın kəlmələrini hərəkəsiz yazıb şəhərlərə göndərdilər?! O necə ixtilaflı qiraət idi ki, hətta Huzeyfə xəlifəyə dedi: “Əgər Qur`anları bir etməsən, bundan sonra Qur`anlardan heç bir əsər-əlamət qalmayacaq və müsəlmanlar arasında davaya səbəb olacaq.” Əgər müsəlmanların müşkülü Qur`anın düzgün oxunuşunun müəyyən edilməsi idisə, nəyə görə təzə Qur`anı yazdıqdan sonra öncəki Qur`anı yandırır və ya su və sirkə ilə qaynadırlar?! İxtilaflı oxunuşları öz nüsxələrində düzəldə bilməzdilərmi?! Hansı amillər səbəb oldu ki, Qur`anların vahid hala salınmasında Əli ibn Əbi Talib (ə) və Abdullah ibn Məsudun (Peyğəmbərin (s) zamanında ayələrin yazıçısı) nüsxəsini qəbul etmədilər, hətta İbn Məsudun nüsxəsini təhqir edərək ondan alıb yandırdılar?! Tədqiqatçılar yazırlar: İbn Məsudun döyülməsinin və təhqir olunmasının səbəbi öz nüsxəsini onlara təhvil verməməsi idi. Nəticədə nüsxəni güclə ondan alıb yandırdılar.1 Xəlifəni göstərişi o idi ki, Qur`an gərək Zeyd ibn Harisin qiraəti ilə yazılıb oxunsun.2 İbn Məsud bu göstərişi eşidən kimi məsciddə moizəyə başladı və dedi: “Osman mənə göstəriş verir ki, Qur`anı Zeyd ibn Harisin qiraəti ilə oxuyum! Allaha and olsun, mən Peyğəmbərin (s) mübarək ağzından yetmiş surəni öyrənəndə başı kəkilli Zeyd uşaqlarla oynayırdı”.3 İbn Məsud və onun həməqidələrinin əlində olan Qur`anın başqa Qur`anlarla heç bir fərqi olmamasında şübhə yox idi. Heç vaxt görünməyib ki, onlar bir surənin ayələrini tanısınlar, başqaları tanımasın.

Bəzi amillər səbəbi ilə onların səylərinin nəticəsi qəbul olunmadı. Nəzərə çarpan odur ki, onların xəlifə ilə ixtilafı Qur`anın hərəkə və səhih oxunuşu məsələsindən tamamilə başqa bir şey idi. Bəzi suallar xəlifənin əməlinə şubhə ilə yanaşıb və etiraz etməyə səbəb oldu. O suallardan bəziləri bunlardır:

1. Nəyə görə o heyətin məsul şəxsi Zeyd ibn Haris təyin edildi? Halbuki onun yaşı az və Peyğəmbər xanədanına müxalifdir.

2. Əli ibn Əbu Talibin (ə) əli ilə toplanan Qur`anın nə nöqsanı var idi ki, xəlifənin təyin etdiyi heyətin nəzərinə uyğun gəlmirdi?




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin