Bayram – yuxuda bayram görmək – ya bayram mərasimində iştirak etmək, ya da yaşayışda şadlıq, bolluq və qəm-qüssənin məhvi kimi yozulur.
Beşik – yuxuda əyal və övlad kimi yozulur. Beşik qayırmaq, ya beşik almaq – subay üçün evlənmək, evli üçün uşağı olmaq nişanəsidi. Uşağı beşikdə yatızdırmaq – ailəsinin xidmətində olmaq deməkdi.
Bənövşə – yuxuda kökü üstə bənövşə görmək xeyrə yozulur. Kökündən qoparılmış bənövşə ayrılıq, kədər və ziyana işarədi.
Biz – yuxuda biz görmək ağıl və tədbirin nişanəsidir. Əlində biz heyvanları sürdüyünü görən dəyərli bir işi nəticəyə çatdıracaqdır.
Bilərzik – yuxuda bilərzik izzət, hörmət nişanəsidi. Bilərziyi qoldan çıxarmaq dostlar arasında soyuqluq, ayrılıq, birinə bilərzik vermək ona yaxşılıq etmək nişanəsidi.
Boğulmaq – yuxuda boğulduğunu görən şəxs fırıldağa və kələyə uğrayır. Suda boğulduğunu görən təlaş və qeyrət nəticəsində boğulan yerdən yardım görür, bir möhtərəm adamın himayəsindən faydalanır.
Bomba – yuxuda bomba görmək ağır xərcə düşmək; bombanın partlayışını görmək yoxsulluq və səfalət; bombadan yaralanmaq işdə yarımaq və məhəbbətin artması; bomba qumbaraları vermək kədər və qorxulu səfər; bomba ilə oynama gözlənilməz qəza deməkdir.
Boxça – boxça yuxuda bir çox hallarda səfər kimi yozulur. Yuxuda boxça görənin səfərə gedəni gəlir, boxça dolusu parça görən pul qazanır. Bir yerdə çoxlu boxça görənin çoxlu qonağı gəlir və xərci qat-qat çoxalır; boxçanı səfər vaxtı unudanın ev işlərində qarışıqlıq üz verir və rahatlığı pozulur.