Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə186/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   182   183   184   185   186   187   188   189   ...   195
Qonağın meyvə ilə nəziralığı
Keçmişdə hər meyvədən bir boşqab doldurub beş-altı nəfərın qabağına qoyurdular. Meyvəni elə qoyurdular ki, hamının əli çatsın. Qovunu qabığının üstə iç elərdilər. Onları qaba qoyub, hər iki nəfərin qabağına ayrılıqda qoyardılar. Qarpız vermək istəsəydilər, hər beş nəfərə bir qarpız kəsərdilər.

Bir müddətdən sonra meyvəni bulutlara yığıb dolandırmaq dəb oldu. Hər meyvədən bir bulut, ya dövri yığar, qonaqların qabağına tuturdular. Hər kəs hər növ meyvə istəsəydi götürərdi. Bundan sonra da böyük meyvə qabı işlətmək dəb oldu. Meyvələrin hamısını bir böyük qaba yığıb, qonaqlardan nəzirallıq edərdilər.

Mərhum Ağa Mirzə Tahir Tahiri, onun oğlu Həsənağa Ta­hiri Məscidi-cameənin müctəhidi idilər. Onlar ruhani ailəsindən idilər. Onun qalan nəvə, nəticələri də çox nəcib, şərəfli insanlar olub bəziləri fərhəngi işlərdə cameəyə xidmət edirdi.

Ağalar bir yerə gedəndə nökərləri də gedərdi. Onlar ağanın çubuğunu, tütününü aparardı. Nökərlər gedib, dəhlizdə dayanar­dı. Ağa çubuq istəyəndə nökər fövrən tirmə kisədən tütün çı­xar­dıb, çubuğu doldurub yandırar, aparıb ağaya verərdi.

Mərhum Həzrəti-Müstətab Hüccət-ül-İslam və-l Müslimin Hacı Axund Molla İbrahim imami-Cümə imam-cümə xanəvədə­sinin böyüyü idi. O mərhum təqribən 1207-ci hicri-qəməridə Ərdəbil nahiyəsində doğulub. On üç yaşında elmlə əlaqəsi ol­duğu üçün İsfahan şəhərinə gedib, 25 il o elm mərkəzində təhsil alıb, dini elmləri, o cümlədən hikmət fəlsəfəsi öyrənib. Sonra Tehran şəhərinə gedib, orada bir müddət qalıb. Bir gün o vaxtın sultanı bir məclis qurmuş, ruhaniləri, biliciləri dəvət etmişdi. Bir mühüm mövzu, müəmma çevrəsində bəhs gedirmiş, hazır olanlardan hər birisi öz rəyin elan edir, amma dürüst cavabı Molla İbrahim verirmiş.

Padşah bu şəxsin zəkasına afərin deyib Ərdəbilin 12 kilo­metrliyində bir kiçik kəndi ona bağışlayır. O kəndin adı Təzə­kənd idi.

Molla Muhərrəməli axund Molla İbrahimin atası idi. Babası Molla Bahaəddinin də kənddə malikiyyəti var imiş. O mərhum ali təhsilatını qurtarandan sonra Ərdəbilə qayıdıb. Muhəmmədcəfər küçəsində namazi-camaat, vaiz, xitabəyə ilə məşğul olub. Sonra tələbələrinə dini dərs verib, tələbələri çox olduqları üçün özü bir dini mədrəsə düzəltdirməyə təşəbbüs göstərir. O mədrəsəni öz səliqəsi ilə tikdirir, adını da “Mədrə­səyi- Molla İbrahim” qoyur.

Mərhumun doğum və vəfat tarixi bir kətibədə həkk olub. İbrahimabad məscidinin divarına vurulmuşdur. Sonralar kətibəni artıq qurulmaq üçün məscidin içinə müntəqil ediblər. O kətibənin üstündə məscidin tikilən tarixi 1275-ci il hicri-qəməri qeyd olunub. Axundun doğum tarixin 1207-ci il, vəfat tarixin 1307-ci il yazıblar. Mədrəsənin də tikiliş tarixi 1267-ci il hicri-qəməri olub.

Mərhum Ağa Seyid Muhəmməd Cəbəl Amoli Amol şəhə­rindən gəlmişdi. Onun 2 övladı varmış. Mərhum ağayi-ayətüllah Hacı Mirsaleh, ağayi-Hacı Seyid Yunis, Ağayi-Hacı Mirməh­yəd­din, Hacı Mirağa onun övladları idi. Seyid Muhəmməd Cəbəl Amoli Məşhəd şəhərində dəfn olub. Mərhumun nəvələri artıb. Onların hərəsi gedib, bir şəhərdə qalıb, birisi Məşhəddə, biri Ərdəbildə, biri Tehranda.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin