İnvestisiyaların müxtəlif əlamətlərə görə təsnifləşdirilməsi.
İnvestisiyaların təsnifləşdirmə əlamətləri
|
İnvestisiyanın növləri
|
Təşkilati formalarına görə
|
İnvestisiya layihəsi: birinci, müəyyən bitmiş investisiya fəaliyyətinin bir obyektini, ikinci, investisiyanın formasının reallaşdırılmasını nəzərdə tutur.
|
Təsərrüfat subyektinin investisiya portfeli, buna bir investorun investisiyaları daxildir.
|
İnvestisiya fəaliyyətinin obyektlərinə görə
|
Əsas fondların yaradılmasına və təkrar istehsalına, maddi və qeyri-maddi aktivlərə qoyulan uzun- müddətli real investisiyalar (kapital qoyuluşları). Dövriyyə vəsaitlərinə qısa müddətli investisiyalar (məhsul-material ehtiyatı, qiymətli kağızlar və s.).
Dövlət və qeyri-dövlət qiymətli kağızların depozitlərinə maliyyə investisiyaları.
|
İnvestisiya ehtiyatları üzərində mülkiyyət formalarına görə
|
Xüsusi investisiyalar.
|
Dövlət investisiyaları.
|
Xarici investisiyalar.
|
Birgə investisiyalar
|
İnvestisiya qoyuluşunda iştirakın xarakterinə görə
|
Bilavasitə maddi obyektlərə birbaşa investisiyalar. Bu zaman investor investisiya obyektinin və qoyulan vəsaitin seçilmsində iştirak edir. Belə investisiya misal olaraq real investisiyanı göstərmək olar.
İnvestisiya fondu və ya maliyyə vasitəçisinin mövcudluğu ilə xarakterizə olunan vasitəli investisiyalar. Belə investisiyalara misal olaraq portfel investisiyalarını göstərmək olar.
|
İnvestisiya fəallığı və onun nəticəsi iqtisadiyyatın artan templə inkişafına zəruri ilkin şərtlər yaratmaq və ümumilikdə götürüldükdə, investisiya qoyuluşu üçün əlverişli mühitin formalaşdırılması üçün qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına geniş imkanlar açır.
Sxem 6.
Qeyd etmək lazımdır ki, əlverişli investisiya mühitinin formalaşdırılmasına təsir göstərən amillər içərisində siyasi amil mühüm rol oynayır. Çünki, respublikamızda iqtisadiyyatın inkişafına Bazar iqtisadiyyatı şəraitində investisiya mühitinin formalaşmasına təsir edən amilləri qruplaşdırılmış formada aşağıdakı sxemdən aydın görmək olar. İnvestisiya qoyuluşuna olan tələbatın ödənilməsi xarici investisiyanın cəlb olunmasını tələb edir ki, bu da ilk növbədə ölkəmizdə siyasi sabitliyin olması ilə bilavasitə bağlıdır.
Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə artması əsas istehsal fondlarının yeniləşməsinə səbəb olur.
Müasir dövrdə bu istiqamətdə ölkə iqtisadiyyatında əhəmiyyətli keyfiyyət dəyişiklikləri aparılır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət daha da artırılır. İnvestisiya qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata keçiriləcəkdir. Bu məqsədlə əsasən investisiya siyasətinin formalaşmasına diqqət artırılır, çünki investisiya sferası təsərrüfat mexanizminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.
İnvestisiya siyasəti dedikdə, investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür. İnvestisiya vasitəsi ilə respublikanın makro-mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldilməsi və milli gəlirin artımı təmin edir.
İnvestisiya siyasətinin ən mühüm vəzifəsi mövcud ehtiyatlardan səmərəli istifadə etməklə vəsaiti ETT-nin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsindən ibarətdir.
Respublikada investisiya prosesinin inkişafına dövlət təsirinin gücləndirilməsi məqsədilə büdcədə investisiya layihələrinə dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, 1997-ji ildən etibarən dövlət zəmanətləri üzrə xərclər «Dövlət borcuna xidmət edilməsi» bölməsində öz əksini tapmışdır. Respublikada sabit investisiya mühitinin yaradılmasında əsas amil ilk növbədə xarici investorlara əlverişli şəraitin təşkil edilməsidir.
Respublikaya investisiyanın axıb gəlməsinin ən başlıca səbəbi onların bu əməliyyatdan lazımi mənfəət əldə etməsidir.
Məhz buna görə xarici investisiyaların cəlb edilməsi investisiya siyasətində baş verəcək ciddi keyfiyyət dəyişikliklərinin aparılmasını tələb edir. Buna görə də respublikada həm investisiya qoyuluşlarının həyata keçirilməsinin ümumi qanunlarının, həm də xarici investisiyaların cəlb edilməsi məsələlərinin həlli bazar münasibətləri şəraitində mühüm zəruriyyətə çevrilir.
Dövlətin investisiya siyasətinin əsas məqsədi elmi-texniki nailiyyətlərin tətbiqi hesabına, əsas fondların yeniləşdirilməsinin və istehsalın yenidən qurulmasının həyata keçirilməsinin təmin edilməsidir. Respublikanın investisiya siyasətinin mühüm istiqamətlərindən aşağıdakıları göstərmək olar:
- mərkəzləşdirilmiş qaydada maliyyələşdirməni azaltmaqla, onlardan əsasən ümum dövlət obyektlərinin investisiyalaşdırılması üçün istifadə etmək;
- investisiyaları ən çox iqtisadiyatın prioritet sahələrinin inkişafına yönəltmək;
- investisiya resursları bazarını təşkil etmək;
- mənzil tikintisi və digər investisiya layihələrinin reallaşdırılması üçün əhalidən toplanan resurslardan istifadəni genişləndirmək;
- investisiya sığortası üzrə hüquqi bazanın yaradılması;
- birgə dövlət – kommersiya maliyyə investisiya layihəsi və o cümlədən, fərdi biznes və MDB ölkələrindən kapitalın cəlb edilməsi;
- investisiya tsiklinin davam etməsi müddətinin qısaldılması.
Respublikamızda xarici və daxili investisiya resurslarının səfərbərliyə alınması məqsədilə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi üçün Milli proqram işlənib hazırlanmışdır. Bu proqramda xarici və daxili investisiyanın cəlb edilməsinin prinsipləri və mexanizmləri öz əksini tapmış və eyni zamanda, investisiyanın prioritet sferası üzrə əməkdaşlıq və onun səmərəlilik formaları göstərilmişdir.
Dostları ilə paylaş: |