Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə189/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   185   186   187   188   189   190   191   192   ...   195
Oğlan, yoxsa qız?
Uşağın oğlan, yoxsa qız olması bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xüsusilə, kəndlərdə köçərilər arasında hələ də çox əhəmiyyətli sayılır. Uşaq dünyaya gəlməyincə, onun oğlan, yoxsa qız olduğunu iddia edər, hətta öz iddiaları üstə çəkişirdilər. İlk uşağı qız olan, xüsusilə bir-birinin ardınca qız doğan qadınlar ərləri, yaxınları tərəfindən qaxınca qalır, başıa­şağılıq çəkir, atmacalara, dodaqbüzmələrə məruz qalır, bir sözlə bu töhmətə qatlanırdılar.

Çox qız doğulan ailədə qızların adını “Qızqayit”, “Qız­bəsdi”, “Qızqurtar”, “Qıztamam” qoyurdular.

Oğlan doğmaq arzusunda olan arvad boyluluğun hiss edəndə toyuq, bal, üzüm şirəsi, mürəbbə kimi qüvvətli yeməklər yeyirdi. Yerikləyənin qulağına “ya Muhəmməd, ya Əli” adını çağırırdılar. Bundan əlavə, körpənin oğlan, ya qız olmasını aşağıdakı inamlarla bilməyə çalışırdılar.

1. Boylunun başına astaca bir çimdik duz töküb, sonra gözləyirdilər. Boylu bilməzdən əlini saçına çəksə qız, üzünə çəksə oğlan doğacaqdır.

2. Boyluluq aylarında boylunun üzü səpgi töksə, uşaq qız olacaqdı.

3. Boylu küçədə-bacada iynə tapsa uşaq oğlan, sancaq tapsa qız olacaqdı.

4. Yuxuda at, ya qılınc görsə, oğlan doğacaqdı.

5. Yuxuda mirvari görsə, qız doğacaqdı.

6. Boylu gündəlik işlərini yerbəyer edib, hərəkətdə olursa oğlan, yeyib yatırsa qız olacaqdı.

7. Uşaq bətndə balıq kimi üzürsə oğlan, yumurlanıb qalırsa qız olacaqdı.

8. Turş şeylərə yerikləyirsə qız doğacaqdı.
Doğum
El inanclarından boylu qadının doğum sancısı 9 ay, 9 gün, 9 saat, 9 dəqiqə, 9 saniyədən sonra başlayır. Qadının yaxın adamları otağın o biri tərəfində yataq salıb, onu yatırdırlar. Ev adamlarından biri mama dalınca göndərilir. Hər məhəllənin, hər obanın öz maması olur. Mamalar savadsız olsalar da işin yol-yolacağına bələd adamlar olurlar.

Mama gəlib çatınca hal-əhval tutub, zahını yoxlardı. Doğu­mun yaxınlaşmasını duyunca o, badam yağı, ya yeməli yağ ilə zahının qarnını yağlar, uşaq tərsə düşmüş olsa, onu çevirərdi. Mamanın işarəsilə bir böyük mis məcməyi, ya dəri süfrə açılır, onun ortasına ələnmiş kül töküb zahını külün üstündə oturdurdular. Mama zahıya özünə güc verməyi, ucadan “ya Əli” çağırmağı tapşırırdı. Mama zahının dal tərəfində oturub, yaxın qadınlardan birini də zahının qabaq tərəfində oturdurdu ki, zahıya dayaq olsun. Zahı qarışıq səslə “ya”Əli” deyirdi. Belə bir inanc var ki, zahı doğanda nə qədər dərd çəksə, günahları daha çox bağışlanacaq. Əgər doğum uzun çəksə ev, ya qapı qonşu kişilərdən biri əzan verməyə başlar. Küçədən keçənlər əzan səsi eşitməklə bir zahının doğacağını başa düşüb, dua edərlər ki, zahı rahat olsun. Evində olanlar da hər birisi soğan, sarımsaq qabığı yandırar, manqala üzərlik salar, dua oxuyub püfləyərdilər.

Doğum gecikdikdə onu yaxınlaşdırmaq üçün qövzəban gülü ilə şüyüd toxumunu qaynadıb, bir az da ona nabat artırıb, zahıya içirdərdilər. Bununla birlikdə onun qarnının üstünə türbət suyu sürtürdülər. Uşaq gələndə mama onu tutub, kül üstə qoyur, cüftün gəlməsini gözləyirdi. Cüft düşəndən sonra zahını astaca doğum ocağından qalxızıb, yatağına aparırdılar. Zahıya üstünə zirə, zəfəran, hil səpilmiş dağ quymaq verirdilər. Uşağı duz artırılmış ilıq su ilə yuyundururdular. Suya duz artırmaq uşağın ətinin bərkiməsi, eyni halda onun duzlu olması üçündür. Uşağı yuyundurandan sonra onun həm sinəsini, həm də kürəyini tutan əndazədə şalvar geydirirdilər. Bu olduqca sadə geyimə “qiyamət köynəyi” deyirlər. Uşağı bələyib ananın yatağı yanında yatırdır­dılar. Uşaq yerbəyer olandan sonra mama ana ilə uşağı al arva­dından qorumaq üçün qayçı ilə zahının yatağının dörd tərəfinə cızıq çəkər, sonra da bir soğanı bıçağa, ya dəmir şeyə taxıb za­hının yatağı yanına qoyurdular ki, ziyan yetirənlər ona yaxın düş­məsin. Zahının başı üstə Quran qoymaq vacib işlərdən biri­dir. Doğum zamanı zahının yanında olanlardan başqa özgənin zahı yatan otağa girməyə icazəsi yox idi. Birinin ora girməsi gərək isə, əvvəl uşağı otaqdan çıxarır, sonra yerinə qaytarırlar.

Zahını hamama getməyincə otaqdan çıxmağa qoymazdılar. Əgər otaqdan çıxmaq icbarında qalsa, başına soğan taxılmış bıçaq, ya şişi özü ilə götürməlidir.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin